Azərbaycan 1996 Yay Olimpiya Oyunlarında — 1996-cı ilin 18 iyul–4 avqust tarixlərində Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Atlanta Olimpiadasında 23 idmançı ilə 9 idman növündə təmsil olundu.

Azərbaycan Milli Olimpiya Komandası Atlanta Olimpiadasını 1 gümüş medalla başa vurdu. Komandanın heyətində yeganə medalı sərbəst güləş turnirində mübarizə aparan və turnirin final görüşündə məğlub olaraq gümüş medala sahib olan Namiq Abdullayev qazandı.

XXVI Yay Olimpiya Oyunlarında 1 gümüş medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 61-ci pillədə, medalların sayına görə isə 64-cü pillədə qərarlaşdı.

1991-ci ildə Sovet İttifaqından ayrılan Azərbaycan dövlət müstəqilliyini elan etdi. 1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi yaradıldı. Bu qurum 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin üzvü seçildi. 1996-cı ildə isə Azərbaycan Olimpiya Oyunlarında debüt etdi.

Medalçıların siyahısı Azərbaycan Milli Olimpiya Komandası XXVI Yay Olimpiya Oyunlarını bir gümüş medalla başa vurdu. Komandanın heyətində sərbəst güləşçi Namiq Abdullayev final görüşündə məğlub olaraq olimpiadanın gümüş medalına sahib oldu.

MedalMedalçıİdman növüYarışTarix25x25pxNamiq AbdullayevGüləşKişilər, sərbəst, 52 kq1 avqust

Komandanın heyəti Azərbaycan Atlanta Olimpiadasında 9 idman növü üzrə 23 idmançı ilə təmsil olundu. Bu Azərbaycanın Olimpiya Oyunlarında debütü idi. Komandanın heyətində 23 idmançıdan üçü qadın idi.

Azərbaycan Milli Olimpiya Komandasının heyətində 23 idmançıdan 20-si olimpiadalarının debütantı idi, cəmi üçü isə bundan əvvəl Olimpiya Oyunlarında mübarizə aparmışdı. Stend atılığı turnirində çıxış edən Valeri Timoxin Sovet İttifaqı bayrağı altında 1988-ci il Seul Olimpiadasında, MDB bayrağı altında isə 1992-ci il Barselona Olimpiadasında mübarizə aparmışdı. Sərbəst güləşçi Məhəmmədsalam Hacıyev Barselona Olimpiadasını dördüncü pillədə başa vurmuşdu, cüdoçu Nazim Hüseynov isə həmin olimpiadanın qalibi olmuşdu.

Komandanın ən yaşı üzvü 38 yaşlı güllə atıcısı İradə Aşumova, ən gənc üzvü isə 17 yaşlı yunan-roma güləşçisi Tahir Zahidov idi. Azərbaycan Milli Olimpiya Komandasının heyəti

Nəticələri Ağır atletika

DNF — bitirmədi

Atlanta Olimpiadasında ağır atletlərin turnirləri 20–30 iyulda baş tutdu. Azərbaycanı bu turnirdə Asif Məlikov (-59 kq) və Tofiq Heydərov (-83 kq) təmsil etdi.

Əvvəlcə iyulun 21-də Asif Məlikov mübarizə apardı. Asif Məlikov birdən qaldırma mərhələsində birinci cəhdində 125.0 kiloqramlıq ştanqın öhdəsindən gələ bilmədi. Onun növbəti cəhdi də uğursuz alındı. Sonuncu cəhdində mütləq ştanqı qaldırmalı olan Asif Məlikov, bu səfər də onun öhdəsindən gələ bilmədi. Bununla da Asif Məlikov birdən qaldırma mərhələsində nəticə göstərə bilmədiyi üçün Atlanta Olimpiadasında mübarizəsini başa vurdu.

İyulun 26-da isə Tofiq Heydərov çıxış etdi. Tofiq Heydərov birdən qaldırma mərhələsində birinci cəhdində 150.0 kiloqramlıq ştanqın öhdəsindən gələ bildi. Növbəti cəhdində 160.0 kiloqramlıq ştanqı qaldırmağa çalışsa da, bu cəhdi uğursuz oldu. Sonuncu cəhdində isə Tofiq Heydərov 162.5 kiloqramlıq ştanq sifariş verdi və bu səfər də ştanqın öhdəsindən gələ bilmədi. Bununla da Tofiq Heydərov birdən qaldırmada 150.0 kq nəticə göstərdi. Təkanla qaldırmada onun birinci sifarişi 180.0 kiloqramlıq ştanq oldu. Həmin ştanqın öhdəsindən gələn Tofiq Heydərov, növbəti cəhdində 190.0 kiloqramlıq ştanq sifariş verdi. Bu səfər onun cəhdi uğursuz oldu. Sonuncu cəhdində də həmin ştanqın öhdəsindən gələ bilməyən Tofiq Heydərov, təkanla qaldırmada 180.0 kq nəticə göstərdi. Bununla da Tofiq Heydərov ümumi nəticədə 330.0 kq nəticə göstərdi və 20 idmançı sırasında 11-ci pillənin sahibi oldu.

İdmançıYarışBirdən qaldırmaTəkanla qaldırmaÜmumiYerNəticəNəticəAsif Məlikov -59 kq125.0125.0125.0—N/ADNFTofiq Heydərov -83 kq150.0160.0162.5150.0180.0190.0190.0180.0330.011

Atıcılıq

Q — növbəti mərhələyə adladı

Atlanta Olimpiadasında atıcılıq idman növü üzrə turnirlər 20–27 iyulda baş tutdu. Azərbaycanı bu turnirdə 1995-ci il Dünya Çempionatının gümüş medalçısı Valeri Timoxin və 1985-ci il Dünya və Avropa Çempionatlarının qalibi İradə Aşumova təmsil etdi.

İyulun 21-də İradə Aşumova 10 metr məsafəyə hava tapançası ilə atəşaçma turnirinin təsnifat mərhələsində mübarizə apardı. Birinci cəhdində 100 xaldan 95-ni toplamağı bacaran İradə Aşumova, növbəti cəhdində də 95 xal, üçüncü cəhdində 94 xal, dördüncü cəhdində isə 96 xal topladı. Bununla da ümumi nəticədə İradə Aşumova 400 xaldan 380-ını topladı və turniri 10-cu pillədə başa vurdu.

İyulun 26-da isə İradə Aşumova 25 metr məsafəyə tapança ilə atəşaçma turnirində çıxış etdi. Birinci cəhdində 290 xal toplamağı bacaran İradə Aşumova, növbəti cəhdində 286 xal topladı. Bununla da onun ümumi nəticəsi 576 xal oldu və İradə Aşumova turniri 37 idmançı sırasında 15-ci pillədə başa vurdu.

İyulun 26-da stend atıcılığı turnirində Valeri Timoxin mübarizə apardı. Təsnifat mərhələsinin nəticələrinə əsasən Valeri Timoxin 116 xalla 54 idmançı sırasında 38-ci pillənin sahibi oldu və olimpiada da mübarizəsini dayandırdı.

İdmançıYarışTəsnifat mərhələsiFinalYerNəticəYerKişilərValeri TimoxinStend11638N/AQadınlarİradə Aşumova25 m., tapança57615N/A10 m., hava tapançası38010N/A

Boks

Qəl. — qalib gəldi Məğ. — məğlub oldu

Atlanta Olimpiadasında bu idman növü üzrə turnirlər 20 iyul-4 avqustda baş tutdu. Azərbaycanı bu turnirdə İlham Kərimov və Ədalət Məmmədov təmsil etdi.

−81 kq turnirində mübarizə aparan İlham Kərimov iyulun 24-də 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə İsveç nümayəndəsi İsmael Kone ilə üz-üzə gəldi. Həmin görüşdə rəqibinə 2:22 hesabı ilə məğlub olan İlham Kərimov turnirdə mübarizəsini dayandırdı və Atlanta Olimpiadasını 17-ci pillədə başa vurdu.

+91 kq turnirində çıxış edən Ədalət Məmmədov isə iyulun 23-də 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə Çexiya nümayəndəsi Petr Horaçeh ilə üz-üzə gəldi. Həmin görüşdə rəqibinə vaxtından əvvəl qalib gələn Ədalət Məmmədov turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Fransa nümayəndəsi Xose Blocus oldu. Bu görüşdə də Ədalət Məmmədov rəqibinə vaxtından əvvəl qalib gəldi və olimpiadanın 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Nigeriya nümayəndəsi Dunca Dohivari oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ədalət Məmmədov rəqibinə məğlub oldu və Atlanta Olimpiadasını beşinci pillədə başa vurdu.

İdmançıYarış1/16 final1/8 final1/4 final1/2 finalFinalYerİlham Kərimov -81 kq Kone Məğ. 2:22N/A17Ədalət Məmmədov +91 kq Horaçeh Qəl. RSC Blocus Qəl. RSC Dohivari Məğ. RSCN/A5

Cüdo

Qəl. — qalib gəldi Məğ. — məğlub oldu

Atlanta Olimpiadasında cüdo idman növü üzrə turnirlər 20–26 iyulda baş tutdu. Azərbaycanı bu turnirdə 1992-ci il Barselona Olimpiadasının qalibi Nazim Hüseynov və Zülfiyyə Hüseynova təmsil etdi.

İyulun 24-də çıxış edən Zülfiyyə Hüseynova 1/8 final mərhələsində İspaniya nümayəndəsi İzabel Fernandez ilə üz-üzə gəldi. Həmin görüşdə Zülfiyyə Hüseynova rəqibinə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam etdi. Təsəlliverici qrupun birinci görüşündə Zülfiyyə Hüseynova Avstraliya nümayəndəsi Narelle Hila ipponla qalib gəldi. Zülfiyyə Hüseynova növbəti görüşdə Macarıstan nümayəndəsi Mariya Pehliyə qalib gəlsə də, üçüncü görüşdə Belgium nümayəndəsi Mariya Lombaya məğlub oldu və olimpiada yeddinci pillədə başa vurdu.

İyulun 26-da mübarizə aparan Nazim Hüseynov isə 1/16 final mərhələsində Argentina nümayəndəsi Xorxe Lencina ilə üz-üzə gəldi. Həmin görüşdə Nazim Hüseynov rəqibinə ipponla qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Mexico nümayəndəsi Rixardo Acuna oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün nəticəsində Nazim Hüseynov rəqibinə məğlub oldu və olimpiadanı 17-ci pillədə başa vurdu.

İdmançıYarış1/16 final1/8 final1/4 final1/2 finalTəsəlliverici qrupFinalYer1-ci görüş2-ci görüş3-cü görüşKişilərNazim Hüseynov -60 kq Lencina Qəl. Acuna Məğ.N/A17QadınlarZülfiyyə Hüseynova -56 kqN/A Fernandez Məğ.N/A Hill Qəl. Pehli Qəl. Lomba Məğ.N/A7

Güləş

Qəl. — qalib gəldi Məğ. — məğlub oldu

Atlanta Olimpiadasında güləş idman növü üzrə turnirlər 20 iyul-2 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə 2 yunan-roma güləşçisi və 4 sərbəst güləşçi təmsil etdi.

Yunan-roma güləşi Atlanta Olimpiadasında yunan-roma güləşi üzrə turnir 30 iyul-2 avqustda baş tutdu. Azərbaycanı bu turnirdə Tahir Zahidov (-48 kq) və Vilayət Ağayev (-57 kq) təmsil etdi.

İyulun 20-də mübarizə aparan Tahir Zahidov 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə 1992-ci il Barselona Olimpiadasının qalibi olan Almaniya nümayəndəsi Oleq Kurçenxo ilə üz-üzə gəldi. Həmin görüşdə rəqibinə 0:10 hesabı ilə məğlub olan Tahir Zahidov, mübarizəni təsəlliverici qrupda davam etdi. Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Yəmən nümayəndəsi Abdulla Al-İzani oldu. Rəqibinə 11:0 hesabı ilə qalib gələn Tahir Zahidov, qrupun növbəti mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi İtaliya nümayəndəsi Francesco Kostantino oldu. Bu görüşdə rəqibinə 0:5 hesabı ilə məğlub olan Tahir Zahidov, Atlanta Olimpiadasıı 14-cü pillədə başa vurdu.

Həmin gün mübarizə aparan Vilayət Ağayev isə 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə Çin təmsilçisi Şenq Zetian ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Vilayət Ağayev rəqibinə 4:5 hesabı ilə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam etdi. Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Polşa nümayəndəsi Stanislav Pavlovxsi oldu. Həmin görüşdə rəqibinə 4:3 hesabı ilə qalib gələn Vilayət Ağayev, növbəti mərhələyə adladı. Bu mərhələdə onun rəqibi 1993-cü il Dünya Çempionatının qalibi olan Ermənistan nümayəndəsi Ağası Manuhyan oldu. Bu görüşdə Vilayət Ağayev rəqibi üzərində inamlı qələbə qazandı (7:2) və təsəlliverici qrupun üçüncü mərhələsinə adladı. Bu görüşdə onun rəqibi Kuba nümayəndəsi Luis Sarmiento oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Vilayət Ağayev rəqibinə 0:1 hesabı ilə məğlub oldu və Atlanta Olimpiadasıı 10-cu pillədə başa vurdu.

Sərbəst güləş İyulun 30-da dörd sərbəst güləşçi Atlanta Olimpiadasında mübarizə apardı. −57 Kq. turnirində çıxış edən Arif Abdullayev martda Budapeşt şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatının bürünc medalçısı idi. Arif Abdullayev olimpiadanın birinci görüşündə İran nümayəndəsi Məhəmməd Taleh oldu. Həmin görüşdə Arif Abdullayev rəqibinə 1:4 hesabı ilə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam etdi. Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Ukrayna nümayəndəsi Aslanbəy Fidarov oldu. Həmin görüşdə Arif Abdullayev rəqibi üzərində 11:0 hesabı ilə inamlı qələbə qazandı və növbəti mərhələyə adladı. Bu mərhələdə onun rəqibi bir zamanlar Azərbaycan yığmasında çıxış edən Moldova nümayəndəsi Nazim Əlicanov oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Arif Abdullayev rəqibinə 5:4 hesabı ilə qalib gəldi və növbəti mərhələyə adladı. Bu mərhələdə isə onun rəqibi Türkiyə nümayəndəsi Harun Doğan oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Arif Abdullayev rəqibinə 1:2 hesabı ilə məğlub oldu və turnirdə medal uğrunda mübarizəsini dayandırdı. Nəticədə Arif Abdullayev Atlanta Olimpiadasını onuncu pillədə başa vurdu.