Yuliana (; ) — V Niderland kraliçası.
Həyatı
İlk illəri 1909-cu ildə Haaqadakı Nordeynde sarayında dünyaya gəldi. Anası Niderland kraliçası Vilhelmina, atası isə Böyük Meklenburq-Şverin hersoqu II Fridrix Fransiskin oğlu Niderland şahzadə-konsortu Şahzadə Henridir. Anasının doğulduğu 1880-ci ildən bəri monarx ailəsində doğulan ilk uşaq idi. Ondan öncə anası dəfələrlə hamilə qalsa da, bu hamiləliklə tamamlanmamış və ya uşaq ölü doğulmuşdu. Yulianadan sonra anası 2 dəfə daha hamilə qalsa da, bu hamiləlikləri də tamamlanmadı və beləcə, Yuliana Niderland taxt-tacının yeganə varisi oldu.
Uşaqlığı monarx ailəsinə məxsus ölkənin fərqli əyalətlərindəki malikanələrdə keçdi. 6 yaşından etibarən saray təlim-tərbiyəsi almağa başladı. 1927-ci ildə 18 yaşı tamamlandı və artıq anasının rəsmi təmsilçisi kimi dövlət tədbirlərində iştirak etməyə başladı. Həmin il Leyden Universitetində təhsil almağa başladı və 3 il sonra məzun oldu. Bu müddət ərzində yunan dilini öyrəndi.
Evliliyi 1930-cu illərdə anası Kraliça Vilhelmina onun üçün münasib bir ər namizədi axtarmağa başladı. Avropanın ən dindar protestant ailəsi olan Oran-Nassau ailəsinə mənsub idi və bu səbəblə, ər namizədi də protestant olmalı idi. 1936 Bavariya Qış Olimpiya Oyunları əsnasında uzaq qohumu olan alman əsilli Şahzadə Bernardla tanış oldu. 8 sentyabr 1936-cı ildə cütlüyün nişanlandığı elan olundu. Avropanın ən varlı monarxı olan anası Kraliça Vilhelmina qızının evlilikdən öncə xüsusi bir saziş imzalamasını və vərasət haqqının qorunmasını tələb etdi. 24 noyabrda şahzadəyə Niderland vətəndaşlığı verildi və cütlük Kraliça Vilhelminanın valideynlərinin (III Vilhelm və Kraliça Emma) toy günü olan 7 yanvar 1937-ci ildə Haaqada evləndi. Bu nigahdan 4 qız övladı dünyaya gəldi.
Beatriks Şahzadə İrina Şahzadə Marqrit Şahzadə Kristina
İkinci Dünya müharibəsi illəri 10 may 1940-cı ildə nasistlər Niderlandı işğal etdi. İngilislərə olan şəxsi nifrətinə baxmayaraq, Britaniya kralı VI Corcun göndərdiyi hərbi gəmiylə Kraliça Vilhelmina və ailəsi ölkədən qaçmağa məcbur oldu. Monarx ailəsinin Britaniyaya çatdığı 13 mayda Zelandiya regionundakılar istisna olmaqla, bütün Niderland hərbi birlikləri nasistlərə təslim oldu. Dərhal Londonda yeni bir hökumət kabineti quran Kraliça Vilhelmina sürgündə olmağına baxmayaraq xalqına səsləndi və xalqının azadlığı uğrunda fəaliyyətinə başladığını elan etdi. Digər yandan taxt varisi olan Şahzadə Yuliana və övladları isə bir ay sonra müharibənin fəsadlarından uzaq olan Kanadaya sığındı və Ottavada məskunlaşdı. Əri Şahzadə Bernard isə anasıyla birlikdə Londonda qaldı. Burada ikən üçüncü qızını dünyaya gətirdi. Müharibənin sonuna doğru 2 may 1945-ci ildə anasıyla birlikdə Niderlandın işğaldan azad edilmiş torpaqlarına səyahət etdi. Müharibədən sonrakı illərdə ölkənin abadlaşması və yaralı xalqın problemləriylə məşğul oldu. 1946-cı ilin yazında Şahzadə Yuliana və Şahzadə Bernard işğal dövründə Niderlanda kömək edən ölkələrə rəsmi səfərlər etdilər.
Bu dövrdə anasının səhhəti pisləşməyə başladı və bu səbəblə, qızı Şahzadə Yuliana 1947-ci ilin ikinci yarısından etibarən bəzi dövlət işlərinə anasının rəsmi təmsilçisi olaraq qatıldı. Nəhayət, 4 sentyabr 1948-ci ildə 57 il 286 günlük səltənətin ardından anası Kraliça Vilhelmina taxtdan çəkildiyini elan etdi. Taxt-tacı qızına buraxdı və Niderland şahzadəsi əlahəzrət Şahzadə Vilhelmina (Her Royal Highness Princess Wilhelmina of the Netherlands) olaraq anılmağa başlandı.
Onun səltənəti dövründə Niderland Ost-Hindi və Surinam müstəqillik qazandı, Niderland-İndoneziya birliyi quruldu və dağıldı. Ailə daxilində bir çox mübahisəli məsələ olmasına baxmayaraq, xalq tərəfindən sevilən bir siyasi fiqur oldu. 1980-ci ilin aprelində ən böyük qızı Beatriksin lehinə taxtdan çəkildi. 2004-cü ildə vəfat etdi.
Mənbə
Ədəbiyyat
Vat, Dan van der (22 марта 2004). Queen Juliana of the Netherlands. The Guardian (брит. англ.). 0261-3077
İstinadlar