Cəfərqulu ağa Mirzə Məhəmməd xan oğlu Bakıxanov () — zadəgan, general-leytenant.
Həyatı Bəzi mənbələrdə 1796 ya da 1799-cu ildə anadan olduğu deyildi. Lakin son araşdırmalarda onun 1793-cü il fevralın 6-da Qubada II Mirzə Məhəmməd xan və Sofiya xanımın ailəsində anadan olduğu ortaya çıxdı. 1827-ci ildə Müşkür və 1830-cu illərdə Şabran mahallarının titul naibini almışdır. Buduqun da naibi idi.
1820-ci ildə orduya qoşuldu. Rusiya-İran müharibəsi onun ilk hərbi təcrübəsi, ardınca Rusiya-Osmanlı müharibəsi idi. Ərzurum Serasker Salih Paşanın tutulduğu Mil döyüşündə iştirak etdi. Hasankale və Ərzurumun tutulmasından sonra podporuçik (leytenant) rütbəsinə qaldırıldı.
Həbsi Quba sakinləri 1837-ci ildə rusların zülmünə və Cəfərqulunun sərt vergi tətbiqinə qarşı üsyan etdilər. Şamaxıya, sonra Tiflisə çağrıldı və əvvəlki vəzifələrindən uzaqlaşdırıldı. Daha sonra Varşavaya göndərildi və böyük qardaşı Abbasqulu hadisələr haqqında izahat vermək üçün Tiflisə çağrıldı. Çaşqın vəziyyətdə olan Abbasqulu, cinayətkarlar deyil, zərərçəkən olduqlarını izah etməyə çalışdı, çünki qiyam zamanı əmisi oğlu Əli Paşa da öldürülmüşdü.
Hərbi karyera və vəfatı 1838-ci ildə Poruçik (leytenant) rütbəsinə, 1841-ci il Qafqaz müharibəsi dövründə isə kapitan rütbəsinə yüksəldi. 1842–1843-cü illərdəki kampaniyalarda Bakıxanov Samur bölgəsində və dağlıq Dağıstanda dağlılarla döyüşdü; xidmət etdiyi üçün İmperator Qvardiyasının kazak alayının Ştabs-kapitan adı verildi və sonradan ayrı-ayrı Qafqaz Korpusuna təyin edildi və növbəti il qvardiyanın Rotmistri təyin edildi. 1844–1848-ci illərdə Dağıstanda da olmuş və Salta və Gergebil döyüşlərində, o cümlədən Hacı Murada qarşı döyüşlərdə iştirak etmişdir. Xüsusilə son aul (istehkamlı kənd) Axtaya 1848-ci ildə edilən hücum zamanı özünü fərqləndirdi. Xidmətlərinə görə 6 iyun 1848-ci ildə polkovnik vəzifəsinə təyin edildi və "Cəsarətə görə" yazısı olan qızıl qılıncla təltif edildi.Ismailov E. E. Golden weapon with the inscription "For Bravery". Lists of Cavaliers 1788–1913. — Moscow, 2007, p. 222 (in Russian)
25 illik xidmətdən sonra 26 noyabr 1850-ci ildə general-mayor rütbəsinə yüksəlməklə yanaşı Müqəddəs Georgi ordeni (4-cü dərəcə) ilə təltif edildi. 7 sentyabr 1856-cı ildə Dərbənd nümayəndə heyətini təmsil edərək II Aleksandrın Moskvadakıın tacqoyma mərasimində iştirak etdi. 1857-ci ildən bəri Qafqaz Ordusu sıralarına yerləşdirildi, lakin siyasi səbəblərə görə general-leytenant rütbəsinə yüksəldikdən sonra 1864-cü il oktyabrın 18-də vəzifə maaşına bağlı olaraq pensiya ilə xidmətdən xaric edildi. Bununla birlikdə, 1866-cı il 19 aprel tarixində yenidən xidmətə çağrıldı.
1867-ci ildə Qubada vəfat etdi, Bakıya gətirilərək Bibiheybətdə dəfn edildi.
Ailəsi 1829-cu ildə Şeyx Cüneyd türbəsinin mühafizəçisi Xanbutay bəy Həzrəlinin (1761–1823) qızı Çimnaz xanımla ailə həyatı qurmuşdur; bu evlilikdən onların Nurcahan xanım (1832–1912), Həsən ağa (1833–1898), Əhməd ağa (1837–1882), Ayna xanım (d. 1837) və Hidayət xan (d. 1845) adlı övladları olmuşdur.
Tarixçi Abbasqulu ağa Bakıxanovun, general Abdulla ağa Bakıxanovun qardaşıdır. Məşhur yayılmış versiyanın əksinə, Əhməd Bakıxanovun babası deyil.
Mükafatları Müqəddəs Anna ordeni (3-cü dərəcə) — 1830-cu il Müqəddəs Vladimir ordeni (4-cü dərəcə) — 1830-cu il Qızıl silah "Cəsarət naminə" — 1848-ci il Müqəddəs Vladimir ordeni (3-cü dərəcə) — 1849-cu il Müqəddəs Georgi ordeni (4-cü dərəcə) — 1850-ci il Müqəddəs Stanislav ordeni (1-ci dərəcə) — 1851-ci il Müqəddəs Anna ordeni (1-ci dərəcə) — 1861-ci il
İstinadlar
Kateqoriya:Bakıxanovlar Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan generalları Kateqoriya:General-mayorlar Kateqoriya:Rusiya-Osmanlı müharibəsi (1828–1829) iştirakçıları Kateqoriya:Qafqaz müharibəsinin iştirakçıları