Kübra Güran İgidbaşı (; ) — türk bürokrat, alim və yazıçısı. 20 fevral 2026-cı ildən etibarən Türkiyə Respublikasının Daxili İşlər nazirinin müavini vəzifəsində çalışır. O, daha əvvəl 18 may 2022-ci il ildən 23 fevral 2026-cı ilə qədər Afyonqarahisar valisi, 5 avqust 2021-ci ildən 12 may 2022-ci ilə qədər isə Ailə və Sosial Xidmətlər nazirinin müavini vəzifəsini icra edib. Erkən illəri və təhsili 1979-cu ildə Ankarada doğulan Kübra İğidbaşı, uşaqlıq və ibtidai təhsil illərini kaymakam olan atasının işi səbəbindən Türkiyənin fərqli il və ilçələrində keçirib. Ankara Tevfik İləri İmam Hatip Liseyindən məzun olub.

Magistr təhsilini, Ankara Universiteti Kommunikasiya fakültəsinin Radio, Televiziya və Kino kafedrasında başa vurduqdan sonra, İstanbul Ticarət Universiteti Tətbiqi Psixologiya kafedrasında magistr təhsilini "Ata yoxluğunun uşaq üzərindəki təsiri" mövzusundakı tədqiqatı işi ilə tamamlayıb. Mərmərə Universiteti Kommunikasiya fakültəsinin Jurnalistika kafedrasında 2012-ci ildə "İnandırıcı ünsiyyət prosesində siyasi mesaj dizaynı" adlı dissertasiyası ilə doktorluq dərəcəsinə yiyələnib. Daha sonra həmin fakültədə dosent kimi fəaliyyət göstərib. Ailəsi Kübra Güran İgidbaşı evlidir və 3 övladı var.

Karyerası Rlmi fəaliyyəti ilə yanaşı media və nəşriyyat sahəsində də fəaliyyət göstərən İğidbaşı, 2016-cı ildə "15 İyul Dövlət Çevrilişi"nə cəhddən bəhs edən "Qəlblərin müqaviməti" sənədli filmini hazırlayıb. Beynəlxalq Boğaziçi Film Festivalında nümayiş etdirilən sənədli film, "TRT Belgesel" kanalında da yayımlanıb. Güran İgidbaşı 2018-ci ildə "Uşaq nəşrləri və xaricə açılım" adlı kitabını nəşr etdirib. Eyni zamanda, TRT-də 13 seriyalıq "Rəqəmsal dövrdə valideynlik" proqramını da yayımlayıb.

Kübra Güran İgidbaşı, 2019-cu ildə Mətbuat İlan Qurumunun Baş Assambleyasının nümayəndəsi təyin edilib. 5 avqust 2021-ci ildə Ailə və Sosial Xidmətlər Nazirliyində nazir müavini vəzifəsinə təyin edilib. 12 may 2022-ci ildə yayımlanan Prezident sərəncamı ilə Afyonqarahisar valisi təyin edilib. 20 fevral 2026-cı ildə isə Daxili İşlər nazirinin müavini təyin olunub.

Əsərləri Kübra Güran İgidbaşı, "15 İyul Çevriliş Cəhdi"ndən dörd ay sonra çevrilişə müqavimət göstərənlərdən bəhs edən "Müqavimət göstərən qəlblərin hekayəsi" adlı sənədli film çəkdi. 2018-ci ildə isə "Uşaq nəşrləri və xaricə açılım" və "Siyasi dilin sətiraltı mənası" adlı iki kitabını nəşr etdirib. İstinadlar

Kateqoriya:Türkiyə qadın akademikləri Kateqoriya:Türkiyə akademikləri