thumb|Qazaxıstan qadınları milli geyimdə

Qazaxıstanda qadınların cəmiyyətdəki mövqeyinə, yerli adət-ənənələr, onilliklər boyu davam edən sovet rejimi, müstəqillik qazanıldıqdan sonrakı sosial-iqtisadi dəyişikliklər və qeyri-sabitlik, eləcə də yeni Qərb dəyərləri daxil olmaqla bir çox amillər təsir göstərib.

Tarixi kontekst 70 ildən artıq Sovet İttifaqının tərkibində qaldıqdan sonra, 1991-ci ildə Qazaxıstan müstəqillik qazandı. Müstəqillik əldə etdikdən sonra keçid dövrünü yaşayan Qazaxıstan iqtisadiyyatı, xüsusilə 1990-cı illərdə kəskin tənəzzül və qeyri-sabitliklə üzləşmiş, 1995-ci ilə qədər real ÜDM 1990-cı il səviyyəsinin 61,4%-nə qədər düşmüşdü ki, bu da "beyin axınına" səbəb oldu. İqtisadi depressiya və cəmiyyətdə qadınların roluna dair formalaşan ənənəvi baxışlar qadın hüquqlarına mənfi təsir göstərdi. Buna baxmayaraq, 1990-cı illər, qadınlar üçün bəzi müsbət nəticələrə: 1998-ci ildə "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya"ya qoşulmağa rəvac verdi. Müstəqillikdən sonra Qazaxıstan kifayət qədər inkişaf etmiş təhsil sistemi miras alsa da, Sovet İttifaqının dağılmasından qısa müddət sonra başlayan keçid dövründə təhsil sektoru daim maliyyə çatışmazlığı ilə üzləşmiş, xüsusilə kənd yerlərində bir çox məktəb bağlanmışdı. Lakin bu gün Qazaxıstanda qadınların savadlılıq səviyyəsi dünyada ön sıralardadır və kişilərin savadlılıq dərəcəsinə uyğun olaraq 99,8% təşkil edir.

2000-ci ildə "Qazaxıstan Respublikasının Dövlət Demoqrafik Siyasəti Konsepsiyası" ratifikasiya edildi və bu sənəd, demoqrafik problemləri milli təhlükəsizlik məsələləri ilə eyni səviyyəyə qaldırdı. Bu, əhalinin artımı və qadın hüquqları ilə bağlı məsələlərin "Qazaxıstan-2050 Strategiyası" adlı uzunmüddətli siyasi modelə uyğun şəkildə həll edilməsinə imkan yaratdı.

Reproduktiv sağlamlıq və fertillik Qazaxıstanda ana ölümü səviyyəsi hər 100000 canlı doğuşa 12 ölüm təşkil edir (2015-ci il qiymətləndirməsi). Ümumi doğum əmsalı hər qadına 2,31 uşaqdır (2015-ci il qiymətləndirməsi) ki, bu da nəslin təkrar istehsalı əmsalından bir qədər yüksəkdir. Kontraseptivlərdən istifadə dərəcəsi 51% təşkil edir (2010/11-ci illər).

Məcburi evlilik və qız qaçırma Qazaxıstanda qadınlar və gənc qızlar məcburi evlilik və gəlin qaçırma halları ilə üzləşir, lakin bu o qədər də məlum deyil. Qazaxıstanda gəlin qaçırma (alıp kaşu) iki yerə bölünür: razılıq olmadan qaçırma (kelisimsiz alıp kaşu) və qarşılıqlı razılıq əsasında qaçırma (kelisimmen alıp kaşu).Cynthia Werner, «The Rise of Nonconsensual Bride Kidnapping in Post-Soviet Kazakhstan», in The Transformation of Central Asia: States and Societies from Soviet Rule to Independence (Cornell University Press, 2004: Pauline Jones Luong, ed.), p. 70. Bəziləri, gəlinlər üçün ödənilən başlıq pulundan (kalım) yayınmaq üçün də qaçırmaya əl atırlar.Werner, pp. 71-72.

Seks-ticarəti Həm ölkə vətəndaşı olan qadınlar, həm də əcnəbi qadınlar Qazaxıstanda insan alverinin qurbanı olurlar. Onlar ölkədəki fahişəxanalar, müəssisələr, otellər, evlər və digər yerlərdə zorakılığa, fiziki və mənəvi zərərə məruz qalırlar.

Qadın hüquqları Hökumət, BMT-nin "Qazaxıstanda 2006–2016-cı illər üçün Gender Bərabərliyi Strategiyası" planı barədə məlumat verib. 2009-cu ildə Qazaxıstan "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun qəbul edib. Bu qanunda qadınlara qarşı zorakılığın bütün formalarının qarşısının alınması üçün kompleks tədbirləri nəzərdə tutulub.

Beynəlxalq Qadınlar Günü Qazaxıstanın rəsmi dövlət bayramıdır.

Fridrix Ebert Fondu və İctimai Rəy Araşdırmaları İnstitutu tərəfindən hazırlanan "Mərkəzi Asiya gəncləri. Qazaxıstan" hesabatının məlumatlarına görə, gənclərin 84,8%-i Qazaxıstanda qadınların kifayət qədər geniş hüquqlara sahib olduğunu hesab edir.

Dünya Bankının 2023-cü il üçün hazırladığı "Qadınlar, Biznes və Qanun" hesabatında göstərilir ki, Qazaxıstanda qadınlar kişilərin sahib olduğu hüquqların yalnız 75,6%-indən yararlanırlar.

"Save the Children" qeyri-kommersiya təşkilatının 2016-cı ilə olan hesabatında isə Qazaxıstan gender bərabərliyinə görə 144 ölkə arasında 30-cu yerdə qərarlaşıb. Bu reytinqdə Qazaxıstan, ABŞ və Yaponiya kimi ölkələri qabaqlayır. Dünya İqtisadi Forumunun 2017-ci il üzrə Gender Bərabərliyi indeksində Qazaxıstan 144 ölkə arasında 51-ci yeri tutub.

Hökumətdə qadınlar Qazaxıstanda qadınlar getdikcə daha çox yüksək siyasi və dövlət vəzifələri tuturlar. 2009-cu ilin dekabrında Qazaxıstan hökuməti, kişilərin və qadınların dövlət qulluğuna bərabər çıxışını nəzərdə tutan "Kişilərin və qadınların bərabər hüquqlarının və bərabər imkanlarının dövlət təminatları haqqında" qanun qəbul etdi. 154 yerdən ibarət Qazaxıstan parlamentində 28 qadın var və qadınlar parlamentin aşağı palatasının 25,2 %-ni təşkil edir. 2017-ci ilin martına olan məlumata görə, aşağı palatada qadınların payı 27%-dir ki, bu da on il əvvəlki göstəricidən 10% çoxdur.

Qazaxıstanın ilk qadın prezidentliyə namizədi Daniya Yespayeva 2019-cu il prezident seçkilərində iştirak edib. Yespayevanın namizədliyi "Ağ Yol" Demokratik Partiyası tərəfindən irəli sürülüb və o, yeddi namizəddən biri olub.

Qadınlar yerli məclis deputatlarının 22%-ni, məhkəmə sektorundakı vəzifəli şəxslərin isə 47%-ni təşkil edir.

2021-ci il Məclis seçkilərinə qədər qadınlar, Qazaxıstan parlamentinin 22%-ni təmsil edirdilər. 2020-ci ilin sonunda Qazaxıstanda parlamentə namizədlər arasında qadın və gənclərin təmsilçiliyini artırmaq üçün 30 faizlik kvota tətbiq edilib.

Qadınlar hüquq-mühafizə orqanları və orduda Qazaxıstanda hüquq-mühafizə orqanlarında karyera və hərbi xidmət qadınlar üçün qeyri-ənənəvi fəaliyyət sahələri hesab olunur. Hesablamalara görə, Qazaxıstanda qadınlar polis əməkdaşlarının 6%-dən 12%-dək hissəsini təşkil edir. 1999-cu ildə Qazaxıstanda məişət zorakılığı ilə mübarizə üzrə xüsusi bölmə yaradılsa da, təlimlərin və resursların məhdudluğu səbəbindən bu proqram gözləntiləri və yerli tələbatı doğrultmadı. Son vaxtlar Florida Dövlət Universiteti məişət zorakılığı məsələləri üzrə yüksək keyfiyyətli təlimlərin təmin edilməsi məqsədilə Qazaxıstanın Daxili İşlər Nazirliyi və Almatı Şəhər Polis İdarəsi ilə əməkdaşlıq edir.

Qazaxıstan ordusunda təxminən 8000-8500 qadın xidmət edir. Из них 750 — офицеры Onlardan 750-si zabitdir. Müdafiə Nazirliyi təhsil proqramları və karyera yüksəlişi imkanlarının yaradılması vasitəsilə qadınların orduda irəliləməsini təmin edir. Müdafiə Nazirliyində rəhbər vəzifələrin yalnız 2,1%-ni qadınlar tutur. Müdafiə Nazirliyində, həm kişilərin, həm də qadınların döyüş məharətini, döyüş hazırlığını və ümumi fiziki hazırlığını nümayiş etdirən "Batır Arular" ümumrespublika hərbi qulluqçu yarışları keçirilir. "Batır Arular" mükafatları arasında ən yaxşı qadın hərbi qulluqçular üçün də mükafatlar vardır.

Biznesdə qadınlar Qazaxıstanda istehsalat firmalarının 28%-i qadınlara məxsusdur. Ölkədə 1,44 milyon qadın sahibkarlıqla məşğul olur. Hazırda ölkədəki kiçik və orta biznesin 44%-ni qadınlar idarə edir.

Qazaxıstanın ilk qadın ictimai təşkilatı olan Qazaxıstan İşgüzar Qadınlar Assosiasiyası mütəmadi olaraq biznesdə qadınlara və qadın hüquqlarına həsr olunmuş sammitlər keçirir. IV Avrasiya Qadınlar Sammiti 2015-ci ilin noyabrında Astanada baş tutub. Bu sammit zamanı Avropa Yenidənqurma və İnkişaf Bankı "Biznesdə qadınlar" proqramına start verilib. Bu proqram çərçivəsində AYİB qadınların rəhbərlik etdiyi kiçik və orta müəssisələrə çoxmilyonluq kreditlər ayırır, onlara maliyyə resurslarına və biznes məsləhətlərinə çıxış əldə etməkdə kömək edir. AYİB proqram çərçivəsində ilk kredit xətti, 2016-cı ilin sentyabrında imzalanıb. Həmin vaxt qadınların rəhbərlik etdiyi KOB-ların yenidən maliyyələşdirilməsi üçün "Bank CenterCredit"ə 3,72 milyard tengə (təxminən 20 milyon ABŞ dolları) vəsait ayrılıb.

2019-cu ilə olan məlumata görə, AYİB, tərəfdaş maliyyə institutları ilə birlikdə Qazaxıstanda qadınların rəhbərlik etdiyi müəssisələrə 28,9 milyard tengə məbləğində 21281 subkredit ayırıb. AYİB həmçinin effektiv biznes alətlərinə çıxışı yaxşılaşdırmaq və biznesin idarə edilməsi üsullarını müasirləşdirmək məqsədilə Qazaxıstanın 14 regionundan olan 350 qadın sahibkar üçün "Mikrobiznesdə qadınlar" proqramını həyata keçirir.

2015-ci ildə Astana İqtisadi Forumunun sessiyalarından biri, Qazaxıstan İşgüzar Qadınlar Assosiasiyası tərəfindən təşkil olunmuş Beynəlxalq Qadınlar Forumuna həsr edilib. Həmin sessiya xüsusi olaraq Mərkəzi Asiya və Əfqanıstanda gender bərabərliyinin iqtisadi faydalarına fokuslanıb.

19 noyabr 2016-cı ildə Qazaxıstanda ilk Qadın Sahibkarlığı Günü keçirilib. Bu, qadın sahibkarlığının dəstəklənməsi üzrə olan qlobal təşəbbüs, 2014-cü ildə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında başladılıb.

Asiya İnkişaf Bankı Qazaxıstanda kiçik və orta biznesin dəstəklənməsi proqramını həyata keçirir. Bank tərəfindən verilən kreditlərin üçdə biri qadınlara yönəldilib. Bank, 51,9 milyard tengə (155 milyon ABŞ dolları) məbləğində 750 layihəni maliyyələşdirilib.

2020-ci ilin məlumatlarına görə, qadınlar Qazaxıstanın dövlət şirkətləri rəhbərliyinin 5%-ni təşkil edir. 22 oktyabr 2020-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Hökumətə bu payın tədricən 5%-dən 30%-ə qədər artırılmasını tapşırıb.

Qadınlar İKT sahəsində Qazaxıstanda İKT (informasiya-kommunikasiya texnologiyaları) sahəsində çalışan qadınların faizi 31%-dir. Bu, 18,5% olan dünya göstəricisindən iki dəfə çoxdur.

Buna baxmayaraq, ölkədə qadınlar rəhbər vəzifələrin 10%-dən azını tutur və startapların 10%-dən azının təsisçisidir.

İstinadlar

Kateqoriya:Ölkələrinə görə qadınlar