"Sərhədçi" PİK – Azərbaycan basketbol klubu. Ev oyunlarını Sərhədçi İdman Mərkəzində keçirir. 2022–2026-cı illərdə Azərbaycan Basketbol Liqasında çıxış etmişdir. 2026/2027 mövsümündən etibarən Azərbaycan basketbolunda ikinci səviyyəsi olan ABL-2-də çıxış edir.
Tarixi "Sərhədçi" klubu 2022/2023 mövsümündə Azərbaycan Basketbol Liqasında çıxış etməyə başlamışdır. Klub ilk mövsümündə müntəzəm mövsümü 14 qələbə və 14 məğlubiyyətlə 5-ci yerdə tamamlamış və pley-off mərhələsinə vəsiqə qazana bilməmişdir. 2023/2024 mövsümündə klub müntəzəm mövsümü 6-cı yerdə tamamlayaraq pley-offa vəsiqəni təmin etmiş, lakin 1/4 final mərhələsində "Naxçıvan" klubuna uduzaraq mübarizəni dayandırmışdır. Həmin mövsüm 2024 Azərbaycan Kubokunda yarımfinala qədər irəliləmişdir.
2024/2025 mövsümündə müntəzəm çempionatın A qrupunda mübarizə aparan "Sərhədçi" 1/4 final mərhələsində "Sabah" klubuna uduzmuşdur. 2025/2026 mövsümündə isə müntəzəm çempionatın B qrupunda 3-cü yeri tutmuş və pley-in mərhələsinə keçmişdir. Bu mərhələdə "Naxçıvan" klubuna uduzaraq mübarizəni dayandırmışdır. Klub mövsümün ən zəif nəticə göstərən 4 komandan biri kimi yeni təşkil olunan ABL-2-ə düşmüşdür.
Heyət
İstinadlar
Kateqoriya:Azərbaycan basketbol klubları