Zofiya Anastasya Sadovskaya (;) — polyak həkim, feminist və ictimai xadimi.

Erkən həyatı və fəaliyyəti Zofiya Anastasya Sadovskaya, zadəgan ailəsində (Lubiç gerbinə mənsub),Stanisław Łoza, Czy wiesz kto to jest, Warszawa 1938, s. 647 Stanislav Sadovski və Mariya Zofiyanın (qızlıq soyadı Kuçker) ailəsində anadan olub. Varşavada, Kapusinska küçəsində yerləşən 4 nömrəli qadın gimnaziyasını qızıl medalla bitirib. 1904-cü ildə Sankt-Peterburq Qadın Tibb İnstitutunda təhsil almağa başlayan Sadovskaya, 1911-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1914-cü ildə Sankt-Peterburq Hərbi Tibb Akademiyasında doktorluq dissertasiyasını ("Qeyri-proteinogen aminlərin periferik damarlara təsiri haqqında") müdafiə edən ilk qadın və ilk polşalı qadın olub. O, Rusiya imperiyasının bir neçə şəhərində, o cümlədən Birinci Dünya müharibəsi illərində Rusiya Qırmızı Xaç xəstəxanalarında terapevt kimi fəaliyyət göstərib.Beata Kinga Nykiel, „Spójnia" Stowarzyszenie Studentek Polek w Petersburgu / „Спуйня" ассоциация студенток Полек в Петербурге, – portal Polski Petersburg – online 1918-ci ildə Varşavaya qayıdaraq Varşava Universitetinin yeni yaradılmış tibb fakültəsinin daxili xəstəliklər və patoloji anatomiya üzrə 2-ci klinikasında assistent vəzifəsində çalışıb. 1920-ci il müharibəsi zamanı Qrodnodakı hərbi epidemioloji xəstəxanaya təyin edilib. O, peşəkar diaqnostika mütəxəssis kimi nüfuz qazanıb.

Sosial və aktivist həyatı

Zofiya Sadovskaya qadın hüquqları uğrunda mübarizəyə hələ erkən yaşlarından qoşulub. Orta məktəb illərində təhsil dərnəklərinin üzvü olub, məzun olduqdan sonra isə Səyyar Universitetdə təhsil alıb. Polşa krallığında baş verən məktəb tətili zamanı (1905–1906) o, riyaziyyat və fizika fənləri üzrə mühazirələr oxuduğu gizli dərslər təşkil edib. Sankt-Peterburqdakı təhsili dövründə Polşa Qadınlarının Bərabərhüquqluluğu Birliyinin (Związek Równouprawnienia Kobiet Polskich) üzvü olub (Sankt-Peterburq bölməsinin sədri və Birliyin Varşavadakı ümumi şuralarının daimi nümayəndəsi idi), Varşavada nəşr olunan "Ster" dövri mətbuat orqanı üçün məqalələr yazıb. O, "Spójnia" Polşa Tələbə Qadınlar Birliyinin həmtəsisçisi olmuş, bu birliyin rəhbər orqanlarında təmsil olunmuş, orada tibb işçiləri bölməsinə rəhbərlik etmişdir.Z życia studentek Polek w Petersburgu, red. H. Kasperowiczowa, Z. Klarnerowa, M. Matuszewska, Warszawa 1929, s. 14–17, Tələbə xəzinəsi şurasının vitse-prezidenti olan Sadovskaya, tələbə müzakirə klublarının əsasını qoymuşdur. O, həmçinin Birinci Dünya müharibəsi illərində Polşa Müharibə Qurbanlarına Yardım Cəmiyyətinin (Polskie Towarzystwo Pomocy Ofiarom Wojny) Sankt-Peterburq şöbəsində fəal fəaliyyət göstərib.

Sadovskaya, 11 noyabr 1918-ci ildə o, Yuzef Pilsudskidən səsvermə hüququ tələb edən üç nəfərlik nümayəndə heyətinin tərkibində yer alıb. 1919-cu ilin fevralında Milli Seçki Komitəsinin siyahısında doxsan səkkizinci yerdən Varşava Şəhər Şurasına namizədliyini irəli sürsə də, şurada yer qazana bilməyib.

Sonrakı həyatı 1920-ci il skandalı, Zofiya Sadovskayanın elmi karyerasına son qoydu. O, 1920-ci illərdə Polşada keçirilən ilk dörd qadın ralisində iştirak edib. 1930-cu illərdə Varşava Universitetinin Anatomiya və Patologiya kafedralarında assistent kimi çalışıb. 1930-cu illərin sonunda Mazovetska küçəsi 7 ünvanındakı mənzilindən köçərək Üç Xaç meydanı 8 ünvanında həm yaşamış, həm də şəxsi kabinetini işlətmişdir. İkinci Dünya müharibəsi illərində Qruyetska küçəsində tibb məntəqəsi, Varşava üsyanı zamanı isə Okentsye rayonunda sonradan Varşava Uşaq Evinə çevrilən səhra hospitalını açmışdı. Müharibədən sonra Okentsyedə Polşa-Sovet Dostluğu Cəmiyyətinin sədri olmuş və Varşavada həkimlik fəaliyyətini davam etdirib.obituary in "Życie Warszawy", March 7, 1960Józef Mieczysław Pfeiffer, Wspomnienia warszawskiego przemysłowca, t 1, Warszawa 2003, s. 138.

1960-cı ildə 73 yaşında vəfat etmiş Zofiya Sadovskaya, bütün mirasını Helena Suskaya vəsiyət edib. "Życie Warszawy" qəzetində dərc olunan nekroloqda həkimin adı yanlışlıqla Dr.Mariya Sadovskaya kimi qeyd edilib. Onun dəfn mərasimi tibb dairələrindən olan dostları tərəfindən təşkil olunub. O, Varşavanın Povonzki qəbiristanlığında (sahə 29, sıra 1, qəbir 10), anasının (başdaşında Zofiya Kovalkovskaya, birinci nikahdan Sadovskaya yazılıb) yanında dəfn edilib.

İrsi Baş vermiş qalmaqal səbəbindən, Sofiya Sadovskayanın bir alim və həkim kimi obrazı kollektiv yaddaşdan silinib. O, müasirlərinin (Romana Paçutska, Anjey Vejbitski və Yozef Meçislav Pfayffer onun şəxsi həyatı və ya 1923–27-ci illərin hadisələri barədə məlumat verməyiblər; yalnız İrena Kşivitskaya "lezbiyan skandalı"ndan bəhs edir) cəmi bir neçə xatirəsində yer alıb. Bu mövzuya yalnız XXI əsrin əvvəllərində "LESteśmy – byłyśmy" təqviminin müəllifləri, sonra isə ədəbiyyatşünas Kşiştof Tomasik ("Homobiografie", 2008), Sadovskaya haqqında məqalələr yazdıqdan sonra 2020-ci ildə onun "Panna doktór Sadowska" bioqrafiyasını nəşr etdirən gey hüquqları fəalı Voyçex Şot və 2012-ci ildən bəri Varşavada Sadovskayanın ad gününü qeyd etmək üçün hər il ziyafətlər təşkil edən tarixçi Aqneşka Veseli tərəfindən toxunulub.

İstinadlar