Aralıq dənizi səfəri () — 1570-1573-cü illər Osmanlı–Venesiya müharibəsində bir mərhələ.
Bir il əvvəl Lepanto dəniz döyüşündə ağır məğlubiyyətə uğrayan Osmanlı donanması, 1571-1572-ci illərin qışında yeni gəmilərlə təchiz edildikdən sonra yeni Kaptan-ı dərya Qılınc Əli Paşanın komandanlığı altında Aralıq dənizinə açıldı. Müqəddəs İttifaq donanması ilə Metoni və Pirosda kiçikmiqyaslı toqquşmalara girən Osmanlı donanması, çoxca güc nümayişi etdirdi. Həm Kiprin geri alınmasının qeyri-mümkün görünməsi, həm də Müqəddəs İttifaq daxilindəki fikir ayrılıqları səbəbindən müttəfiqlərin Osmanlı donanmasına qarşı hücuma keçməkdə tərəddüd etməsi nəticəsində Venesiya Respublikası Osmanlı imperiyası ilə danışıqlara başladı. Beləliklə, 9 mart 1573-cü ildə tərəflər arasında üçillik müharibəyə son qoyan sülh müqaviləsi imzalandı.
Səfər thumb|right|Osmanlı və Xristian donanmalarının 1572-ci avqust-sentyabr ayları boyunca bir-birlərinə hücum etdikləri Moranın cənubu Messina şəhərində qışlayan xristian donanması baharda yenidən toplanmağa başladı. Admiral Kolonnanın komandanlığı altındakı 14 gəmidən ibarət Papa dövləti donanması 2 iyunda, admiral Santa Kruzun komandanlığındakı 36 gəmidən ibarət Neapol donanması 4 iyunda, admiral Soransonun rəhbərliyindəki 24 gəmilik (Korfudan gələn) Venesiya və admiral Gustinianinin tabeliyindəki 3 gəmilik Malta donanması isə növbəti günlərdə Messinaya çatdı. Baş komandan Don Xuan limandan ayrılma tarixini 12 iyun olaraq təyin etsə də, bu müddət təxirə salındı. Don Xuanın Tunisə yönəlməsi ilə bağlı əmr də ləğv edildi və ona 24 gəmi ilə İtaliya sularının müdafiəsində qalaraq, yerdə qalan 64 gəmini Venesiyaya köməyə göndərmək tapşırıldı.
Qış boyu hazırlanan yeni Osmanlı donanması da Kaptan-ı dərya Qılınc Əli Paşa komandanlığı altında Egey dənizinə açıldı. Venesiyaya məxsus Tinos və Kitira adalarını qarət etdi və Evbeya yaxınlığında lövbər saldı. Admiral Kolonnanın komandanlığı altındakı 169 gəmidən ibarət Xristian donanması isə 4 avqustda Kitiranın şimalındakı Elafonisos ətrafına çatdı. 230 gəmidən ibarət Osmanlı donanması Monemvasiya tərəfdən Xristian donanmasına doğru irəlilədi. Kolonna tabeliyində kifayət qədər qalleon olmadığı üçün döyüşdən qaçdığı halda, Qılınc Əli Paşa beş barjanı geridə buraxaraq 225 qalera ilə irəlilədi. 7 avqustda Osmanlı donanması Kitira və Elafonisos adaları arasında mövqe tutdu. Hücum üçün əlverişli küləyi gözləyən hər iki donanma cinahların qarşılıqlı atışması ilə kifayətləndi. Ertəsi gün, Tenaron burnuna yönələn Osmanlı donanması ilə, Kitira tərəf yönələn Xristian donanması biri-birindən uzaqlaşdılar. Bununla belə, Osmanlı donanması Xristian donanmasının qərbinə keçməklə Don Xuanın daha zəif donanması ilə Xristian donanmasının arasına girdi. Bu təhlükəni hiss edən Admiral Kolonna, Osmanlı donanmasının üzərinə irəliləsə də, avqustun 10-da baş verən ikinci toqquşmanın təsiri az oldu."Naval wars in the Levant, 1559-1853", R.C. Anderson, Princeton University Press (1952), s.50-51
Don Xuanın donanması ilə birləşmək istəyən Xristian donanması şərq küləyini tutaraq 14 avqustda Kitira adasından ayrıldı və Osmanlı donanması ilə qarşıdurmaya girmədən 18 avqustda Zanteyə çatdı, 31 avqustda Korfu adasında hər iki donanma birləşdi. Lepanto dəniz döyüşündə iştirak edənlərlə təxminən eyni gücə malik olan Xristian donanması, 17 sentyabrda Osmanlı donanmasının da lövbər saldığı Metoni yaxınlığına gəldi. Üç həftə ərzində iki donanma kiçik toqquşmalarla bir-biri ilə atışdığı bir vaxtda, 7 oktyabrda — Lepanto döyüşünün ildönümündə — venesiyalılar hücum etməyə cəhd göstərsələr də, geri oturmalı oldular. Xristian donanmasının da, Metoniyə desant çıxarmaq cəhdləri uğursuzluqla nəticələndi.
Don Xuanın 8 oktyabrda Korfuya qayıtmaq əmrindən sonra, 22 oktyabrda Venesiya gəmiləri istisna olmaqla, digər donanmalar ayrılaraq 25 oktyabrda Messinaya çatdı.
Nəticəsi Xristian donanmasının ayrılmasından sonra Osmanlı donanması da İstanbula qayıtdı. Hər iki donanma, əvvəlki ildən fərqli olaraq, genişmiqyaslı döyüşə girməkdən çəkinmiş və səfər mövsümünü bir-birini sınamaqla keçirmişdi. Bir il əvvəl ciddi sayda gəmi itirmiş Osmanlı donanmasının cəmi bir il ərzində eyni qüdrətlə dənizə açılması Xristian donanması qarşısında təsirli güc nümayişi oldu."Navals Aspects of the Ottoman Conquests of Rhodes, Cyprus and Crete", Svatopluk Soucek, Studia Islamica, No. 98/99 (2004), s.245
İspaniya Krallığı və müttəfiqlərinin Şərqi Aralıq dənizində döyüşməyə həvəssiz olduqlarını görən Venesiya Respublikası, 1572-ci ilin sonunda Osmanlı imperiyasıu ilə sülh danışıqlarına başladı və 7 mart 1573-cü ildə İstanbulda imzalanan müqavilə ilə Kipr, Osmanlı imperiyasına güzəştə gedildi."Büyük Osmanlı Tarihi", Joseph von Hammer, c.6, s.307-308
İstinadlar
Kateqoriya:İtaliya tarixi Kateqoriya:Egey dənizinin tarixi Kateqoriya:Yunanıstanın modern tarixi