Sənaye və Texnologiya nazirliyi (türk. Sanayi ve Teknoloji Bakanlığı ) — Türkiyə Respublikasının sənaye və texnologiya sahəsində dövlət siyasətini həyata keçirən nazirlik.

Tarixi Nazirlik 7 iyun 1949-cu ildə Sənaye nazirliyi adı ilə yaradılmışdır. 11 dekabr 1971-ci ildə Sənaye və Texnologiya nazirliyi adlandı."2023 Yılı Merkezi Bütçe Kanunu, Sanayi ve Teknoloji Bakanlığı Cetveli" 13 dekabr 1983-cü ildə Ticarət nazirliyi ilə birləşərək Sənaye və Ticarət nazirliyi, 6 iyul 2011-ci ildə Ticarət nazirliyinin yenidən yaradılması ilə adı Elm, Sənaye və Texnologiya nazirliyinə dəyişdi. Konstitusiyaya edilən dəyişikliklərdən sonra İnkişaf nazirliyi ilə birləşdirildi və Sənaye və Texnologiya nazirliyi oldu."Yeni uyum kararnamesi ile bazı bakanlıkların teşkilat yasaları lağvedildi". Anadolu Ajansı.

Nazirlik Teknofest İstanbulun qurucu tərəfdaşıdır.Düzenleyici Kuruluşlar

Vəzifələri Sənaye və Texnologiya nazirliyinin vəzifə və səlahiyyətləri aşağıdakılardır:CUMHURBAŞKANLIĞI KARARNAMELERİ

Sənaye siyasəti və strategiyalarının müəyyən edilməsi məqsədi ilə araşdırmalar aparmaq, sənaye məhsullarına dair inzibati və texniki reqlamentlərin hazırlanması və icrasını təmin etmək, sənaye müəssisələrinin reyestrini aparılması, sənaye statistikası və təhlillərinin hazırlanması. İqtisadiyyatı inkişaf etdirmək, sənaye müəssisələrinin məhsuldarlığını artırmaq və yaxşılaşdırmaq, istehsal layihələrini dəstəkləmək üçün lazım olan strategiyalarının hazırlanmasına yönəlmiş araşdırmalar aparmaq. İqtisadi inkişaf, sosial tərəqqi və milli təhlükəsizlik məqsədlərinə uyğun olaraq elm, texnologiya və innovasiya siyasətinin müəyyən edilməsi məqsədilə müvafiq qurum və təşkilatlarla əməkdaşlıq etmək, müəyyən edilmiş siyasətin həyata keçirilməsini təmin etmək, sənaye üçün tədqiqat, təkmilləşdirmə və innovasiya proqramları və layihələri, habelə bu çərçivədə fəaliyyət və investisiyaları dəstəkləmək, həvəsləndirici tədbirlər görmək və həyata keçirmək və bu məsələləri tənzimləmək və nəzarət etmək. Mütəşəkkil sənaye, texnologiyanın inkişafı, azad zonalar və sənaye sahələri üçün uyğun əraziləri müəyyən etmək və münasib hesab edilənlərin infrastrukturunu qurmaq, ərazi strategiyası planlarında, ətraf mühitin planlaşdırılması, yaradılması, tikintisi və istismarı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş vəzifələri yerinə yetirmək, mütəşəkkil sənaye zonalarının fəaliyyəti üçün Nazirlik tərəfindən məqsədəuyğun hesab edilən layihələrin kreditinə dəstək vermək, böyük şəhər bələdiyyələri və ya bələdiyyələr tərəfindən köçürüləcək sənaye sahələrinin inzibati və sosial obyekt binalarının, torpaq xərclərinin, əmlakın alınması xərclərinin, infrastruktur və üst tikili investisiyalarının, biznesin rəqabətqabiliyyətliliyinin artırılması üçün klasterləşmə təşəbbüsləri üzrə siyasətlərin işlənib hazırlanması, qrant dəstəyinin göstərilməsi, həyata keçirilməsinin nəticələrinin monitorinqi və qiymətləndirilməsi üçün araşdırmalar aparmaq və yaşayış məntəqələrində yerləşən sənaye sahələrini dəstəkləmək. Sənaye müəssisələrinin yaşayış massivlərindən kənara köçürülməsinə yönəldilmiş tədbirləri həyata keçirmək, köçürülmə xərclərini kreditlər hesabına təmin etmək, dəstəyin şərtlərini və kvalifikasiyalarını müəyyən etmək və onlara nəzarət etmək. Metrologiya siyasətinin hazırlanması üçün zəruri araşdırmalar aparmaq, strategiyaların işlənib hazırlanması, təftiş, sertifikatlaşdırma və yoxlama ilə bağlı qaydalar hazırlamaq, audit yoxlamaları aparmaq, standartların və texniki reqlamentlərin hazırlanması və həyata keçirilməsini təmin etmək. Sənaye məhsullarının təhlükəsizliyi və təftişi ilə bağlı siyasətlərin hazırlanmasına kömək etmək, təhlükəsizliyinə və texniki qaydalara uyğunluğuna dair bazar nəzarəti və təftişini aparmaq, risk təhlilləri aparmaq, sənaye məhsullarının yoxlanılması prosedurlarını və prinsiplərini müəyyən etmək, məhsulun təhlükəsizliyinə dair məlumat sistemi yaratmaq. Nazirliyin vəzifə və fəaliyyət dairəsinə aid olan məsələlər üzrə Beynəlxalq təşkilatlar, Avropa İttifaqı və xarici dövlətlərlə əlaqələr qurmaq, ikitərəfli və çoxtərəfli elmi, sənaye və texniki əməkdaşlıq sazişlərinin və protokollarının hazırlanmasına kömək etmək və Avropa İttifaqı və Beynəlxalq təşkilatlarla həyata keçirilən layihə və proqramların hazırlanmasını, əlaqələndirilməsini və nəzarətini təmin etmək. İnvestisiya stimullarının milli iqtisadiyyatın mənafeyi naminə səmərəli tənzimlənməsini təmin etmək üçün zəruri qanunvericilik aktları hazırlayıb, onun icrasına nəzarət və qiymətləndirilirmək, zəruri tədbirlər görmək. Prezidentin müəyyən etdiyi məqsədlərə uyğun olaraq, makroiqtisadi, sektoral (sosial-iqtisadi) və regional inkişaf sahələrində milli və yerli səviyyədə təhlillər və araşdırmalar aparmaq. İnkişaf agentliklərinin koordinasiyasını təmin etmək və müvafiq tapşırıq və prosedurları həyata keçirmək. İT sektorunu inkişaf etdirmək. Qanunlarla və Prezidentin sərəncamları ilə həvalə edilmiş digər vəzifələri yerinə yetirmək.

Təşkilatları Mərkəzi təşkilatları Sənaye və Məhsuldarlıq Baş idarəsi Sənaye bölgələri Baş idarəsi Metrologiya və Standartlaşdırma Baş idarəsi Sənaye Məhsullarının Təhlükəsizliyi və Təftişi Baş idarəsi Təşviq Tətbiqi və Xarici Sərmayə Baş idarəsi İnkişaf Agentlikləri Baş idarəsi Avropa Birliyi və Xarici Əlaqələr Baş idarəsi Rəhbərlik və Təftiş idarəsi Strategiya İnkişafı Prezidenti yanında Baş idarə Kadrlar şöbəsi Dəstək xidmətləri Baş idarəsi Hüquq xidmətləri Baş idarəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr idarə Şəxsi Katiblik Daxili Audit idarəsi Metrologiya və Sənaye məhsullarının təhlükəsizliyi Baş idarəsi Strateji Araşdırmalar və Məhsuldarlıq Baş idarəsi İnzibati Xidmətlər Baş idarəsi Milli Texnologiya Baş idarəsi

Əyalət təşkilatı Sənaye və Texnologiya rayon Baş idarələri

Daimi şuraları / Bağlı təşkilatları Türkiyə Kosmik Agentliyi Türkiyə Elmlər Akademiyası Türk Patent və Marka İdarəsi Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstək İdarəsi Türkiyə Elmi və Texnoloji Araşdırmalar Təşkilatı Türk Standartları İnstitutu İnkişaf Agentlikləri Regional İnkişaf İdarələri

Proqramları Texnoinvestisiya

İstinadlar

Kateqoriya:Türkiyə nazirlikləri