Müxədrəm (; ) və ya Müxədrim () — həm Cahiliyyə dövründə, həm də Məhəmmədin dövründə yaşamış, lakin onu müsəlman olaraq görməmiş şəxslər üçün istifadə edilən İslam termini.
Müxədrəm adlanan şəxslərin səhabə və ya tabiin nəslinə mənsubluğu dəqiq bilinmir, çünki bu şəxslər Məhəmmədin dövründə yaşadıqları halda, Məhəmmədi müsəlman olaraq görmədikləri üçün səhabə hesab olunmurlar. Bu şəxslərin səhabələrlə görüşdüyü üçün tabiin sayılması mümkündür, lakin bu şəxslər Məhəmmədin dövründə yaşadıqları üçün onun vəfatından sonra doğulan tabiinlərdən fərqləndiriliblər. Bu səbəbdən hədis alimləri onları səhabə və tabiindən ayrı bir nəsil kimi qəbul ediblər. Əbu Musa əl-Mədinini müxədrəm səhabələr arasında sayılmalı olduğu fikri isə qəbul edilməmişdir.
Müxədrəm mövzusunda ən geniş məlumatı İbn Həcər əl-Əsqəlani vermişdir. O, səhabələri müəyyənləşdirmək üçün yazdığı "əl-İsabə" adlı əsərinin üçüncü bölməsində 1400-ə yaxın müxədrəmin tərcümeyi-halına yer vermişdir.
Etimologiya Müxədrəm (cəmi: müxədrəmun, ) sözü "xədrəmə" kökündən əmələ gəlmişdir. Xədrəmə kökü isə "sünnət olmamaq", "nəsəbi qarışıq olmaq" kimi mənalara gəlir.
Müxədrəm terminin tarixi sərhədləri Müxədrəm şəxslərlə bağlı müzakirə olunan məsələlərdən biri də Cahiliyyə dövrünün sonu ilə İslam dövrünün başlanğıc sərhədidir. Bəzilərinə görə Cahiliyyə dövrü ilk vəhyin 610-cu ildə gəlməsi ilə nöqtələnmiş, bu tarixdən İslam çağı başlamışdır. Digərlərinə görə isə Cahiliyyə dövrü Məkkənin fəthi və bütün Ərəbistan yarımadasının İslamlaşması ilə sona çatmışdır.
Mühəddislər isə ikinci fikri dəstəkləmiş və Məkkənin fəthindən əvvəl öz qəbiləsini yaxud da digər qəbilələri qeyri-müsəlman halda görmüş şəxsləri müxədrəm hesab etmişlər. Belə ki, Müslüm, hicrətdən sonra dünyaya gəlmiş Yuseyr ibn Əmr əl-Kindini Məkkənin fəthindən əvvəl yaşadığı üçün müxədrəm hesab etmişdir.
Müxədrəm ilə səhabə arasındakı fərq Bu məsələdə müzakirə olunan məsələlərdən ikincisi də həm Cahiliyyə dövründə həm də İslam dövründə yaşamış şəxsin müxədrəm hesab olunması üçün Məhəmməd yaşayarkən ona inanıb müsəlman olması və ya olmaması şərtidir. Bu məsələ İbn Quteybə ilə İbn Kəsir istisna olmaqla müəlliflər tərəfindən heç bir şərt irəli sürülməmişdir.
İbn Quteybəyə görə şəxsin müxədrəm hesab olunması üçün onun Məhəmmədin vəfatından sonra, İbn Kəsirə görə isə Məhəmməd yaşayarkən müsəlman olması şərtdir.
Məhəmmədi görmüş, onun ölümündən sonra müsəlman olmuş şəxs, Məhəmmədin söhbətlərində müsəlman olaraq iştirak etməyi üçün səhabə hesab olunmamış, həm Cahiliyyə dövründə həm də İslam dövründə yaşadığı üçün müxədrəm hesab olunmuşdur.
Müxədrəmlərin sayı və adları Müxədrəm şəxslərin sayı və kimlikləri haqqında da elm adamları arasında ziddiyyətlər vardır. Belə ki, hər iki dövrdə də yaşamış Ləbid ibn Rəbiə, Kəb ibn Züheyr və Həssən ibn Sabit kimi şəxslər müxədrəm hesab olunmuşlar. Tarixçilər isə həm Əməvilər, həm də Abbasilər dövrünü görənləri müxədrəm (müxədrəmüd-dövləteyn, ) hesab etmişlər.
Müxədrəm şəxslərin sayı haqqında mənbələrdə müxtəlif məlumatlar qeyd edilmişdir. İbn əs-Salah Müslümə istinadən məlumat verib ki, müxədrəm şəxslərin sayı 20-ə yaxındır: Əbdu Xeyr ibn Yezid əl-Heyvani, Əmr ibn Meymun əl-Əzdi, Buşeyr ibn Əmr ibn Cabir, Cübeyr ibn Nüfeyr əl-Hədrəmi, Əbu Əmr Səd ibn İyas əş-Şeybani, Əbu Osman ən-Nəhdi, Əbu Rəfi əs-Səiğ, Əbu Rəca əl-Utəridi, Əbül-Xəlal əl-Ətaqi, Əsvəd ibn Hilal əl-Muharibi, Əsvəd ibn Yezid ən-Nəxai, Quneym ibn Qeys, Xalid ibn Umeyr əl-Ədəvi, Malik ibn Umeyr, Mərur ibn Süveyd, Məsud ibn Xirəş, Sumamə ibn Həzn əl-Quşeyri, Süveyd ibn Qəflə, Şüreyh ibn Həni, Şubeyl ibn Əvf əl-Əhməsi.
Süyuti isə bu şəxslərə bunları əlavə etmişdir: Abdullah ibn Ukeym, Əbdürrəhman ibn Qənm, Əbdürrəhman ibn Useylə əs-Sənabihi, Əbdürrəhman ibn Yərbu, Əlqamə ibn Qeys, Əmr ibn Abdullah ibn əl-Əsəm, Cabir əl-Yəmani, Cübeyr ibn əl-Haris, Dəhhak ibn Qeys, Əbu Ətabə əl-Hövlani, Əbu Müslüm Abdullah ibn Süveb əl-Hövlani, Əbu Saleh əl-Ənməri, Əbu Ümeyyə əş-Şabani, Əbu Vail Şəqiq ibn Sələmə, Əsləm Mövla Ömər, Əvsat əl-Bəcəli, Kəb əl-Əhbər, Məsruq ibn Əcdə, Mürrə ibn Şərahil, Şüreyh ibn əl-Haris, Ubeydə ibn Əmr əs-Salmani, Üveys əl-Qarani.
Süyuti bu şəxslərin Zeynəddin əl-İraqiyə görə olduğunu qeyd etmiş və bu şəxslərə İbn Həcərin "əl-İsabə"sində bəhs etdiyi bu şəxsləri də əlavə etmişdir: Əhnəf ibn Qeys əl-Əsədi, Əbu Rühm Əhzab ibn Üseyd əs-Səmi, Əcda ibn Malik əl-Həmədani, Ərtət ibn Kəb əl-Fəzari, Ərtət ibn Süheyyə.
İstinadlar Kateqoriya:İslam terminləri Kateqoriya:Tabiinlər