Azərbaycan Basketbol Liqası 2023/2024 – basketbol üzrə XXIX Azərbaycan çempionatı. Mövsüm 22 oktyabr 2023-cü ildə "Sərhədçi"–"Cəlilabad" oyunu ilə başlamışdır. 18 tur davam edən müntəzəm mövsümdə ilk 2 yeri tutan komanda pley-off mərhələsinə, 3–6-cı yerləri tutan komandalar pley-in mərhələsinə vəsiqə qazanmışdır.

"Sabah" klubu final seriyasında debütant "Xəzri" klubunu 3–1 hesabı ilə məğlub edərək ardıcıl 2-ci çempionluğunu qazanmışdır.

Komandalar və yerlər Liqada 10 komanda iştirak etmişdir. "Xəzri" və "Sumqayıt" çempionata qatılan yeni komandalar olmuşdur. Əvvəlki mövsümün iştirakçılarından "Zirvə Astara" adını dəyişərək "Cəlilabad", "AAAF Xırdalan" adınə dəyişərək "Xırdalan", "Olimpik Şəki" adını dəyişərək "Şəki" adı ilə mövsümdə iştirak etmişdir.

KomandaYerArenaCəlilabadCəlilabadCəlilabad Olimpiya İdman KompleksiGəncəGəncəGəncə Olimpiya İdman KompleksiXəzriBakıSərhədçi İdman MərkəziXırdalanXırdalanSərhədçi İdman MərkəziNeftçiBakıSərhədçi İdman MərkəziNTD-İndiqoXaçmazXaçmaz Olimpiya İdman KompleksiSabahBakıSərhədçi İdman MərkəziSərhədçiBakıSərhədçi İdman MərkəziSumqayıtSumqayıtSumqayıt Olimpiya İdman KompleksiŞəkiŞəkiŞəki Olimpiya İdman Kompleksi

Reqlament Çempionatın oyunları iki dövrəli, 18 turdan ibarət sistem üzrə keçirilmişdir. Müntəzəm mövsümü ilk altılıqda tamamlayan komandalar pley-off mərhələsinə vəsiqə qazanmışdırlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinal mərhələsinə, qalan dörd klub isə 1/4 final mərhələsinə adlamışdır. 1/4 və yarımfinal seriyaları 2 qələbəyə qədər, final seriyası isə 3 qələbəyə qədər davam etmişdir.

Müntəzəm mövsüm Cədvəl

Oyunlar

Pley-off

1/4 final

Yarımfinal

Üçüncü yer uğrunda

Final

İstinadlar

2023