Tarixdən silinmiş şiə firqələrinin siyahısı — tarixən yaranmış, inkişaf etmiş və silinmiş şiə qruplarını ehtiva edir.

Kərbəla hadisəsindən sonra sürətlə yayılan Əməvilərə qarşı düşmənçilik və Əliyə və onun övladlarına duyulan siyasi tərəfdarlıq zaman keçdikcə sistemli məzhəblərə çevrilmişdir. Bu dövrdə Əlinin ilahlığı və peyğəmbərliyi iddialarını, həmçinin bəda, rəcət, tənasüx və ibahə kimi etiqadları özündə birləşdirən Keysaniyyə və onun qolları ilk ifrat şiə (qulat) qruplarını təmsil etmişdir.

Bundan əvvəl Abdullah ibn Səbanın Mədain şəhərində Əli haqqında irəli sürdüyü məsihçi (məsihə aid) təlimdən xəbərdar olan müasirləri bu cərəyanı bəzən Səbəiyyə adlandırsalar da, həmin təlim ayrıca bir firqəyə çevrilməmişdir.

Muxtar əs-Səqəfinin başlatdığı Keysaniyyə hərəkatında Məhəmməd ibn Hənəfiyyə hicri 81-ci (700-cü) ilə qədər imam və mehdi kimi qəbul olunmağa davam etmiş və onun vəfatından sonra tərəfdarlarının bir hissəsi öldüyünü qəbul etməmiş, geri qayıdaraq hakimiyyəti ələ alacağını iddia etmişlər.

Bunun nəticəsində çoxlu sayda alt firqələr meydana gəlmişdir. Nəhayət, Keysaniyyə hicri II (VIII) əsrin ortalarından etibarən sürətlə zəifləməyə başlamış və əsrin sonlarında tarix səhnəsindən silinmişdir.

Kərbəladan sağ qurtulan Hüseynin oğlu Zeynəlabidin siyasi fəaliyyətlərdən uzaq, sakit bir həyat sürmüşdür. Onun oğullarından Zeyd və Məhəmməd əl-Baqir hicri II (VIII) əsrin əvvəllərindəki elmi və siyasi fəaliyyətlə məşğul olmuşlar. Bunlardan Zeyd öz adına nisbətlə adlandırılan Zeydiyyə məzhəbini yaratmış, Məhəmməd əl-Baqir isə İsna əşariyyə (On iki imam şiəliyi) tərəfindən beşinci imam kimi qəbul edilmişdir.

Abbasi dövrü şiə tarixçisi Həsən ibn Musa ən-Nubaxti (v. 922) "Şiə firqələri" adlı əsərində Zeydiyyə, Keysaniyyə, Vaqifiyyə, İsmailiyyə və s. kimi 100-dən çox fərqli firqələrin (qrupların) adını qeyd etmiş və onlar haqqında məlumatlar təqdim etmişdir.

Şiə alimi Şeyx Tusi (v. 995) də şiəlikdəki müxtəliflik haqqında bunları qeyd etmişdir:

Yuxardakı alimlərin də bəhs etdiyi bu qrupların bir hissəsi eyni tarixi periodlarda paralel fəaliyyətdə olmuş, digər bir hissəsi isə müxtəlif vaxtlarda mövcud olmuş və tarixdən silinmişlər.

Qulat qruplar Baziğiyyə Cəmmiyyə Qurabiyyə Hürufilik Nöqtəvilik Keysanilik Muğriyyə Rəvandiyyə Yəfuriyyə Cund əs-Səma

Zeydi qruplar Mutrəfyə Dukeyniyyə Xəlafiyyə Xəşabiyyə Təbiriyyə (Butriyyə və ya Salehiyyə)

İsmaili qruplar Hafizilik Qərmətilər Səbiyyə (Yeddilər)

İmamiyyə qrupları Navusiyyə Fəthilər (Əftəhiyyə) Şuməytiyyə Məhəmmədilər — Məhəmməd ibn Cəfər əs-Sadiqin ardıcılları. Tavusilər Vaqifiyyə Müşəşəilər Cəfəriyyə — Cəfər ibn Əli əl-Hadi tərəfindən əsası qoyulmuş şiə firqəsi. O, Əli ən-Nəqinin ən kiçik oğlu idi və qardaşı, on birinci imam Həsən əl-Əskərinin vəfatından sonra imamət iddiasında olmuşdur. Cəfər qardaşı Həsən əl-Əskərinin oğlunun olduğunu inkar etmişdir. On ikinci imam Məhəmməd əl-Mehdinin mövcudluğunu tamamilə rədd edərək bunun uydurma olduğunu iddia etmişdir. Buna görə də Cəfər ibn Əli əl-Hadi On iki imam şiələri arasında "əl-Kəzzab" (; ) ləqəbi ilə tanınmışdır.

İstinadlar

Kateqoriya:İslam siyahıları Kateqoriya:Şiə məzhəbləri