Ursula Xovanets və ya Ulla Xovanets (; ) — polyak ədəbiyyatşünası, ədəbi tənqidçi və professoru.

Həyatı Uşaqqlıq və gənclik illərini Osventsimdə keçirib, orada Stanislav Konarski adına Osventsim orta məktəbini bitirərək 1995-ci ildə məzun olub. 2000-ci ildə Yagellon Universitetində polyak filologiyası üzrə magistr dərəcəsinə yiyələnib. O, həmçinin həmin universitetdə fəlsəfə və jurnalistika üzrə də təhsil alıb. Doktorluq dissertasiyasını professor Stanislav Yavorskinin rəhbərliyi altında yazıb və bu iş yəhudi mənşəli yazıçı və feminist İrena Kşivitskayanın azadlıq fəaliyyətinə həsr olunub. O, 2000-ci ildən bəri mütəmadi olaraq Polşadan kənarda yaşayır, müxtəlif tədqiqat mərkəzlərində polyak ədəbiyyatı, qadın ədəbiyyatı və polyak dili fənlərini tədris edir. 2017-ci ildə Yagellon Universitetinin Polyak Araşdırmaları fakültəsində doktorluq dərəcəsi alıb. 2018-ci ildən Stokholmda yaşayan Xovanets, "Paydeya"da (İsveçdəki Avropa Yəhudi Araşdırmaları İnstitutu) və Lund Universitetində dərs deyir. Onun Aleksandr, Hana və Maks adlı üç övladı var.

Akademik fəaliyyəti London Universitet Kollecində çalışdığı müddətdə fəlsəfə doktoru elmi dərəcəsi aldıqdan sonra Xovanets, Finlandiyaya yollanaraq Tampere Universitetində çalışıb. 2007-ci ildən etibarən Andjey Frıç Modjevski adına Krakov Akademiyası ilə əməkdaşlıq edir və burada mədəniyyət və ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi, həmçinin polyak dili mədəniyyətindən mühazirələr deyir. 2011-2018-ci illərdə London Universitet Kollecinin Slavyan və Şərqi Avropa Araşdırmaları Departamentində çalışıb. 2020-ci ildən isə Stokholmda, "Paydeya" Avropa Yəhudi Araşdırmaları İnstitutunda yəhudi qadın ədəbiyyatı üzrə mühazirələr verir. Bundan əlavə, o, Andjey Frıç Modjevski adına Akademiyada professor vəzifəsində çalışır və Lund Universitetinin müəllimidir. O, həmçinin London Universitet Kolleci Slavyan və Şərqi Avropa Araşdırmaları Departamentinin fəxri elmi işçisidir. Elmi fəaliyyəti çərçivəsində Katajina Tubıleviç ilə birlikdə "SNACK: Stockholm Talks" adlı ədəbi podkast yazır, həmçinin elmi və bədii tədbirlər təşkil edir. O, Birminhemdəki "Centrala" qalereyası tərəfindən təşkil olunmuş və Polşada qadın emansipasiyasının yüzilliyinə həsr edilmiş "Yüz il, bəs sonra nə?" sərgisi də daxil olmaqla, müxtəlif sərgi və festivalların kuratoru olub. Hazırda İrena Klepfişin poeziyası haqqında monoqrafiya üzərində işləyir. Onun son tədqiqatları qadın ədəbiyyatında yəhudi tarixi və yəhudi kimliyinə həsr olunub.

Kitabları Threads of vulnerability: Migrant precarity and class-sensitive nostalgia in Wioletta Grzegorzewska’s autofiction. Journal of Postcolonial Writing, 61(4), 582–595. In Search of a Woman: On the Early Novels of Irena Krzywicka , WUJ 2007. Melancholic Migrating Bodies in Contemporary Polish Women's Writing, Cambridge Scholar Publishing, 2015 See the list of publications at Google Scholar Profile

İstinadlar

Xarici keçidlər Урсула Хованец беседует о своём проекте о Ирене Клепфиш Interview with Irena Klepfisz, Stockholm, Bait, May 2019 E-migrating Landcapes. Seminars organized by Urszula Chowaniec at the at University College London, 2013-2018

Kateqoriya:Polşa filosofları Kateqoriya:XXI əsr filosofları Kateqoriya:Ədəbiyyatşünaslar