Əbu Musa Yunus ibn Əbdüləla ibn Musa əs-Səfədi (; ) — əş-Şafiinin tələbəsi, fiqh, hədis və qiraət alimi.
O, Misirdən kənara çıxmadığı üçün elmini oradakı alimlərdən öyrənmiş və əş-Şafii ilə hicri 199-cu (815) ildən sonra tanış olmuşdur. Misirdə məskunlaşmış əş-Şafiinin dərslərində iştirak etmiş və ondan son dövrə aid görüşləri rəvayət edən tələbələri sırasına daxil olmuşdur. Lakin məzhəb daxilində əl-Büveyti, əl-Müzəni və Rəbi ibn Süleyman əl-Muradi qədər tanınmamışdır.
Yunus ibn Əbdüləla daha çox rəvayət elmində, xüsusilə hədis və xəbərlərin səhih olanları ilə zəif olanlarını bir-birindən ayırmaq sahəsində fərqlənmişdir. Buna görə də onun adı Şafii fiqh ədəbiyyatında çox çəkilməsə də, rəvayət ədəbiyyatında, xüsusən də mənaqib və hədis əsərlərində daha çox xatırlanmışdır.
O, müəllimi əş-Şafiinin tövsiyəsi ilə debatlarda iştirak etməmiş və daha çox hədis sahəsinə önəm vermişdir. Ondan 7 ay hədis təhsil almış münəqqid İbn Əbu Hətim, bir çox hədis mütəxəssisinin ona etimad etdiyini söyləmiş və qazılar onun görüşlərinə müraciət etmişlər.
Həyatı Hicri 170-ci ildə (787) anadan olmuşdur.
Vərş, Əbül-Həsən Əli ibn Yezid, Süfyan ibn Uyeynə, əş-Şafii kimi alimlərdən qiraət, hədis və fiqh təhsili almışdır. Əş-Şafiinin son dövr görüşlərini (qəvli-cədid) rəvayət edən tələbələrindən birinə çevrilmiş və Əş-Şafii onun haqqında belə demişdir:
Əhməd ibn Məhəmməd əl-Vasiti, Məhəmməd ibn Rəbi əl-Cizi, İbn Xuzeymə və Təbəri kimi alimlər ondan qiraət öyrəmişlər. Ondan hədis rəvayət edənlər isə Müslüm ibn Həccac, Nəsai, İbn Macə, Əbu Hətim ər-Razi, Əbu Züra ər-Razi, Əbu Cəfər ət-Tahavi və başqa olmuşdur. Əbu Bəkr Məhəmməd ibn Əli əl-Əskəri ondan əş-Şafiinin əsərlərini rəvayət etmişdir.
O, hicri 264-cü (878) ildə vəfat etmiş və Sədif (və ya Qarafə) qəbiristanlığında dəfn edilmişdir.
İstinadlar