Əbu Səid Əbən ibn Osman ibn Əffan əl-Üməvi (; ) — Osman ibn Əffanın oğlu, tabiin nəslinə mənsub mühəddis, məğazi müəllifi və vali.
Həyatı Mənbələrdə doğum tarixi haqqında mənbələrə rast gəlinmir.
O, 16 yaşı olanda Aişənin tərəfində Cəməl döyüşündə iştirak etmiş (656), Əbdülməlik ibn Mərvan tərəfindən Mədinə valisi təyin edilmişdir (695). O, bu vəzifəni 7 il icra etmişdir.
O, atasından, Zeyd ibn Sabitdən və Usamə ibn Zeyddən hədis rəvayet etmişdir. Ondan isə oğlu Əbdürrəhman, Ömər ibn Əbdüləziz, Zöhri, Əmr ibn Dinar, İbn İshaq və başqaları hədis rəvayət etmişlər.
Siyər və məğazi sahəsinin qabaqcıllarından hesab olunan Əbən ibn Osmanın, "Kitabül-Məğazi" adlı bir əsərin müəllifi olduğu irəli sürülmüşdür.
Əbən ibn Osman hicri 105-ci (723) ildə Mədinədə vəfat etmişdir.
Həmçinin bax
Əmr ibn Osman Səid ibn Osman
İstinadlar
Kateqoriya:VIII əsr ərəbləri