"Frontline" (adı adətən böyük hərflərlə stilizə edilir) — ABŞ-də İctimai Yayım Xidməti (PBS) tərəfindən yayımlanan araşdırmaçı sənədli proqram. Epizodlar Massaçusets ştatının Boston şəhərindəki "WGBH" yayım stansiyasında istehsal olunur. Serialda terrorizm, seçkilər, ekoloji fəlakətlər və digər sosial-siyasi məsələlər də daxil olmaqla müxtəlif daxili və beynəlxalq mövzular müzakirə olunur. 1983-cü ildə debüt etdiyi vaxtdan bəri, "Frontline"-nın ABŞ-də 42 mövsüm yayımlanmış və yayım jurnalistikasında tənqidçilərin rəğbəti və mükafatlar qazanmışdır. "Frontline" həm onlara işləyən, həm də müstəqil rejissorlar tərəfindən 800-dən çox sənədli film istehsal edib ki, onlardan 200-nə onlayn olaraq baxmaq mümkündür.
Format Proqram 1983-cü ildə "NBC" aparıcısı Cessika Saviç ilə debüt etdi, lakin Saviç birinci mövsümün sonundan az sonra vəfat etdi. "PBS NewsHour" verlişin üzvü olan Cudi Vudruff 1984-cü ildə aparıcılıq vəzifəsini öz üzərinə götürdü və beş il ərzində proqramın aparıcısı oldu və əlavə olaraq Cim Lerer olmadığı vaxtlarda "The MacNeil-Lehrer NewsHour" verlişində köməkçi aparıcı kimi fəaliyyətini davam etdirdi. 1990-cı ildə "Frontline" serialının seriyaları aparıcısız yayımlanmağa başladı və hər seriyanı diktor təqdim etməli olurdu.
Əksər "Frontline" reportajları bir saat davam edir, lakin bəziləri 90 dəqiqə, iki saat və ya daha çoxa qədər uzadılır. "Frontline" həmçinin "İsadan Məsihə", "Fermerin arvadı" və "Kənd oğlanları" kimi vaxtaşırı xüsusi verilişlər hazırlayır və yayımlayır.
1995-ci ildən bəri "Frontline" bütün sənədli filmləri üçün dərin məzmunlu müşayiətçi veb-saytlar istehsal edir. Proqram geniş əhatəli müsahibə transkriptləri, dərin xronologiyalar, orijinal esselər, yan panel hekayələri, əlaqəli linklər və əlavə oxuma materialları, eləcə də fotoşəkillər və arxa plan tədqiqatları da daxil olmaqla mənbə sənədlərini dərc edir. "Frontline" sənədli filmlərinin çoxunu bütövlüklə veb saytında yerləşdirib.
1983-cü ildə yarandığı gündən bəri proqramın əksər epizodlarını səsləndirən Vill Layman özünəməxsus səsə malikdir. Ondan başqa, epizodları səsləndirənlər arasında Devid Oqden Stayers, Piter Berkrot və ekranda görünən müxbirlər yer alır.
"Seçim" 1988-ci ildən bəri "Frontline" həmçinin prezident seçkiləri ərəfəsində hər dörd ildən bir yayımlanan və ABŞ prezidenti vəzifəsi uğrunda mübarizə aparan demokrat və respublikaçı namizədlərə yönəlmiş xüsusi buraxılış olan "Seçim" verilişini yayımlayır. 14 oktyabr 2008-ci ildə yayımlanan bölümdə Barak Obama və Con Makkeynin ikili tərcümeyi-halına yönəlmişdir. 2008-ci ildə Maykl Kirk tərəfindən çəkilən sənədli film "The New York Times" qəzeti tərəfindən müsbət rəylər qazandı və rəydə proqram izləyicilərə "ideya yönümlü kampaniya" haqqında "nöqteyi-nəzər qazanmağa" kömək etdiyini bildirilmişdir. "Los Angeles Times" isə onu "canlandırıcı dərəcədə aydın" və "məlumatverici" adlandırdı.
Növbəti epizod 9 oktyabr 2012-ci ildə yayımlandı və hazırkı prezident Barak Obama və onun rəqibi Mitt Romninin həyat və karyeralarını əhatə edən ikili bioqrafik film nümayiş olundu. Sonrakı bölüm 27 sentyabr 2016-cı ildə yayımlandı və Hillari Klinton və Donald Trampın həyatları barədə bəhs etdi. Ən son yayılmış "The Choice 2024" 24 sentyabr 2024-cü ildə yayımlanmış və Kamala Harris və Donald Trampa həsr olunmuşdur.
İstehsalı Veriliş, Bostondakı "WGBH-TV"-nin ana şirkəti olan və məzmununa görə yeganə məsuliyyət daşıyıçısı olan "WGBH Təhsil Fondu" tərəfindən hazırlanır. "WGBH", Nyu-Yorkdakı "WNET" və Sietldakı "KCTS" də daxil olmaqla daha dörd PBS stansiyası ilə "Sənədli filmlər konsorsiumu"nun yaradıcısıdır.
2015-ci ildə "Frontline"ın yaradıcısı və təsisçisi olan icraçı prodüser Devid Fenninq 32 ildən çox proqramın icraçı prodüseri vəzifəsində çalışdıqdan sonra təqaüdə çıxdı və Reyni Aronson-Rat onu bu icraçı vəzifədə əvəz etdi. Bununla belə, Fenninq təsisçi üzv kimi "Frontline"-ın məsləhətçi redaktoru olaraq qalır.
14 sentyabr 2017-ci ildə proqram "The Frontline Dispatch" adlı ilk podkastını yayımladı. Bu podkast PBS və "WGBH Boston" tərəfindən "Public Radio Exchange" (PRX) ilə əməkdaşlıq çərçivəsində hazırlanır.
"Frontline/World" "Frontline" spinoff proqramı "Frontline/World" ilk dəfə 23 may 2002-ci ildə yayımlanıb və 2010-cu ildə ləğv edilənə qədər ildə dörd-səkkiz dəfə "Frontline"-da təqdim olunmuşdur. Serial dünyanın müxtəlif yerlərindən olan məsələlərə diqqət yetirmiş və bir saat davam edən hər seriya adətən təxminən 15-20 dəqiqəlik üç hekayədən ibarət olduğu "jurnal" formatından istifadə edirdi. Onun şüarı "Kiçik bir planetdən hekayələr" idi.
Əvvəlcə "WGBH, Boston" və "KQED, San Fransisko" şirkətlərinin birgə istehsalı olan "Frontline/World" sonradan qismən Kaliforniya Universitetinin Berkli Jurnalistika üzrə Ali Məktəbində yerləşdirildi və proqramın prodüserləri "Frontline"-na yeni nəsil müxbirlər və prodüserlər cəlb etdilər.
"Frontline/World" həmçinin öz veb-saytında hekayələr yayımayırdı və 2008-ci ildə "Rough Cuts" adlı orijinal onlayn video proqramına görə iki "Webby mükafatı" qazanmışdır. 2005-ci ildə "Amerika Xarici Mətbuat Klubu", prodüserlər Devid Fenninq, Stiven Talbot, Şeron Tiller və Ken Dornşteynin rollarını vurğulayaraq, proqrama "Dünyada baş verən hadisələrin ən yaxşı televiziya yayımı"na görə Edvard R. Marrou mükafatını verdi. 2007-ci ildə proqram iki "Emmy mükafatı"nı qazanaraq bir yenilik etdi: biri "Səddamın cəhənnəmə yolu" () hekayə bölümü, digəri isə "Liviya: Kölgədən qırağa" () onlayn videosuna görə.
Tənqidiçilərin qiymətləndirməsi "Frontline" televiziya tənqidçilər tərəfindən ümumilikdə müsbət rəylər qazanıb. "The Baltimore Sun" qəzetindən Devid Zuravik yazıb ki, "Inside the Meltdown" seriyası "baxdığım ən yaxşı sənədli televiziya bölümlərindən biri" idi. "Newsday"-də çalışan Vern Gey qeyd edib ki, "The Card Game" bölümündə "sərt və soyuq həqiqətə toxunulur" və "jurnalistikanı ən yaxşı şəkildə təmsil edilir". "Time" jurnalından Şon Qreqori "League of Denial" epizodunu "reportaj jurnalistikasının birincidərəcəli nümunəsi" kimi təsvir etmişdir. "The Baltimore Sun" qəzetindən Devid Zuravik "The Rise of ISIS" epizodunu "təmtəraqlı və cəsur bir iş" kimi qələmə vermişdir. "The A.V. Club"ın jurnalisti Alasder Vilkins proqram haqda "televiziyadakı ən əzəmətli şou" deyərək qiymətləndirmişdir. "The Washington Post" qəzetinin icmalçısı Marqaret Sallivan "The Choice 2016" bölümü haqqında fikirləri "tamamilə qərəzsiz və tamamilə valehedici" idi. "Newsday"-ə işləyən Vern Gey şounun "nüfuzlu və əhatəli" olduğunu bildirmişdir. "The Baltimore Sun" qəzetindən Devid Zuravik "Trump's Showdown" epizodu haqda fikrini yazaraq, onu "böyük formatlı televiziya sənədli filminin təklif edə biləcəyin ən yaxşı nümünə" adlandırmışdır. "Los Angeles Times" qəzetində çalışan Kris Barton "The Facebook Dilemma" izləyərək "Frontline"-ın "sosial məsələlər və cari hadisələrin sarsılmaz və dərindən araşdırılması ilə qazanılmış nüfuza" sahib olduğunu yazmışdır. "The Daily Beast" "The Choice 2020" seriyası barədə "Təbliğatdan kənar...düşüncəli [və] dərin" sözlərini işlətmişdir.
Mükafatlar və nəticələr Digər "Frontline" hesabatları siyasi, sosial və cəza ədalət sistemi məsələlərinə yönəlib. İlk mövsümdən bəri "Frontline" serialının prodüseri olan Ofra Bikel, ABŞ-də cəza ədalət sistemi haqqında xeyli sayda film istehsal edib. Filmlər məhkumluqdan sonrakı DNT testi, narkotik çuğulçularından istifadə və məcburi minimum cəza qanunlarından tutmuş təqsirin etirafı ilə bağlı sövdələşmələr sistemi və şahid ifadələrinin istifadəsinə qədər geniş məsələləri əhatə edir. Filmlərin nəticəsi olaraq 13 nəfər həbsdən azadlığa buraxılmışdır.
11 sentyabr hücumlarından sonra Ağ Ev "Bin Ladenin ovu" epizodun surətini istəmişdir. 1999-cu ildə "Frontline", 1998-ci ildə ABŞ səfirliyində baş verən partlayışlardan sonra Əl-Qaidə kimi tanınan terror şəbəkəsi və Üsamə bin Laden haqqında bu ətraflı reportajı hazırlamışdı. 11 sentyabr hücumlarından sonra "Frontline" Əl-Qaidə və terrorizmə qarşı müharibə haqqında bir sıra filmlər istehsal etdi. 2002-ci ildə proqram bu yeddi filmə görə Kolumbiya Universitetinin qızıl dəyənəyi olan DuPont mükafatını qazandı.
2003-cü ildə "Frontline" və "The New York Times" qəzetləri müxbir Louell Berqmanın rəhbərlik etdiyi çuqun boru istehsalı sənayesi və işçi təhlükəsizliyi ilə bağlı "Təhlükəli bir iş" adlı araşdırma üzərində birgə layihə hazırladılar. "OSHA" rəsmiləri sənədli film və qəzet reportajını iş yerində təhlükəsizlik üzrə federal siyasət dəyişikliyini stimullaşdıran amillərdən biri kimi qiymətləndirdilər. 2004-cü ildə müştərək araşdırma İctimai xidmətə görə Pulitzer mükafatına layiq görüldü.
Prodüser Maykl Kirkin "Frontline" sənədli filmləri bir çox mükafat qazanmışdır. Filmlər arasında "League of Denial: The NFL's Concussion Crisis" (Pibodi mükafatı, 2013),73rd Annual Peabody Awards , May 2014. "Cheney's Law" (Pibodi mükafatı, 2007),66th Annual Peabody Awards , May 2007. "The Lost Year in Iraq" (Emmi mükafatı, 2006), "The Torture Question" (Emmi mükafatı, 2005), "The Kevorkian File" (Emmi mükafatı), and "Waco: The Inside Story" (Pibodi mükafatı).54th Annual Peabody Awards , May 1995.
Rejissor Martin Smit "Frontline" üçün onlarla film çəkib və həm "Emmi", həm də "Amerika Yazıçılar Gildiyası" mükafatlarını qazanıb. Onun 2000-ci ildə çəkdiyi "Narkomaniy müharibələri" filmi "Ən Yaxşı Arxa Plan/Tək Bir Cari Hekayənin Təhlili" Emmi və Corc Foster Pibodi mükafatlarının qalibi olub. Bundan əlavə, onun yazıçı və müxbir kimi çalışdığı "Separated: Children at the Border" filmi də 2018-ci ildə Pibodi mükafatına layiq görülüb.
Bir çox "Frontline"-nın sənədli filmlərin digər tanınmış prodüserləri arasında Şerri Cons, Marian Marzinski, Miri Navaski, Karen O'Konnor, Cun Kross, Nil Doçerti, Stiven Talbot, Reyni Aronson-Rat, Reyçel Dretzin,*
Ceyms Ceykobi və Rik Yanq yer alır.
2016-cı ilin iyul ayına olan məlumata görə, "Frontline" cəmi 75 Emmi və 18 Pibodi mükafatlarını qazanıb. 2020-ci ildə "Frontline" həmçinin "İnstitusional Pibodi mükafatı"na layiq görülüb.
2022-ci ildə "Frontline" 43-cü Xəbər və Sənədli Film Emmi mükafatları tədbirində dörd nominasiya üzrə qalib oldu.
2024-cü ildə "Frontline" 96-cı Oskar mükafatlandırma mərasimində Ukrayna "Associated Press" jurnalistləri komandası tərəfindən çəkilmiş "Mariupolda 20 gün" filminə görə ilk Oskar mükafatını (Ən yaxşı tammetrajlı sənədli film nominasiyasında) qazandı.
İstinadlar
Kateqoriya:1983-cü ildə başlayan ABŞ teleserialları Kateqoriya:Pibodi mükafatı qazanan televiziya proqramları