Antuan Reymon Jan Qualber Qabriel de Sartin, qraf de Albi (; ) — Fransa dövlət xadimi, XV Lüdovikin hakimiyyəti dövründə Parisin polis general-leytenantı (1759–1774), Kral XVI Lüdovikin hakimiyyəti dövründə isə dəniz donanması üzrə dövlət katibi (1774–1780).
Mənşəyi Antuan de Sartin 1729-cu ildə Barselonada anadan olmuşdur. O, İspaniya kralı V Filippin qoşunları ilə birlikdə İspaniyaya gəlmiş və 1726–1744-cü illərdə Kataloniyanın intendantı (yəni qubernatoru) vəzifəsində çalışmış fransamənşəli maliyyəçi Antuan Sartinin oğlu idi. Onun anası İngiltərə kralı II Ceymsin dövlət katibi olmuş Albevil markizi İqnati Vaytın qızı, Albi qrafinyası Ketrin Vayt olmuşdur. Albi qrafı titulu ona, görünür, anasından miras qalmışdır. Bu titul 1679-cu ildə Müqəddəs Roma imperatoru I Leopold tərəfindən İqnati Vayta, onun atası Dominik Vayta və onların nəsillərinə verilmiş Albevil markizi tituluna tabe olan ikinci dərəcəli bir titul idi.Jacques Michel, Du Paris de Louis XV à La Marine de Louis XVI. L'oeuvre de Monsieur de Sartine. Tome I: La vie de la capitale, Paris, 1983.
İstinadlar
Əlavə ədəbiyyat Jacques Michel, Antoine de Sartine, secrétaire d’Etat de la Marine et des Colonies (1774–1780), Neptunia, No. 155, 1984. Louis-Gabriel Michaud (ed.), Biographie universelle ancienne et moderne, Paris, 1843–1865, vol. 38, pp. 36–38. Joseph Droz, Histoire du règne de Louis XVI, Renouard libraire, Paris, 1839, vol. II, p. 360. Marc Chassaigne, La lieutenance générale de police de Paris, Paris, 1906. Kateqoriya:XVI Lüdovik nazirləri