Fransa Milli Təhsil Nazirliyi () — ölkənin təhsil sisteminin idarə edilməsinə cavabdeh olan Fransa icra hakimiyyəti orqanı. Milli təhsil sisteminin Fransanın ən böyük işəgötürəni olduğunu və ölkədəki mülki dövlət qulluqçularının yarısından çoxunun məhz bu təşkilatda çalışdığını nəzərə alsaq, bu nazirliyin statusu ənənəvi olaraq olduqca strateji əhəmiyyət kəsb edir.

Tarixi

Təşkilat Fransada ilk dəfə 1802-ci ildə təsis edilmişdir. XIX əsrin ilk onilliklərində Fransada müxtəlif siyasi rejimlərin bir-birini əvəz etməsinə görə, 1820-ci ildə xalq maarifi naziri postu yaradılana qədər təşkilatın statusu, rəsmi mövqeyi və adı bir neçə dəfə dəyişikliyə məruz qalmışdır. Tarixinin böyük bir hissəsində təhsil naziri postu, Roma-Katolik kilsəsi ilə əlaqədar məsələlərlə məşğul olan dini işlər naziri () vəzifəsi ilə birləşdirilmişdir (xalq maarifi nazirinin protestant olduğu hallar istisna təşkil edirdi). Müəyyən dövrlərdə bu vəzifə idman naziri və gənclər işləri naziri portfelləri ilə də uzlaşdırılmışdır. 1932-ci ildə təşkilat rəhbərinin rəsmi titulu "milli təhsil naziri" olaraq dəyişdirilmiş, 1940–1941-ci illərdə qısa müddətə ləğv edilmiş və Valeri Jiskar d'Estenin prezidentliyi dövründə (1974–1981) yenidən təhsil naziri adlandırılmışdır.

2014–2017-ci illərdə Fransa tarixində ilk dəfə olaraq təhsil nazirliyinə bir qadın rəhbərlik etmişdir — Nəcat Vallo-Belqasem.

İstinadlar

Xarici keçidlər

France Ministry of National Education – Official website

Kateqoriya:Fransa nazirlikləri Kateqoriya:Fransa Milli Təhsil Nazirliyi Kateqoriya:Fransada təhsil Kateqoriya:Təhsil nazirlikləri Kateqoriya:Təhsilin idarə edilməsi Kateqoriya:Fransada təhsil siyasəti