Ayfər Yılmaz (; ) — türk iqtisadçı və siyasətçisi. O, Türkiyə Böyük Millət Məclisinin XX və XXI çağırışlar deputatı olub, həmçinin dövlət naziri vəzifəsini icra edib. İYİ Partiyasının keçmiş baş katibidir.

Həyatı və təhsili Ayfər Yılmaz 24 iyul 1956-cı ildə Ankarada anadan olub. 1974-cü ildə TED Ankara Kollecini, 1978-ci ildə isə Ankara Universitetinin Politologiya fakültəsinin İqtisadiyyat və Maliyyə bölməsini bitirib. 1979-cu ilin sentyabrı və 1980-ci ilin yanvarı arasında "City of London Polytechnic" və İngiltərə Bankında Bank nəzarəti üzrə təhsil alıb.

Ayfər Yılmazın bir qızı var.

Karyerası Ayfər Yılmaz, Bonn səfirliyinin iqtisadiyyat və ticarət müşavir müavinliyi, Xəzinədarlıq İctimai Maliyyə Baş İdarəsi, Xəzinədarlıq və Xarici Ticarət Müstəşarlığının müstəşar müavinliyi, Xəzinədarlıq Müstəşarlığı, Dünya İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankının Türkiyə üzrə rəhbərliyi vəzifələrində çalışıb.

2002–2009-cu illərdə o, Başkənd Universitetinin Strateji Araşdırmalar Mərkəzinin baş katibi vəzifəsini icra edib. 2007–2012-ci illərdə "Denizbank"ın İdarə Heyətinin üzvü, həmin illərdə (2007–2012) TOSYÖV-ün İdarə Heyəti sədrinin müavini (hazırda Himayəçilər Şurasının üzvü), 2014–2017-ci illərdə TED Ankara Kolleci Fondunun İdarə Heyətinin üzvü, 2015–2019-cu illərdə isə TOBB Qadın Sahibkarlar Şurası sədrinin müavini olub.

2017-ci ildən etibarən Ayfər Yılmaz, Türk Qadınlar Şurası Dərnəyinin İdarə Heyəti sədrinin müavini, 2018-ci ildən Mülkiyəli İş Adamları Dərnəyinin İdarə Heyətinin üzvü, 2019-cu ildən "Habitata Analitik Bakış" Dərnəyinin İdarə Heyətinin sədri, 2021-ci ildən isə "İkinci Yüzyıl" İnstitutunun Məsləhət Şurasının üzvüdür.

Siyasi karyerası Ayfər Yılmaz DYP-dən, Türkiyə Böyük Millət Məclisinin XX-XXI çağırışları Mərsin millət vəkili seçilib, 1996-1997-ci illərdə isə Dövlət Naziri vəzifəsində çalışıb. 2017-ci ildə İYİ Partiyasının təsisçi üzvü olmuş, 2019-cu il Türkiyə yerli seçkilərində Demokrat Partiyasından Mərsin Böyükşəhər Bələdiyyə sədri namizədi kimi iştirak edib. 2022-ci ildən etibarən İYİ Partiyasının Sosial Siyasətlər üzrə sədridir.

İstinadlar

Kateqoriya:Doğru Yol Partiyasının (Türkiyə, 1983) üzvləri Kateqoriya:Türkiyə nazirləri