Kiçe dili () — Mezoamerikada danışılan Mayya dillərindən biri. Bu dil əsasən Qvetamala ərazisində danışılır. Kiçe dilində yazılmış ən mühüm qədim ədəbi əsər "Popol-Vuh" hesab olunur.

Kiçe dili, Mayya dill ailəsinin Kiçe yarımqrupuna aid bir dildir. Bu dil Qvatemalanın mərkəzi hissəsinin qərb dağlıq bölgələrində təxminən bir milyon (bəzi mənbələr görə 1,680,551) nəfər tərəfindən danışılır. Kiçe dili ən yaxın qohumluq əlaqəsinə Kakçikel, Tzutucil, Sakapulteko və Sipakapense dilləri ilə malikdir. Daha uzaq qohumluq əlaqələri isə Poqomçi, Poqomam, Uspanteko, Kekçi və Şərqi Mayya qrupuna daxil olan digər dillərlə mövcuddur.

Kiçe dilinin məktəblərdə tədrisi barədə dəqiq məlumat yoxdur.

İstinadlar Kateqoriya:Aqqlütinativ dillər Kateqoriya:Qvatemala dilləri Kateqoriya:Meksika dilləri