Morul — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. 2001-ci ildən etibarən Şəmkir şəhərinə daxildir.
İqtisadiyyatı Morul kəndinin əsas gəlir mənbəyi əkinçilik, heyvandarlıq və Rusiyadan mədaxil olan pullardır, Əkinçilik sahəsində nəyinki Morullular ümumiyyətlə bütün şəmkir çox irəli bir səviyyədədir belə ki, Azərbaycanda mövcud olan parniklərin 75% məhz Şəmkir rayonunda yerləşir. Parniklərdən yığılan tərəvəzlərin sortlandırılması gedir, 1-ci sort və defektsiz olan tərəvəzlər Rusiya bazarlarına göndərilir, 2-ci sort tərəvəzlər Bakıya 3-cü sort isə rayonlara və konservasiyaya. Morul da heyvandarlıq da inkşaf etmişdir, belə ki, Morul Kür yanı qışlaqlar və Gədəbəy yaylaqlarının mərkəzində yerləşmişdir, bu isə kiçik baş heyvandarlıqda çox böyük müsbətdir.
İstinadlar
Kateqoriya:Şəmkir rayonunun ləğv olunmuş kəndləri