() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinə aid heyvan cinsi.
Ayılar Şimali Amerika, Cənubi Amerika, Avropanın şimalı və Asiyada yayılmışdır.
Bədən quruluşu Böyük gövdələri, qısa ətrafları, uzun burunları, yumru qulaqları, qısa quyruğu var. Hər pəncədə (arxa və ön) 5 barmaq var. Hər barmağın ucunda uzun və iti dırnaq yerləşir. Arxa ayaqları üzərində duraraq insan kimi yeriyə bilirlər.
Əksər ayıların rəngləri ağ, qara, qəhvəyi biri birrənglidir. Bu mənada sadəcə panda fərqlənir. Onun rəngi ağ-qara qarışıqdır.
Əsas xüsusiyyətləri Erkək ayılar dişi ayılardan daha iri olurlar. Qoxubilmə bacarıqları çox inkişaf etmişdir. Sürətli qaçma, dırmanma və üzmə bacarıqları var.
Ağ ayının kütləsi 1000 kq-a çatır.
Ağdöş ayının uzunluğu 1.3–2 m, qara ayının 1.5–1.8 m, qonur ayının müxtəlif yarımnövlərinin uzunluğu 1.2–3 m, ağ ayının uzunluğu isə 1.6–3 m-dir.
Həyat tərzi Hər bir ayı növünün yaşadığı ərazi quruluşu fərqlidir, amma ümumi olaraq deyə bilərik ki, ayılar ağac oyuqlarında, qayaların arasında, mağaralarda yaşayırlar.
Qış gələnədək bol miqdarda qidalanır və kökəlirlər. Qış boyu yuvalarında nizamsız şəkildə yatırlar.
Qidalanması Qidalanma növlərə görə dəyişir. Məsələn, qütb ayısı ətyeyən, panda isə otyeyəndir. Bal, balıq, meyvə ailələrin xoşladıqları qidalardır.
Sinonimləri
Növləri və yarımnövləri
Ursus americanus altifrontalis Ursus americanus amblyceps Ursus americanus americanus Ursus americanus californiensis Ursus americanus carlottae Ursus americanus cinnamomum Ursus americanus emmonsii Ursus americanus eremicus Ursus americanus floridanus Ursus americanus hamiltoni Ursus americanus kermodei Ursus americanus luteolus Ursus americanus machetes Ursus americanus perniger Ursus americanus pugnax Ursus americanus vancouveri
, Selenarctos tibetanus
Ursus minimus
İstinadlar
Həmçinin bax
Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:Məməlilərin cinsi