Şahin Həmid oğlu Xəlilli () — Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, tərcüməçi və ədəbiyyatşünas.
Həyatı Şahin Xəlilli 1951-ci il mayın 13-də Qərbi Azərbaycanın Barana rayonunun Körpülü kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) ingilis–Azərbaycan dilləri fakültəsini bitirmişdir. Təhsilini başa vurduqdan sonra Kəlbəcər rayonunda müəllim işləmiş, daha sonra bir il hərbi xidmətdə olmuşdur.
1974–1976-cı illərdə Bakı Kondisioner Zavodunun Xarici Əlaqələr şöbəsində Yaponiyanın "Toshiba" firmasının tərcüməçisi kimi fəaliyyət göstərmişdir. 1976-cı ildən etibarən Azərbaycan Dillər Universitetində əmək fəaliyyətini davam etdirmişdir.
Elmi fəaliyyəti 1985-ci ildə "Ceyms Oldricin yaradıcılığında Azərbaycan mövzusu" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1992-ci ildə "Yazıçı" nəşriyyatında "Ceyms Oldric və Azərbaycan" adlı monoqrafiyası çap olunmuşdur. Kitabın təqdimatı Londonda yazıçının evində keçirilmişdir. Alim, jurnalist və rejissor Etibar Babayev tərəfindən çəkilmiş sənədli filmdə Ceyms Oldricin Azərbaycan, Dağlıq Qarabağ və azərbaycanlı tədqiqatçı haqqında fikirləri yer almışdır.
1999-cu ildə Kembric Universitetində keçirilən Britaniya yazıçılarının XXV seminarında iştirak etmişdir.
2005-ci ildə "Azərbaycan-ingilis ədəbi əlaqələri (Qədim və Orta əsrlər dövrü)" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Şahin Xəlilli Azərbaycan–ingilis ədəbi əlaqələri, Britaniya ədəbiyyatı, folklor və uşaq ədəbiyyatı sahəsində elmi araşdırmalar aparmışdır.
Əsərləri
Monoqrafiya və elmi kitabları Ceyms Oldric və Azərbaycan (1992; 2018) Ədəbi əlaqələr işığında (Bakı: Qartal, 2002) Azərbaycan–ingilis ədəbi əlaqələri. Folklor materialları əsasında (Bakı: Azərbaycan Milli Ensiklopediyası Nəşriyyat-Poliqrafiya Birliyi, 2002) Klassik poeziya və ədəbi əlaqələr. Azərbaycan–ingilis ədəbi əlaqələri (Bakı: Azərbaycan Milli Ensiklopediyası Nəşriyyat-Poliqrafiya Birliyi, 2003) Robert Börns: Şeir, nəğmə körpüsü və sözlə hörülmüş dünya (həmmüəllif: Səadət Əliyeva, Bakı, 2019) Britaniya uşaq folkloru: Poeziya (həmmüəllif: Səadət Əliyeva, Bakı, 2021) Amerika uşaq ədəbiyyatı (həmmüəllif: Səadət Əliyeva, Bakı, 2025)
Dərslik və dərs vəsaitləri XX əsr Böyük Britaniya və Amerika ədəbiyyatı tarixi (proqram, Bakı: Mütərcim, 2009) Şekspirin sonetləri (Bakı: Mütərcim, 2009) Shakespeare’s English Historic Plays (həmmüəllif: S. Magill, Bakı, 2009) British Literature. Medieval Ages (həmmüəllif: A. Tatli, Bakı, 2012) Britaniya uşaq ədəbiyyatı (həmmüəllif: Səadət Əliyeva, Bakı, 2018)
Tərcümələri Britaniya adalarının xalq nağılları (şərikli tərcümə, "Gənclik" nəşriyyatı, 1989; "Öndər nəşriyyatı", 2005) Ceyms Moriyerin İsfahanlı Hacıbabanın macəraları romanının şərikli tərcüməsi (Bakı: "Gənclik" nəşriyyatı, 1993)
Bədii yaradıcılığı Yerin ulduzları (1990) Ürəyimdən keçənlər (1996) Ürək şəkilli yarpaqlar (Heart-Shaped Leaves, ABŞ, 2015)
Harvard Universitetinin Müqayisəli Ədəbiyyat kafedrasının müdiri, Dünya Ədəbiyyatı İnstitutunun direktoru professor David Damroş "Ürək şəkilli yarpaqlar" kitabı haqqında yüksək fikirlər bildirmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan filoloqları Kateqoriya:Azərbaycanlı filoloqlar Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları Kateqoriya:Azərbaycanlı ədəbiyyatşünaslar Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər