İran Milli Bankı (, ) — mərkəzi ofisi Tehranda yerləşən, İranın aparıcı kommersiya bankı. Bank 1928-ci ildə Rza şah Pəhləvinin (hakimiyyəti: 1925–1941-ci illər) yeni qurulmuş hakimiyyəti dövründə təsis edilmişdir. Qurum 1960-cı ilə qədər ölkənin mərkəzi bankı funksiyasını yerinə yetirmiş, həmin tarixdə İran Mərkəzi Bankının yaradılması ilə fəaliyyətini yalnız kommersiya bankı kimi davam etdirməyə başlamışdır.

2016-cı ilin məlumatlarına əsasən, İran Milli Bankı 364 657 milyard rial gəliri ilə illik qazanc baxımından İranın ən böyük şirkəti olmuşdur. Bu dövrdə müəssisə həm islam dünyasında, həm də Yaxın Şərqdə ən böyük bank hesab edilmişdir. 2016-cı ilin sonuna olan göstəricilərə görə, bankın xalis aktivləri 76,6 milyard dollar təşkil etmiş, 3 328 bank filialından ibarət geniş şəbəkəsi ilə aktivlərinin həcminə görə ölkənin ən böyük maliyyə institutu kimi tanınmışdır. 2013-cü ildə keçirilmiş 10-cu Milli İran Qəhrəmanları Çempionatında İran Milli Bankı brendi İranın 100 ən yaxşı markasından biri kimi qəbul edilmişdir. Hazırda bankın ölkə daxilində 3 328 aktiv filialı, xaricdə isə 14 filialı, 4 köməkçi məntəqəsi və 180 xidmət köşkü fəaliyyət göstərməkdədir.

Tarixi

Zəmin XIX əsrin son rübündə Qacarlar dövlətində xarici təsirin qarşısını alacaq müasir milli bankın yaradılması məsələsi geniş müzakirə mövzusuna çevrilmişdir. Bu proses Osmanlı imperiyasında 1863-cü ildə xarici nəzarət altında olan Osmanlı Bankının qurulmasından sonra baş verən bənzər müzakirələrlə səsləşmişdir. 1879-cu ildə Tehranın işgüzar dairələrinin rəhbəri Hacı Məhəmməd Həsən Aminülzərb tərəfindən Nəsrəddin şaha (hakimiyyəti: 1848–1896-cı illər) bu istiqamətdə rəsmi təklif təqdim edilmişdir. İran Konstitusiya inqilabı dövründə maliyyə müstəqilliyi istəyi əsas siyasi məsələlərdən birinə çevrilmiş, nəticədə 1906-cı ilin dekabrında bir qrup nüfuzlu tacir tərəfindən bu ideyanı dəstəkləyən bəyannamə dərc olunmuşdur.

23 noyabr 1906-cı ildə Müzəffərəddin şah Qacarın (hakimiyyəti: 1896–1907-ci illər) maliyyə naziri Əbülqasım Nasirülmülk Milli Məşvərət Məclisinə ölkədəki maliyyə böhranı barədə məruzə etmiş, çıxış yolu kimi Avropa ölkələrindən borc almağı təklif etmişdir, lakin millət vəkilləri bu variantı rədd etmiş və 9 dekabrda milli bankın təsis edilməsi barədə razılığa gəlmişdilər. Siyasi mühitdəki kəskin dəyişikliklər və 1907-ci ilin avqustunda imzalanmış İngiltərə–Rusiya sazişi bu planın həyata keçirilməsinə mane olmuşdur. Yalnız 1921-ci il çevrilişi və 1925-ci ildə Pəhləvi sülaləsinin hakimiyyətə gəlməsindən sonra layihənin reallaşması üçün şərait yaranmışdır. Hakimiyyətini möhkəmləndirən Rza şah Pəhləvi ölkənin İran İmperator Bankı tərəfindən təmsil olunan xarici maliyyə asılılığına son qoymaq məqsədilə milli bank layihəsini yenidən gündəmə gətirmişdir.

Milli emissiya bankı Bank ilk olaraq 14 may 1927-ci ildə Milli Məşvərət Məclisi tərəfindən təsdiq edilmiş qanun əsasında 1928-ci ildə "" () adı ilə təsis edilmişdir. Qurumun nizamnaməsi 14 iyul 1928-ci ildə məclisin maliyyə komitəsi tərəfindən qəbul olunmuşdur. Bank fəaliyyətinə 8 sentyabr 1928-ci ildə, İran Tənbəki Rejisinin keçmiş binasında başlamışdır. İlkin nizamnamə kapitalı 20 milyon rial müəyyən edilmiş, bunun 8 milyonu ödənilmişdir. Az sonra Tehran bazarı və ölkənin mühüm ticarət limanı olan Buşəhrdə bankın ilk filialları açılmışdır.

Həmin dövrdə İranda bank mütəxəssislərinin çatışmazlığı səbəbindən qanunvericilik bank idarəçiliyinə İsveçrə və Almaniya vətəndaşlarının cəlb edilməsinə icazə vermişdir. Milli Bankın ilk baş direktoru Kurt Lindenblatt və onun müavini Otto Vogel digər Almaniya mütəxəssisləri ilə birlikdə İrana dəvət olunmuşdur. Açılış günü bankın iranlı və almaniyalı heyətinin ümumi sayı 27 nəfəri keçməmişdir. 22 mart 1931-ci ildə Milli Məşvərət Məclisi banknot emissiyası üzrə inhisar hüququnu 10 il müddətinə İran Milli Bankına vermişdir. Bankın ilk əskinaslarının 20 iyun 1931-ci ildə dövriyyəyə buraxılması planlaşdırılsa da, texniki gecikmələr səbəbindən bu proses 21 mart 1932-ci ildə, Novruz bayramı günündə baş tutmuşdur. Bu əskinaslar bir neçə ay ərzində İran İmperator Bankının valyutası ilə paralel dövriyyədə olmuş, həmin bankın əskinasları isə 1932-ci ilin sentyabrında rəsmən dövriyyədən çıxarılmışdır. Həmçinin, 1932-ci ildə bankın uzunmüddətli kredit əməliyyatları ayrılaraq sonradan İran Kişəvərzi Bankı kimi tanınan İran Kənd Təsərrüfatı və Sənaye Bankı yaradılmışdır.

1933-cü ildə inşasına başlanılan və Almaniya memarı H. Henrix tərəfindən layihələndirilən bankın Firdovsi küçəsində yerləşən müasir baş ofis binası 1936-cı ildə istifadəyə verilmişdir.

1938-ci ildə bankın ipoteka kreditləşməsi bölməsi müstəqil İran İpoteka Bankına çevrilmişdir. 1939-cu ildə əhalini yığımlara təşviq etmək məqsədilə bank nəzdində qənaət fondu təsis edilmişdir. 1940-cı illərin əvvəllərində memar Möhsün Foruği tərəfindən vahid monumental üslubda layihələndirilmiş regional filiallar Təbriz (1940), Tehran Bazarı (1941), İsfahan (1941) və Şiraz şəhərlərində fəaliyyətə başlamışdır.

1942-ci ildə ölkənin rəsmi adının dəyişdirilməsinə uyğun olaraq, qurumun adı da "İran Milli Bankı" kimi rəsmiləşdirilmişdir.

1960-cı ildə İran Mərkəzi Bankının yaradılması ilə İran Milli Bankıın emissiya bankı kimi fəaliyyətinə son qoyulmuşdur. Bu tarixdən etibarən İran Milli Bankı fəaliyyətini yalnız kommersiya bankı kimi davam etdirmişdir. 1965-ci ildə bank özünün ilk beynəlxalq filialını Hamburqda açmışdır. 1967-ci ildə Londonda filialları fəaliyyətə başlamış, həmin filiallar 2002-ci ildə "Melli Bank plc" adlı tam mülkiyyətli törəmə müəssisə kimi yenidən təşkil edilmişdir.

İslam İnqilabından sonrakı dövr İran İslam inqilabından sonra bank sistemi islam bankçılığı və maliyyə prinsipləri çərçivəsində şəriət qanunlarına uyğunlaşdırılmışdır. Bu məqsədlə yeni qanun 1984-cü ildə qəbul olunmuşdur. Hazırda bankın ölkə daxilində 3 328-dən çox aktiv filialı, xaricdə isə 14 aktiv filialı, 4 törəmə müəssisəsi və 180 ofisi mövcuddur.

thumb|right|Azərbaycanın Bakı şəhərində bağlanmış İran Milli Bankı şöbəsi.

2002-ci ildə İran Milli Bankı Moskvada Rusiya ərazisində fəaliyyət göstərən törəmə müəssisəsi olan "Mir Business Bank"ı təsis etmişdir. 2004-cü ildə "Bank Saderat Iran" ilə tərəfdaşlıq çərçivəsində Kabildə "Arian Bank" yaradılmışdır. 2006-cı ildə isə bank Honq-konqda da öz filialını açmışdır.

Əməliyyatlar

İşçi heyəti İran Milli Bankının işçilərinin cinsinə görə xidmət şərtləri cədvəli: statusqadınkişicəmiİşçi sayı3,26336,04239,305İş vəziyyəti, 105 nəfəri əlildir0460460Şəhid (işçi: 9, təqaüdə çıxmış: 50)25759Vaxtından əvvəl təqaüdə çıxmış6163,4024,018Digər təqaüdə çıxanlar1,61814,50516,123Ölü (maaşlı: 7536)675,1465,213Ümumi5,56659,61265,178

Törəmə müəssisələri "Sadad" məlumat şirkəti 1999-cu ildə Şirkətlərin və Qeyri-kommersiya Müəssisələrinin Qeydiyyatı İdarəsində rəsmi qeydiyyata alınmışdır.

Milli İnkişaf Qrupu Tehran Fond Birjasında siyahıya alınmış investisiya şirkətidir.

İslam bankçılığı İranın bütün bankları 1983-cü ildə İran İslam Şurası Məclisi tərəfindən qəbul edilmiş "İranın İslam Bankçılığı (şəriət) haqqında Qanun"unda təsbit olunmuş bank prinsiplərinə və qaydalarına riayət etməlidirlər. Bu qanuna əsasən, banklar yalnız faizsiz islam əməliyyatları ilə məşğul ola bilərlər (faiz sələmçilik hesab olunur və islam dini, həmçinin "Qurani-Kərim" tərəfindən qadağan edilmişdir). İcazə verilən kommersiya əməliyyatları, ehtimal olunan mənfəətdən pay almaq müqabilində mal və xidmətlərin mübadiləsini nəzərdə tutur. Bütün bu növ əməliyyatlar müzaribə, füruşi-aqsati (hissə-hissə satış), coalə, sələf və qərzül-həsənə kimi İslam müqavilələri vasitəsilə həyata keçirilir. Həmin müqavilələrin təfərrüatları və əlaqədar təcrübələr İranın Faizsiz Bankçılıq Qanununda və onun müvafiq təlimatlarında öz əksini tapmışdır.

Sosial məsuliyyət

Hazırda bank 114 milyard rialdan çox dəyəri olan 39 ictimai faydalı layihədə iştirak etmişdir. Bunlara daxildir:

Uşaqlara dəstək. Mədəni və elmi layihələrin dəstəklənməsi. Diyə (qanpulu) məhbuslarının azad edilməsi üçün idman planlarının dəstəklənməsi. Məktəb tikintisi.

Maliyyə göstəriciləri 16 iyun 2008-ci il tarixinə olan vəziyyət (1 ABŞ dolları təxminən 133 130 İran rialıdır):

Ümumi aktivlər: 360 517 milyard rial Kapitalizasiya: 36 487 milyard rial Vergidən sonrakı xalis mənfəət: 772 milyard rial Ümumi kreditlər: 163 595 milyard rial Filialların sayı: 3 300 İşçilərin sayı: 43 000

"Bank Melli Iran" (BMI) iqtisadiyyat, istehsal, sənaye və xidmət sektorlarına verilən bütün kreditlərin təxminən 30 faizini təmin etmişdir. Bank tərəfindən təklif olunan onlayn bank xidmətləri 2008-ci ildə 370 faizlik artım nümayiş etdirmişdir. "Bank Melli Iran"ın direktoru Məhəmməd Rza Hüseynzadə İran İslam Respublikasının banka 220 000 milyard rialdan çox borcu olduğunu bəyan etmişdir. 2009-cu ildə ISNA xəbər agentliyində Mahmud Rza Xavərinin İran hökumətinin banka olan 50 trilyon riallıq borcu və hökumətin bu borcu qaytarmaq iqtidarında olmaması barədə çıxışı dərc olunsa da, sonradan Xavəri hökumətin borcu ödəyə bilməməsi ilə bağlı xəbəri təkzib etmişdir.

Qalmaqallar

Mülki iddia 1997-ci ilin sentyabrında Qüdsdə baş vermiş intiharçı partlayışından sonra yaralanan beş amerikalı tələbəyə hakim Rikardo Manuel Urbina tərəfindən "Xarici Dövlətlərin Toxunulmazlığı Aktı"nın Flatou düzəlişi və 2002-ci il "Terrorizm Riskinin Sığortalanması Aktı"nın 201a bölməsinə əsasən, İran hökuməti və İran İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı 251 milyon ABŞ dolları məbləğində təzminat kəsilmişdir. Sözügedən qanunvericilik terror aktı ilə bağlı məhkəmə qərarı çıxarıldığı təqdirdə terrorçu tərəfin dondurulmuş aktivlərinin icraya yönəldilməsini nəzərdə tuturdu. ABŞ-dəki İran aktivlərinin böyük hissəsi səfirlikdəki girov böhranından sonra geri çəkildiyi üçün qalan yeganə əhəmiyyətli vəsait İran Milli Bankının Nyu-York Bankındakı hesabında olan təxminən 150 000 dollar idi. Vəsaiti tələbələrə ötürməzdən əvvəl Nyu-York Bankı bu işdəki məsuliyyəti ilə bağlı hüquqi qərar çıxarılması üçün məhkəməyə müraciət etmişdir. ABŞ Ədliyyə Nazirliyi İran Milli Bankını dəstəkləyən "məhkəmə dostu" (amicus curiae) qismində çıxış etmiş, bankın vəsaiti tələbələrə vermək öhdəliyinin olmadığını bildirmişdir. 2006-cı ilin martında hakim Denis Koul tələbələrin əleyhinə qərar çıxarmış və bu qərar 2007-ci ilin aprelində İkinci Dairə Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Bundan sonra İran Milli Bankı vəsaiti Nyu-York Bankından geri çəkmişdir.U.S. Helps Iranian Bank Withdraw, Then Seeks To Freeze Funds , Josh Gerstein, The New York Sun, 9 November 2007

5 mart 2018-ci ildə İran Milli Bankı İranda kredit kartı istifadəsi ilə bağlı "Visa Inc" və "Franklin Resources Inc" tərəfindən saxlanılan təxminən 17,6 milyon dollarla bağlı apellyasiya şikayətini uduzmuşdur.

ABŞ sanksiyaları 25 oktyabr 2007-ci ildə ABŞ İrana qarşı birtərəfli sanksiyalar tətbiq etmişdir. Bu sanksiyalar İranın dövlət bankları ilə ABŞ vətəndaşları və ya özəl təşkilatları arasında maliyyə əməliyyatlarının aparılmasını məhdudlaşdıran yeni tədbirləri əhatə edirdi.US slaps sanctions on leading Iranian state-owned banks Agence France-Presse (25 October 2007). İran Milli Bankı digər müştəriləri ilə yanaşı, İranın nüvə və ballistik raket proqramlarına maliyyə xidmətləri göstərdiyi iddiası ilə bu sanksiyalar siyahısına daxil edilmişdir. ABŞ Xəzinədarlıq Departamentinin yaydığı sənəddə həmçinin iddia olunurdu ki, 2002–2006-cı illər ərzində İran Milli Bankı İran İnqilabı Keşikçiləri Korpusunun bir qolu olan "Qüds qüvvələri" vasitəsilə HƏMAS, "Fələstin İslami Cihadı", "Hizbullah" və digər qruplara ən azı 100 milyon dollar vəsait göndərmişdir.

Öz rəsmi internet saytında dərc etdiyi bəyanatda İran Milli Bankı ABŞ-nin iddialarını rədd etmiş və hər hansı "aldadıcı bank təcrübələri"ndə iştirak etdiyini təkzib etmişdir.BMI's announcement on US sanctions Bank Melli Iran.

Aİ sanksiyaları