Nadav "Navi" Aharoni (; ) — İsrail səs prodüseri, aranjemançısı və bəstəkarı.
Həyatı Nadav Aharoni Kiryat-Yam şəhərində anadan olmuş və on yaşından musiqi ilə məşğul olmağa başlamışdır.
2007-ci ildə valideynlərinin evinin zirzəmisində ev studiyasını təsis etmişdir. O, gənclik illərindəki xarici görkəminə kinayəli bir eyham olaraq özünə "Navi" ləqəbini götürmüşdür.
2009-cu ildə Hayfadakı bir studiyada peşəkar səs yazma, miksinq və masterinq texniki kimi fəaliyyətə başlamışdır. 2010-cu ildə həmin studiyanın rəhbəri vəzifəsinə yüksəlmiş və burada 2015-ci ilə qədər çalışmışdır. 2015-ci ildə Hayfadakı "Just Music College" təhsil müəssisəsində musiqi prodüserliyi, "Cubase" proqramı, sintez, miksinq və masterinq üzrə müəllim kimi rəhbər vəzifəyə təyin olunmuşdur. O, 2017-ci ilə qədər tələbələrə dərs demiş, daha sonra isə öz peşəkar səs yazma studiyasını qurmaq üçün buradan ayrılmışdır. Bundan dərhal sonra müğənni Oşer Koen ilə əməkdaşlığa başlamış və onlar birlikdə ifaçının debüt albomu üzərində işləmişdilər. 2018-ci ildə işıq üzü görən həmin albom böyük uğur qazanaraq platin sertifikatına layiq görülmüşdir.
Aharoni Oşer Koen, müğənni və aktrisa Dana Lev, Omer Adam, Almoq Kriaf, Nasrin və digər ifaçılar üçün mahnılar bəstələmiş və prodüserlik etmişdir.
2026 Avroviziya Mahnı Müsabiqəsi ərəfəsində Aharoni Tslil Klifi və İsrailin 2025-ci ildəki Avroviziya təmsilçisi Yuval Rafael ilə birlikdə "Michelle" adlı kompozisiyanı qələmə almışdır. Bu əsər "Kan 11" yayım şirkətinin daxili komitəsi tərəfindən İsrailin müsabiqədəki mahnısı olaraq seçilmişdir. Noam Bettan tərəfindən ifa edilən kompozisiya Avstriyanın Vyana şəhərində keçirilən 2026 Avroviziya Mahnı Müsabiqəsində İsraili təmsil etmiş və yekunda ikinci yeri tutmuşdur.
İstinadlar
Kateqoriya:İsrail bəstəkarları