Teodor Tronşen (; ) – İsveçrə həkimi.

O, London Kral Cəmiyyətinin üzvü (1762-ci il), Peterburq Elmlər Akademiyasının fəxri üzvü (1778-ci il) və Paris Elmlər Akademiyasının xarici üzvü (1778-ci il) seçilmişdir.Les membres du passé dont le nom commence par T

Həyatı Tibbi təhsilini Leydendə almışdır. Amsterdamda məskunlaşdıqdan sonra qısa müddətdə geniş həkimlik təcrübəsi qazanmışdır. Cenevrəyə köçdükdən sonra isə daha böyük şöhrət tapmışdır. Orlean hersoqunun təkidindən sonra Parisə köçmüş və burada dövrün tanınmış, populyar həkiminə çevrilmişdir. Tronşenin yeganə böyük elmi əsəri "De colica pictorum" (Cenevrə, 1755-ci il) hesab olunur. Onun digər yazıları "Ensiklopediya"da və "Cərrahiyyə Akademiyasının Memuarlarında" dərc olunmuş kiçikhəcmli məqalələrdən ibarətdir.

İstinadlar

Kateqoriya:Sankt-Peterburq Elmlər Akademiyasının fəxri üzvləri Kateqoriya:İsveçrə həkimləri