Faktor — hər hansı bir prosesin, hadisənin baş verməsini şərtləndirən, onun gedişatına və ya nəticəsinə təsir göstərən əsas səbəb, amil və ya hərəkətverici qüvvədir. Latınca “facere” – “etmək, yaratmaq, törətmək” felindən yaranan “factor” sözü bir şeyi əmələ gətirən, formalaşdıran səbəb, hərəkətverici qüvvə mənasında işlədilib. Qərb dillərində, xüsusən də ingilis dilində “factor” anlayışı əsrlər boyunca elmdə, fəlsəfədə, iqtisadiyyatda və riyaziyyatda əsas terminlərdən birinə çevrilib. Azərbaycan dilinə bu söz birbaşa rus (“фактор”) və türk dilləri vasitəsilə keçib və müasir leksikonda tam oturuşmuş şəkildə işlədilir.
Faktorial — riyaziyyatda sağına nida işarəsi qoyulmuş ədədə verilən ad. Faktor — proqramlaşdırma dili.
İstinadlar
Kateqoriya:Terminologiya