bağlantı=https://az.wikipedia.org/wiki/Fayl:Indo-Iranian_origins.png|thumb|upright=1.36|Hind-İran miqrasiyaları ilə əlaqələndirilən arxeoloji mədəniyyətlər. Hind-arilər — Hind-ari dillərində danışan, Hind-Avropa mənşəli etnik və dil qrupu. Mövcud elmi fərziyyələrə görə, Hind-ari xalqlarının kökləri Mərkəzi Asiya areallarının şimalında yerləşən Sintaşta və Andronovo arxeoloji mədəniyyətlərinə (və Proto-Hind-İranlılara) əsaslanır. Onların bu regionlardan hərəkət edərək, Hind-Avropa mənşəli olmayan Baktriya-Margiana Arxeoloji Kompleksi mədəniyyətindən dini, dilçilik və mədəni cəhətdən təsirləndiyi və daha sonra Hindistan yarımadasının şimalına miqrasiya etdiyi düşünülür. Bu miqrasiyaların təxminən MÖ 1800-cü illərdə, döyüş arabalarının ixtirasından sonra başladığı ehtimal olunur. Məhz bu dövrdə Hind-arilər ilə İran dilli xalqların bir-birindən fərqlənməyə və ayrılmağa başladığı təxmin edilir. Köç dalğalarının həm Levant, həm də Hindistan yarımadası istiqamətinə doğru reallaşdığı qəbul edilir. I Kristofer Bekvitə () görə, Usunlar da Hind-ari mənşəli bir xalq olub, Çin istiqamətinə yönələn fərqli bir miqrasiya qolunun nəticəsində ortaya çıxmışdırlar.

Pakistan, Hindistan, Banqladeş, Nepal, Şri-Lanka və Maldiv adaları müasir Hind-ari xalqlarının kompakt şəkildə yaşadığı əsas coğrafi regionlardır. Hindistan yarımadasından kənarda, bu tayfaların keçmişdə Qərbi Çin, Levant və Anadolu (Mitannilər) ərazilərinə də yayıldığı məlum olsa da, müasir dövrdə həmin regionlarda yerli (avtoxton) statusda olan heç bir müasir Hind-ari xalqı qalmamışdır.

Hind-ari dillərinin geniş coğrafiyaya yayılmasının kütləvi xalq köçlərindən ziyadə, bu tayfalara rəhbərlik edən hərbi, dini və ya siyasi elit bir qrupun təsiri altında, yerli icmaların mədəni və dil dəyişməsinə məruz qalması və bu yeni dilləri mənimsəməsi vasitəsilə baş verdiyi də irəli sürülən mühüm nəzəriyyələrdən biridir.

İstinadlar

Ədəbiyyat siyahısı

Trubachov, Oleg N., 1999: Indoarica, Nauka, Moscow.

Xarici keçidlər Horseplay at Harappa – People Fas Harvard – Harvard University (PDF) A tale of two horses – Frontline

Kateqoriya:Hind-ari xalqları Kateqoriya:Hind-Avropa xalqları Kateqoriya:Hind-İran xalqları