Əbu Muhriz Cəhm ibn Səfvan əs-Səmərqəndi ət-Tirmizi (; ) — kəlamçı, Cəhmiliyin banisi.
Bioqrafiya Həyatı haqqında kifayət qədər məlumat yoxdur.
Əzd qəbiləsindən Bəni Rasibin mövlası olub, Cəd ibn Dirhəmə tələbəlik etmişdir.
734-746-cı illərdə Əməvilərə qarşı üsyan qaldıran əl-Haris ibn Süreycin katibin və köməkçisi kimi tanınmışdır.
Bəzi mənbələrin verdiyi məlumata görə, o, Nəsr ibn Səyyar ilə Haris ibn Süreyc arasında çıxan mübahisədə Səlm ibn Əhvaz əl-Məzini tərəfindən qətlə yetirilmişdir.
Mənbələrə görə, o, Əbu Hənifə ilə "İmanın həqiqəti" mövzusunda debat etmiş və Əbu Hənifə bu debatda onu məğlub etmişdir.
İstinadlar
Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Edam edilmiş din xadimləri