Xudayberqen Divanov (; ) — Özbəkistanın ilk fotoqrafı, operatoru, rejissoru, kino operatoru və ssenari müəllifi. O, Xivə şəhərində böyük mədəniyyət xadimi kimi qəbul edilir və şəhəri fotolarında əbədiləşdirib. Həyatı Xudayberqen Divanov 1879-cu ildə Xoceylidəki mülklərin idarəçisi və nəzarətçisi olan Nurməhəmməd Divanovun ailəsində anadan olub. O, Xivədə yaxşı təhsil alıb və burada ərəb dilinə mükəmməl yiyələnib. Poeziyaya böyük marağı olub, özü də şeirlər yazmağa çalışıb. Divanov demək olar ki, bütün özbək musiqi alətlərində çala bilirdi. Bağçılıqla da yaxından maraqlanırdı. Ailə bağında 40-a yaxın qızılgül növü yetişdirmişdi.Kayumov M. The beginning of the XX century. Turkestan. Uzbekistan The First Steps of National Cinema // Narodnoe Slovo, October 11, 1995

Yaradıcılığı 250px|thumb|right|İlk özbək fotoqrafı Xudayberqen Divanov foto kamerası Xiva muzeyində qorunur Xudayberqen Divanovun ilk müəllimi alman kino həvəskarı Vilhelm Penner olub, o, Divanovu fotoqrafiya və kinooperatorluq sənəti ilə tanış edib. Canlı olan hər şeyin təsvir edilməsinə dair qədim dini qadağanın mövcud olduğu ortodoksal islam cəmiyyəti şəraitində X.Divanov Xivə xanlığının ilk fotoqrafı, daha sonra isə ilk kinooperatoru olmağı bacarıb.

1908-ci ildə Sankt-Peterburqa yola düşən Xarəzm nümayəndə heyətinin tərkibində Xudayberqen Divanov da var idi. Rusiya imperiyasının paytaxtında Divanov tanınmış peşəkarlardan fotoqrafiya sənətinin incəliklərini öyrənib. Xivə diplomatik missiyasının işi başa çatdıqdan sonra o, təcrübə keçmək üçün daha iki ay orada saxlanılıb. Divanov vətəninə müxtəlif foto və kino avadanlıqları, o cümlədən 593 nömrəli "PATE" markalı kinokamera gətirib. Bu, ona 1910-cu ildə Xivə xanı İsfəndiyar xanla faytonla gəzintisi haqqında ilk özbək sənədli kino süjetini müstəqil şəkildə çəkməyə imkan verib. Onun həmçinin aşağıdakı ilk kinolentləri qorunub saxlanılıb: "Diyarımızın memarlıq abidələri" (114 metr, 1913-cü il) "Türküstan mənzərələri" (100 metr, 1916-cı il) və s.

1908-ci il özbək kinosunun yaranma ili hesab olunur. Xudayberqen Divanov tarixi görməli yerləri, minarələri, məscidləri və bir çox başqa şeyləri kameraya çəkirdi. Onun fəaliyyəti sayəsində digər ölkələrin sakinləri Xarəzmin qədim və özünəməxsus mədəniyyəti ilə ilk dəfə yaxından tanış olublar.Photo exhibition "130th anniversary of the founder of the Uzbek photo art and the first cameraman Khudaibergen Devanov." Tashkent, 2009.

Həlak olması Xudayberqen Divanov Böyük terrorun qurbanı olub. O, 17 avqust 1937-ci ildə həbs edilib. 5 oktyabr 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən ölüm hökmünə məhkum edilib və elə həmin gün güllələnib.

1958-ci ildə Xudayberqen Divanova tam bəraət verilib.

O, özündən sonra çox zəngin lent materialları qoyub getmişdi, lakin bu materialların böyük hissəsi onun həbsindən sonra məhv edilmişdir.

Hazırda Xivədəki İçan Qala muzeyində ona həsr olunmuş sərgi fəaliyyət göstərir.

İstinadlar

Ədəbiyyat Фотовыставка «130-летие со дня рождения основателя узбекского фотоискусства и первого кинооператора Худайбергена Диванова». :ru:Ташкент, 2009. Каюмов М. Начало XX века. :ru:Туркестан. Узбекистан. Первые шаги национального кинематографа // Народное слово, 11 октября 1995 г.

Xarici keçidlər

Официальный сайт Хивы Фото Хивы

Hudaybergen Devanov — Mgnovenia, stavshie vechnostyu — 2011, p. 1 https://www.youtube.com/watch?v=CVf_pvcX8_E Hudaybergen Devanov — Mgnovenia, stavshie vechnostyu — 2011, p. 2 https://www.youtube.com/watch?v=lCaw59PEh_M Xudoybergan Devonov — Qafasdagi Qaldirgoch — 2000 https://www.youtube.com/watch?v=IxQYZovIUas Hudoybergan Devonov — 1970 https://www.youtube.com/watch?v=wAb5J1fW9Q4

Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Özbəkistan kinooperatorları Kateqoriya:SSRİ kinooperatorları Kateqoriya:Əlifba sırasına görə fotoqraflar Kateqoriya:XX əsr fotoqrafları Kateqoriya:SSRİ-də repressiyaya uğramış mədəniyyət və incəsənət xadimləri Kateqoriya:SSRİ-də güllələnənlər Kateqoriya:Böyük təmizləmə qurbanları Kateqoriya:SSRİ-də ölümündən sonra bəraət alanlar Kateqoriya:Xarəzm Kateqoriya:XXI əsr fotoqrafları Kateqoriya:Özbəkistan şəxsləri Kateqoriya:Özbəkistan yazıçıları