Endri Mürrey Börnhem (7 yanvar, 1970) — Britaniya siyasətçisi, 2026-cı ilin iyul ayından Birləşmiş Krallığın Baş naziri və Leyboristlər Partiyasının sədri. Baş nazir olmadan əvvəl Börnhem 16 il parlament üzvü olub, Toni Bleyr və Qordon Braun hökumətlərində müxtəlif vəzifələrdə çalışıb. Son doqquz ildə Böyük Mançesterin meri olub.
Börnhem İngiltərənin şimalında doğulub və orada böyüyüb. O, 15 yaşında Leyboristlər Partiyasına qoşulub, daha sonra isə Kembric Universitetinin Fitsvilyam Kollecində ingilis dili və ədəbiyyatı üzrə təhsil alıb. 2001-ci ildə Ley (Leigh) seçki dairəsindən parlament üzvü seçilməzdən əvvəl o, jurnalist və siyasi müşavir kimi fəaliyyət göstərib. Toni Bleyr və Qordon Braunun hökumətlərində Börnem Xəzinədarlığın Baş katibi və Mədəniyyət naziri vəzifələrini tutub, 2009-cu ildə Səhiyyə naziri vəzifəsində çalışıb.2009-cu Andrew Burnham
Leyboristlər Partiyasının 2010-cu il ümumi seçkilərindəki məğlubiyyətindən sonra Börnhem Kölgə kabinetində (2010–2016) fəaliyyət göstərib. O, iki dəfə — 2010 və 2015-ci illərdə, partiya rəhbərliyinə namizədliyini irəli sürüb və müvafiq olaraq dördüncü və ikinci yerləri tutub. 2017-ci ildə o, parlament üzvlüyündən istefa verdi və Böyük Mançesterin meri seçildi. Mer kimi fəaliyyəti onun ölkə miqyasında tanınmasını artırdı və sonradan o, 2021 və 2024-cü illərdə yenidən bu vəzifəyə seçildi. Leyboristlər Partiyasının 2024-cü ildə hakimiyyətə qayıtmasından sonra, Baş nazir Keir Starmerin reytinqinin aşağı düşdüyü bir vaxtda Börnhem yüksək dəstək səviyyəsini qoruyub saxladı və bu da onun potensial varis olması barədə ehtimallara yol açdı. 2026-cı ildə o, Makerfild seçki dairəsində keçirilən əlavə seçkilərdə qalib gələrək parlamentə qayıtdı və mer vəzifəsindən istefa verdi. Starmer istefa verdiyini elan etdikdən sonra partiya rəhbərliyi uğrunda seçki keçirildi və Börnhem bu seçkidə rəqibsiz qalib gəldi.
Erkən illəri və təhsili
Endrü Mürrey Börnhem 1970-ci il yanvarın 7-də Liverpul şəhərinin Lankaşir qraflığının Eyntri qəsəbəsində anadan olub, Kalçet kəndində böyüyüb. Atası Kennet Roy Börnhem (1940–2026) telefon mühəndisi, anası Eylin Meri Börnhem (qızlıq soyadı Mürrey) tibb klinikada çalışırdı. Börnhemın atası şotland-irland əsilli protestant idi. Onun əcdadları İrlandiyanın Droqeda şəhərində yaşamış və XIX-cu əsrin sonlarında İngiltərənin Liverpul şəhərinə köçmüşdülər.Andy Burnham has a lot of Irish roots - will he play on them during his visit? Anası isə Şotlandiyada doğulub-böyümüş, irland-şotland əsilli katolikdir.
Börnhem katolik ailəsində böyüyüb və yerli kilsədə keşiş köməkçisi kimi də işləyib. Sonralar o, özünü "tərbiyə etibarılə katolik", lakin "xüsusilə dindar olmayan" biri kimi təsvir etdi. O qeyd edir ki, "Siyasi baxışlarımın əsasında Katolik Kilsəsinin sosial təlimi dayanır"."Andy Burnham Interview: Part 2".
O, Nyuton-le-Villouzda yerləşən Sent-Luis Katolik İbtidai məktəbində və Sent-Eldred Roma-Katolik Orta məktəbində təhsil alıb və 15 yaşında Leyboristlər partiyasına qoşulub.Orders of the Day — European Communities (Amendment) Bill
Börnhem Kembric Universitetinin Fitzilliam kollecində ingilis dili ixtisası üzrə təhsil almış və 1991-ci ildə Humanitar elmlər üzrə bakalavr, sonradan isə magistr dərəcəsi almışdır.Who is Andy Burnham really? Teen ‘scally’ to professional outsider
Siyasi karyerasının başlanğıcı
Universiteti bitirdikdən sonra Börnhem Londona köçdü. 1991-ci ildən 1994-cü ilə qədər o, özəl "Baltic Publishing" şirkətində jurnalist kimi çalışdı.Former logistics reporter set to become Britain’s latest prime ministerFormer BD journalist set to become UK PM
1994 ildən 1997-ci il ümumi seçkilərə qədər siyasətçi Tessa Jouellin yanında tədqiqatçı kimi çalışıb. 1995-ci ildə həmkarlar ittifaqına üzv olub. 1997-ci ilin avqust - dekabr aylarında "NHS Confederation" təşkilatında parlamentlə əlaqələr üzrə vəzifədə çalışıb. 1998-ci ildə Mədəniyyət, Media və İdman naziri Kris Smitin xüsusi müşaviri təyin olunubNew culture secretary keeps an open mind on licence fee və bu vəzifəni 2001-ci il ümumi seçkilərində İcmalar Palatasına seçilənə qədər icra edib.
Parlament üzvü (2001–2017) Lourens Kanlifin təqaüdə çıxmasından sonra Börnhem Ley (Böyük Mançester) seçki dairəsindən partiyanın namizədi kimi uğurla seçkilərə qatıldı. O, 2001-ci il seçkilərində 16 362 səs fərqi ilə seçildi və 4 iyul 2001-ci ildə İcmalar Palatasında ilk çıxışını etdi. Parlamentə seçildikdən sonra Börnhem 2001-ci ildən 2003-cü ilə qədər Səhiyyə üzrə Xüsusi Komitənin üzvü, 2003-cü ildə Daxili İşlər naziri Devid Blankettin parlament üzrə şəxsi katibi təyin edildi. Blunkettin 2004-cü ildəki ilk istefasından sonra o, Təhsil naziri Rut Kellinin parlament üzrə şəxsi köməkçisi oldu. Leyboristlər Partiyası ilə yanaşı, Börnem həm də partiyanın müttəfiqi olan Kooperativ Partiyasının üzvüdür.
Parlamentdəki vəzifələri (2005–2010) 2005–2007: Nazirlik fəaliyyətinin ilkin dövrü 2005-ci ildə keçirilən ümumi seçkilərdən sonra Börnhem Toni Bleyrin hökumətinə parlament üzrə dövlət katibinin müavini təyin edildi. 2006-cı il mayın 5-də hökumətdə aparılan dəyişikliklər zamanı o, Daxili İşlər Nazirliyindəki vəzifəsini tərk edərək Səhiyyə Departamentində icra və islahatlar üzrə dövlət naziri vəzifəsinə təyin edildi."Department of Health Departmental Report 2007" Qordon Braun 2007-ci il iyunun 28-də özünün ilk kabinetini formalaşdırarkən Bernhem Xəzinədarlığın Baş katibi vəzifəsinə təyin edildi və bu vəzifəni 2008-ci ilə qədər icra etdi.Andy Burnham: Labour spending was not profligate
2008–2009: Mədəniyyət naziri 2008-ci ilin yanvarında hökumətdə aparılan dəyişikliklər zamanı Börnhem Ceyms Purnelin yerinə Mədəniyyət, Media və İdman üzrə dövlət naziri vəzifəsinə təyin edildi. "Sometimes a problem really is an opportunity... for others".
Həmin il Börnhem hökumətin internet məzmunu üzərində nəzarəti sərtləşdirmək planlarını elan etdi.Government to tighten up web controls
2009–2010: Səhiyyə naziri 2009-cu ilin iyununda Börnhem Səhiyyə naziri vəzifəsinə təyin edildi və bu vəzifəni 2010-cu il Parlament seçkilərindən sonra Leyboristlər hökuməti istefa verənədək icra etdi.
Səhiyyə naziri kimi Börnhem, Milli Səhiyyə xidməti nümunəsində hazırlanmış və vətəndaşlara xidmətdən yararlanarkən pulsuz, dövlət tərəfindən maliyyələşdirilən sosial qayğı sisteminin yaradılmasını nəzərdə tutan Milli Qayğı xidmətinin təsis edilməsi təşəbbüsünü irəli sürdü. 2009-cu ilin iyul ayında Səhiyyə Departamenti "Qayğı xidmətinin gələcəyini birlikdə formalaşdırmaq" (Shaping the Future of Care Together) adlı "Yaşıl kitab" (Green Paper) dərc etdi.National care service – what's the big idea? Bunun ardınca, sentyabr ayında Qordon Braunun "həlledici milli müzakirə" kimi təqdim etdiyi və "Qayğı sistemi ilə bağlı debat" (Big Care Debate) kimi tanınan ictimai müzakirə prosesi keçirildi.Rethinking the Cinderella Service"
İctimai müzakirələr sosial xidmət sisteminin islahatına ciddi tələbat olduğunu təsdiqlədi və bu da hökuməti islahatın mərhələli şəkildə həyata keçirilməsi barədə qərar qəbul etməyə sövq etdi.Building the National Care Service 2014-cü ilə nəzərdə tutulmuş ikinci mərhələ stasionar sosial xidmət müəssisələrində iki ildən artıq müddətdə olmuş şəxslərə pulsuz sosial xidmətlərin göstərilməsini nəzərdə tuturdu, üçüncü və sonuncu mərhələ isə 2015-ci ildən sonra bütün vətəndaşlar üçün pulsuz sosial xidmətlərin tam tətbiqini əhatə edirdi.National Care Service launched Lakin Leyboristlər partiyasının 2010-cu il ümumi seçkilərində məğlubiyyətindən sonra Mühafizəkarlar və Liberal Demokratların koalisiyası bu təşəbbüsdən imtina etdi və həmin qanun sonradan ləğv edildi."Personal Care at Home Act 2010 (repealed)"
Əvvəlki seşki kampaniyaları 2010-cu ilin mayında, Braunun Leyboristlər Partiyasının rəhbəri vəzifəsindən istefa verməsi ilə əlaqədar olaraq, Börnhem növbəti seçkilərdə namizədliyini irəli sürmək niyyətində olduğunu bəyan etdi. O, seçki kampaniyasına 26 may tarixində özünün Ley seçki dairəsində start verdi və partiya liderliyi uğrunda kampaniyasına başladı.Burnham seeks to stand out from leadership crowd Onun platforması "məqsədyönlü sosializm" (aspirational socialism) konsepsiyasına əsaslanırdı.Andy Burnham's Labour leadership bid based on a return to socialist values O, ödənişsiz təcrübə proqramlarının ləğv edilməsi məqsədilə aparılan "Intern Aware" kampaniyasına da qoşulmuşdur.Andy Burnham: BBC should end unpaid work experience Börnhem Koalisiya hökuməti tərəfindən ləğv edilməzdən əvvəl Səhiyyə naziri kimi təqdim etdiyi Milli Qulluq Xidmətinin (National Care Service) yenidən yaradılması və miras vergisinin torpaq dəyəri vergisi ilə əvəz edilməsi də daxil olmaqla, bir sıra siyasi öhdəliklər vəd etdi.Land value tax – not old or New but true Labour Börnhem səslərin 10,4%-ni toplayaraq ikinci mərhələdə mübarizədən kənarlaşdı və dördüncü yeri tutdu. Partiya rəhbərliyi uğrunda mübarizədə Ed Miliband qalib gəldi.
13 may 2015-ci ildə, Leyboristlər partiyasının ümumi seçkilərdə Kameronun Mühafizəkarlar Partiyasına məğlub olmasından sonra, Börnhem 2015-ci il liderlik seçkilərində Milibandi əvəz etmək üçün namizədliyini irəli sürəcəyini elan etdi.
2015-ci il mayın 13-də, Leyboristlər Partiyasının Kemeronun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasına qarşı ümumi seçkilərdə məğlub olmasından sonra, Börnem yenə partiya rəhbərliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu elan etdi.Andy Burnham becomes third candidate to declare Labour leadership bid O, partiyanı və ölkəni birləşdirməyin zəruriliyini vurğuladı.
Börnhemin təklif etdiyi digər tədbirlərə minimum əməkhaqqının artırılması və gənclər üçün tətbiq edilən daha aşağı əməkhaqqı dərəcələrinin ləğvi, bununla da "bütün yaş qrupları üçün normal həyat sürməyə imkan verən layiqli gəlir səviyyəsinin" təmin edilməsi, həmçinin "sıfır saatlıq" müqavilələrin və ödənişsiz təcrübə proqramlarının aradan qaldırılması daxil idi.Labour's Andy Burnham Pledges To Scrap Tuition Fees, Ban Unpaid Internships And Introduce Graduate Tax Bundan əlavə, o, yerli hakimiyyət orqanlarına daha geniş muxtariyyət və borclanma səlahiyyətləri vermək yolu ilə yüksək mənzil və kirayə qiymətləri məsələsini həll etmək planlarını açıqladı. O, həmçinin yerli hakimiyyət orqanlarına mənzil tikintisi üçün vəsait cəlb etmək, özəl kirayə sektorunu tənzimləmək və kommersiya təyinatlı daşınmaz əmlaka torpaq dəyəri vergisi tətbiq etmək məqsədilə daha çox sərbəstlik və geniş səlahiyyətlər verməklə mənzil qiymətləri və kirayə xərcləri ilə bağlı böhranı həll etmək planlarını açıqladı.Endi Börnem Leyboristlər Partiyasına rəhbərlik etmək uğrunda kampaniyasını gücləndirərkən əsas diqqət "böyük baxış"a yönəlib. 2015-ci ilin sentyabrında keçirilən seçkilərdə Börnhem Korbindən sonra ikinci yeri tutdu: o, birinci turda səslərin 19%-ni topladığı halda, Korbin 59% səs qazanmışdı.Leyboristlərin rəhbərliyi: Partiya yeni liderini elan etməyə hazırlaşır
Böyük Mançesterin meri (2017–2026)
Namizədlik və seçkiləri 5 may 2016-cı ildə Börnhemin sözçüsü təsdiqlədi ki, Böyük Mançesterdəki partiya rəsmiləri ona müraciət edərək, 2017-ci ildə keçiriləcək mer seçkilərində iştirak etmək məqsədilə Korbinin kölgə kabinetindən istefa verməyi nəzərdən keçirməsini xahiş ediblər. 18 may 2016-cı ildə o, mer vəzifəsinə namizədliyini irəli sürəcəyini təsdiqlədi.Endi Börnem Mançester meri vəzifəsinə namizədliyini irəli sürəcəyini təsdiqləyir. Börnhem 2016-cı ilin avqustunda Leyboristlər Partiyasından namizəd seçildi.Börnem Mançester meri vəzifəsinə namizəd seçildi