Vitali Sergeyeviç Ledenyov (, }) — belaruslu keçmiş peşəkar futbolçu. Karyerası ərzində əsasən hücumçu kimi çıxış edib.

Hal hazırda futbol agenti olaraq da işləyir.

Karyerası Futbol karyerasına Minskin "Dinamo" komandalarında başlamışdır, 1999-cu ilin əvvəlində isə futbolçu dinamoluların əsas komandasına qoşulmuşdur. Yüksək Liqa çərçivəsində debütünü 18 aprel 1999-cu ildə Qrodnonun "Neman-Belkard" klubuna qarşı etmişdir. 2003-cü ildə futbolçu icarə müqaviləsi əsasında mövsümü Minskin "Torpedo-SKA" komandasında keçirmiş, mövsümün sonunda isə yenidən "Dinamo"nun sərəncamına qayıtmışdır. 2004-cü ildə futbolçu Minsk klubu ilə birlikdə çempionatın qalibi olmuşdur. 2005-ci ilin yanvarında icarə müqaviləsi əsasında yarım illiyə Mozyrın "Slaviya" klubunun oyunçusu olmuşdur.

2005-ci ilin iyulunda futbolçu İsrailin "Makkabi" (Netanya) klubuna keçmiş, oradan isə daha sonra "Hapoel" (Hayfa) klubuna yollanmışdır. 2006-cı ildə Bobruyskun "Belşina" komandasının sıralarına qoşularaq Belarus çempionatına qayıtmışdır. Daha sonra Azərbaycanın "MKT-Araz" və Nesvijin "Veras" klublarında çıxış etmişdir. 2008-ci ilin fevralında İsrailin "Makkabi Ahi" klubu ilə müqavilə imzalamışdır. 2008-ci ilin ikinci yarısını futbolçu Ermənistanın "Banants" klubunda keçirmişdir. 2009-cu ildə "MTZ-RİPO" üçün çıxış etmişdir.

Oyun karyerasının sonlarında Bakının İnter, Ermənistanın "Uliss" klubunun oyunçusu olmuş, 2010-cu ilin iyulunda isə Moldovanın "Daçiya" klubunun sıralarına qoşulmuşdur. Daha sonra Polşanın "Olimpiya" və Belarusun "Qorodeya" komandalarında çıxış etmişdir. 2012-ci ildə peşəkar futbolçu karyerasını başa vurmuş və daha sonra futbol agenti olmuşdur.

Milli komanda karyerası 2000-ci ilin sentyabrında futbolçu Belarusun gənclər milli komandasının tərkibində gənclər arasında Avropa çempionatının seçmə matçlarına yollanmışdır. Milli komandada debütünü 1 sentyabr 2000-ci ildə Uels yığmasına qarşı keçirilən matçda etmiş və ilk qolunu vuraraq fərqlənmişdir. 10 oktyabr 2000-ci ildə Ermənistana qarşı matçda dublla fərqlənmişdir.

Nailiyyətləri "Dinamo" Minsk Belarus çempionu: 2004

İstinadlar

Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Azərbaycanda legioner Belarus idmançıları Kateqoriya:Belarus futbolçuları Kateqoriya:İmişli FK futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Ermənistan Premyer Liqası futbolçuları