Əbül-Həsən Ətiyyə ibn Səd əl-Əvfi (; ) — tabiin nəslinə mənsub olan mühəddis və müfəssir.
Bioqrafiya Əlinin xəlifəlik illərində Kufədə anadan olub. Zərkəliyə görə Bənu Yəşkürə mənsub olub. Gənclik illəri və təhsili haqqında məlumat yoxdur.
Əbu Səid əl-Xudri, Əbu Hüreyrə, İbn Abbas, İbn Ömər, Zeyd ibn Ərqam və İkrimədən hədis öyrənib. Ondan da oğulları, Əməş, Həccac ibn Ərət və başqaları hədis rəvayət ediblər.
Əməvilərə qarşı üsyan qaldırmış İbn əl-Əşasla birlikdə Həccaca qarşı vuruşub və əsir düşüb. Daha sonra Kufəyə qayıdaraq ömrünün sonuna kimi burada yaşayıb.
Hicri 111-ci ildə (729 və ya 730) vəfat edib.
Onun hədis sahəsindəki etibarlılığı müzakirə mövzusu olmuşdur. Belə ki, İbn Macə, Tirmizi, Əbu Davud və Buxari onun rəvayətlərinə öz əsərlərində yer versələr də, Əbu Hətim, Yəhya ibn Məin, Əhməd ibn Hənbəl və Nəsai onu "zəif" adlandırıblar.
Mənbələrə görə, onun bir təfsiri olmuş və Təbəri bu təfsirə 1560 yerdə istinad etmişdir, lakin bu əsər dövrümüzə qədər gəlib çatmamışdır.
İstinadlar
Kateqoriya:VIII əsr ərəbləri