Vürtemberqli Sofiya (; ; ) — Vürtemberq kralı I Vilyamın qızı, III Niderland kraliçası və Böyük Lüksemburq hersoginyası.

1818-ci ildə Ştutqartda dünyaya gəldi. Atası Vürtemberq kralı I Vilyam, anası isə rus çarı I Pavelin qızlarından Yekaterina Pavlovnadır. Hələ 1 yaşı tamam olmadan anası vəfat etdi və azyaşlı Sofiya bacısı Mariya ilə birlikdə bibisi Şahzadə Katarinanın himayəsinə verildi. Atasının istəyilə mükəmməl saray təlim-tərbiyəsi aldı. 16 yaşında ikən bacısı Mariya ilə birlikdə İtaliyaya səyahətə yollandı. Bibisi Şahzadə Katarina Napoleon Bonapartın qardaşı I Jerom ilə evli idi və bu səbəblə, Bonapart ailəsiylə yaxın münasibətləri vardı.

18 iyun 1839-cu ildə Niderland taxt-tacının varislərindən Şahzadə Vilhelmlə Ştutqartda evləndirildi. Üstəlik seçilmiş bəy namizədi onun xalası oğlu idi və hər ikisi də rus çarı I Pavelin nəvələri idi. Ancaq cütlük bir-birini sevmirdi və yalnız siyasi səbəblərlə evliliyi davam etdirirdi. Cütlüyün bu nigahdan 3 övladı doğulsa da, bunlardan biri yetkinlik yaşına çata bilmədi.

Şahzadə Vilhelm (1840-1879) Şahzadə Mauris (1843-1850) Şahzadə Aleksandr (1851-1884) 1840-cı ildə qaynatası II Vilhelmin taxta çxımasıyla, əri Şahzadə Vilhelm taxtın varisi və Oran şahzadəsi ünvanlarını aldı. Ancaq xalası olan qaynanası Kraliça Anna ilə münasibətləri olduqca pis idi. 1849-cu ildə qaynatasının ani ölümünün ardından əri III Vilhelm taxta çıxdı və Sofiya Niderland kraliçası ünvanı qazandı. Ancaq cütlüyün münasibətləri düzəlmədi. Üstəlik ertəsi il oğullarından Şahzadə Maurisin ölümü ikisinin münasibətlərini daha da pisləşdirdi. Hər ikisi də boşanmaq niyyətində olsa da, tutduqları vəzifə səbəbilə buna addım ata bilmədilər. Nəhayət, kralın əmisi Şahzadə Frederikin vasitəçiliyi ilə 1855-ci ildə rəsmi boşanma olmadan Kraliça Sofiya saraydan uzaqlaşdırıldı və cütlük ayrıldılar. Böyük oğul və varis Vilhelm atanın, kiçik oğul Aleksandr isə anasının himayəsində qaldı. Kraliça olaraq rəsmi vəzifələrini yerinə yetirsə də, şəxsi həyatında sərbəst qaldı.

1877-ci ildə Haaqada vəfat etdi. Əslində evləndiyi gün öldüyünü deməsi səbəbilə, vəsiyyətinə əsasən üzərində öz gəlinliyi olduğu halda dəfn olundu.

Mənbə

Ədəbiyyat

Hamer, Dianne (2011). Sophie: biografie van Sophie van Würtemberg (1818-1877) op basis van brieven en dagboeken. Uitgeverij Verloren. ISBN 978-9087042011

İstinadlar