Yashar Hakak Pour (Azərbaycanca. Yaşar Həkkakpur, fars. یاشار حکاک پور) Kanadada fəaliyyət göstərən azərbaycanlı insan hüquqları fəalı və İranda Azərbaycanlı Siyasi Məhbusların Müdafiəsi Assosiasiyasının (ADAPP) direktorudur. O, İranda siyasi məhbus olmuş, sonradan isə insan hüquqları fəalı kimi fəaliyyət göstərmişdir. Həkkakpur İran azərbaycanlılarının hüquqları, siyasi məhbuslar, ana dilində təhsil və etnik ayrı-seçkilik məsələləri ilə bağlı fəaliyyəti ilə tanınır.
Həyatı Yaşar əslən Marağa şəhərindəndir. Sonradan Kanadaya köçmüş və burada insan hüquqları sahəsində fəaliyyət göstərməyə başlamışdır. O, xüsusilə İran azərbaycanlılarının hüquqları və siyasi məhbusların müdafiəsi istiqamətində beynəlxalq kampaniyalarda iştirak etmişdir.
Fəaliyyəti Həkkakpur İranda Azərbaycanlı Siyasi Məhbusların Müdafiəsi Assosiasiyasının (ADAPP) rəhbərlərindən biri olmuşdur. Təşkilat İran azərbaycanlılarının insan hüquqları vəziyyəti, siyasi məhbuslar, dil hüquqları və etnik ayrı-seçkiliklə bağlı beynəlxalq məlumatlandırma fəaliyyəti aparır.
Onun rəhbərliyi dövründə ADAPP Urmu gölü böhranı, siyasi həbslər, ana dili hüquqları və İranın qeyri-fars xalqlarına münasibəti ilə bağlı çoxsaylı bəyanatlar yaymışdır.
2024-cü ildə Həkkakpur ADAPP adından Qara Qışlaq kəndində ekoloji etirazlar zamanı saxlanılan fəallarla bağlı beynəlxalq ictimaiyyətə müraciət etmiş və İran hökumətini insan hüquqlarını pozmaqda ittiham etmişdir.
Etiraz aksiyalarında hücuma məruz qalması 2025-ci ildə Kanadada keçirilən İranla bağlı etiraz aksiyalarından biri zamanı Yaşar Həkkakpur Azərbaycan bayrağı daşıdığı üçün bir qrup monarxist və ya Rza Pəhləvi tərəfdarı kimi təqdim olunan şəxslərlə mübahisə yaşamışdır. Hadisə ilə bağlı yayımlanan məlumatlara görə, o, fiziki hücuma məruz qalmış.
Hadisə İran diasporunda etnik kimlik, milli simvollar və müxalif qruplar arasındakı münasibətlərlə bağlı müzakirələrə səbəb olmuşdur. Sosial mediada yayımlanan videolarda Həkkakpurun Azərbaycan bayrağının İran daxilində yaşayan milyonlarla azərbaycanlının kimliyini ifadə etdiyini müdafiə etdiyi görünür.
Bax həmçinin
İran azərbaycanlıları Urmu gölü
İstinadlar