"Middle East Monitor" (MEMO; azərbaycan dilinə tərcümədə "Yaxın Şərq monitoru" deməkdir) — 2009-cu ilin ortalarında yaranan qeyri-kommersiya mətbuat monitorinqi təşkilatı və lobbi qrupudur. MEMO-nun diqqəti əsasən İsrail-Fələstin münaqişəsinə yönəlib, lakin Yaxın Şərqdəki digər məsələlər barədə də yazılar dərc edir. MEMO Fələstin tərəfdarı yönümlüdür və bəzi şərhçilər tərəfindən islamçı, Müsəlman Qardaşlığı və HƏMAS-ın tərəfdarı kimi adlandırılıb.
MEMO Qətər Dövləti tərəfindən maliyyələşdirilir. Onun direktoru Britaniya Müsəlman Şurasının keçmiş baş katibinin müavini və hazırkı Britaniya Müsəlman Təşəbbüsünün direktoru Daud Abdulladır.
Tədbirləri 2011-ci ilin iyun ayında MEMO İsraildəki islam hərəkatının şimal qolunun lideri Raed Salah üçün ictimai çıxışlar turu təşkil etdi. Daxili işlər naziri tərəfindən Britaniyaya girişi qadağan edilən Salah deportasiya edilmək üçün həbsdə saxlanılırdı, lakin 2012-ci ilin aprel ayında immiqrasiya tribunalı daxili işlər nazirinin yanlış məlumatlandırılmasını əsas gətirərək deportasiya qərarını ləğv etdi.
2011-ci ildə "Amnesty International" və Fələstin Həmrəylik Kampaniyası ilə birlikdə və Əbdül Bari Atvanın iştirakı ilə MEMO "Zülmə ortaqlıq: Media İsrailə kömək edirmi?" adlı tədbir təşkil etdi.
22 avqust 2015-ci ildə MEMO, antisemit karikaturaçı Karlos Latuff və britaniyalı fələstinli fəal Əzzam Tamiminin iştirakı ilə "Fələstin və Latın Amerikası: Milli hüquqlar uğrunda həmrəyliyin qurulması" adlı tədbir təşkil etdi. Tədbirdə Ceremi Korbin çıxış etməli idi, lakin bu baş vermədi.
2017-ci ilin noyabr ayında MEMO "Səudiyyə Ərəbistanında böhran: müharibə, varislik və gələcək" adlı tədbir təşkil etdi. Tədbirdə Səudiyyə Ərəbistanının monarxiyasında gələcək varislik, İranla regional rəqabət və Yəmən vətəndaş müharibəsi müzakirə edildi.
Tənqid olunması 2011-ci ildə "BBC News" müxbiri Con Uer MEMO-nu HƏMAS-ı dəstəkləyən bir nəşr kimi təsvir etmişdir.
2015-ci ildə Leyborist Partiyasının liderliyinə namizəd Liz Kendall demişdi: "Ceremi [Korbinin] MEMO tərəfindən təşkil edilən konfransda iştirak etməsi çox düşüncəsiz görünür, "Community Security Trust"-ın bildirdiyinə görə, bu təşkilat İsrail və yəhudi xalqı haqqında mənfi konspirasiya nəzəriyyələrini ictimaiyyətə yaymaqla tanınır."
2016-cı ildə İsrail Xarici İşlər Nazirliyinin əməkdaşı və İsrailin Londondakı səfirliyinin sözçüsü İftah Kuriel yazımışdı ki, MEMO və "Middle East Eye" adlı oxşar təşkilatın işçiləri "Interpal"-da fəaliyyət göstərilər, hansı ki İsraildə terroru dəstəkləyən qrup kimi təyin edilmiş və ABŞ Xəzinədarlığının xüsusi olaraq təyin olunmuş terror təşkilatları siyahısına salınmışdır. Veb-saytın özü HƏMAS-a rəğbət bəsləyir və HƏMAS-ın veb-saytı və sosial media hesabları "Middle East Monitor"-un müəllif olduğu materialları paylaşır.Font of hatred: How Hamas relies on two UK websites, Jewish News, 31 August 2016
Elə həmin il "The Sunday Telegraph" qəzetinin müxbiri Endryu Gilliqan onu "[Müsəlman] Qardaşlıq və HƏMAS-ın bölgə haqqında irəli sürdüyü nöqteyi-nəzərini qətiyyətlə yayan" kimi təsvir etmişdir. Gilliqan MEMO-nun direktoru Davud Abdullanı "Müsəlman Qardaşlığı fəalı Anas Altikriti və iki yüksək vəzifəli HƏMAS xadimi tərəfindən təsis edilmiş və idarə olunan Müsəlman Qardaşlığı ilə əlaqəli Britaniya Müsəlman Təşəbbüsünün lideri" adlandırdı. Bundan əlavə, Gilliqan MEMO-nun baş redaktoru İbrahim Hevitti HƏMAS və Qardaşlıqla əlaqəli "Interpal"ın sədri olduğunu bildirdi. Gilliqan MEMO-nun "Crown House"-da yerləşdiyini qeyd edərək həmin yeri Müsəlman Qardaşlarının Avropa fəaliyyətlərinin "mərkəzi" olduğunu qeyd etdi.Perry, D.L., 2020. The Islamic Movement in Britain . International Centre for the Study of Radicalisation and Political Violence. London: King’s College.
Fələstin Kitab Mükafatları 2012-ci ildən bəri MEMO hər il keçirilən "Fələstin Kitab Mükafatları" tədbirinə sponsorluq və təşkilatçılıq edir. Mükafat müxtəlif Fələstin mövzularında ingilis dilində kitablar üçün nəzərdə tutulub.
Həmçinin bax
Əl-Monitor
İstinadlar
Kateqoriya:2009-cu ildə Birləşmiş Krallıqda yarananlar Kateqoriya:2009-cu ildə yaranan saytlar Kateqoriya:Xəbər saytları Kateqoriya:Birləşmiş Krallıq xəbər veb-saytları Kateqoriya:Çoxdilli veb-saytlar Kateqoriya:Yaxın Şərq kütləvi informasiya vasitələri