Həntəmə bint Haşim əl-Məhzumiyyə () — Ömər ibn Xəttabın anası.
Həyatı Onun tam adı Həntəmə bint Haşim ibn Muğirə ibn Abdillah ibn Ömər ibn Məhzumdur. Həntəmə Bəni-Məzhum qəbiləsinə mənsub olub, Əbu Cəhlin əmisi qızıdır. Bəzi mənbələrdə onun adı Həntəmə bint Hişam ibn Muğirə şəklində qeyd edilmişdir ki, bu da onu Əbu Cəhlin bacısı edir. Lakin bu ikinci baxış geniş şəkildə qəbul edilmir.
O, Xəttab ibn Nüfeyl ilə ailə qurmuş və bu evlilikdən Fatimə və Ömər ibn Xəttab dünyaya gəlmişdir.
Onun haqqında mənbələrdə başqa məlumatlara rast gəlinmir.
İstinadlar
Kateqoriya:Səhabələr