thumb|right| Leybnis adına Hannover Universitetinin mühazirə zalı, auditoriya, Almaniya

Auditoriya ( «dinləmək üçün yer») — tədris müəssisəsində və ya hansısa ictimai binada mühazirə və ya çıxış dinləmək üçün otaq .

Auditoriya — bina daxilində xüsusi avadanlıqlarla təchiz edilmiş otaqdır. Otağın böyük bir hissəsini dinləyicilərin əyləşməsi və yazılı qeydlər aparması üçün bir tərəfə istiqamətlənmiş oturacaq yerləri təşkil edir. Dinləyicilərin qarşısında lektor üçün tribuna qoyulur. Lektor üçün təbaşirlə və ya rəngli qələmlə yazmaq üçün sadə lövhə və ya məzmun üzrə film göstərilməsi üçün böyük televizor və ya elektron lövhə qurula bilər. Lövhədən plakat da asıla bilər.

İstinadlar

Kateqoriya:Otaqlar Kateqoriya:Məktəb növləri Kateqoriya:Musiqi meydanları Kateqoriya:Teatr tarixi Kateqoriya:Teatr terminləri