Ağababa Qəmbərəli oğlu İsgəndərov () — Azərbaycanlı yaşayan uzunömürlü. İkinci Dünya müharibəsi iştirakçısı.

Həyatı Ağababa İsgəndərov 1926-cı ildə Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. 26 noyabr 1944-cü ildə Basarkeçər RHK-dan orduya çağırılmışdır. 1166-cı atıcı alayın tərkibində döyüşlərdə iştirak etmişdir. 2 may 1945-ci ildə Berlin şəhərində sol ayağından yaralanmışdır. 623 №li hospitalda müalicə olunmuşdur (05.1945–11.1945). 26 noyabr 1945-ci ildə ordu sıralarından tərxis edilmişdir.

II dərəcə Böyük Vətən müharibəsi əlilidir.

1988-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndindən ailəsi ilə birlikdə qaçqın düşdükdən sonra Bakı şəhərində məskunlaşmışdır.

24 aprel 1992-ci ildə Azərbaycan Qaçqınlar Cəmiyyətinə üzv qəbul olunmuşdur (vəsiqə № 1568).

5 aprel 2018-ci ildən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvüdür (vəsiqə № 1280).

Dörd oğlu, altı qızı var.

Yaradıcılığı Ağababa İsgəndərov "Coşqun" təxəllüsü ilə şeirlər yazır. O, ilk şeirini Almaniyanın Berlin şəhərində müalicə olunarkən yazmışdır. Şeirləri 2005-ci ildə çap olunan "Şəmkir şairləri və aşıqları", 2008-ci ildə isə "Daşkənd aşıqları və şairləri" kitabında nəşr edilmişdir. Bundan başqa, 1972-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində keçirilən Aşıq Ələsgərin 150 illik yubileyi mərasimində onun yazdığı "Ələsgər" rədifli şeir Bərdənin "Kommunizm yolu" qəzetində çap olunmuşdur.

100 illik yubileyi 3 may 2026-cı ildə Qərbi Azərbaycan İcması Basarkeçər rayon Daşkənd icmasının təşkilatçılığı ilə İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirilmişdir. Yubiley mərasimində Milli Məclisin deputatları Əziz Ələkbərli, Zahid Oruc, Rizvan Nəbiyev, Daşkənd icmasının sədri Fəzair Piriyev, tədqiqatçı-jurnalist Araz Yaquboğlu və yazıçı-publisist Rüstəm Dastanoğlu iştirak etmiş, hər biri geniş nitq söyləmişlər.

Təltifləri "1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 20 illiyi" yubiley medalı (12.07.1967), "Böyük Vətən müharibəsində Qələbənin 25 illiyi" nişanı (1970), "1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 30 illiyi" yubiley medalı (26.07.1976), "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı (21.03.1979), II dərəcəli "Vətən Müharibəsi" ordeni (06.04.1985), "1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 40 illiyi" yubiley medalı (12.04.1985), "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı (09.05.1988), "1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi" yubiley medalı (01.05.1995), "1941–1945-ci illər müharibəsi Veteranı" nişanı (2000), "1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 60 illiyi" yubiley medalı (27.04.2005), "1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi" yubiley medalı (02.03.2010), "1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi" yubiley medalı (02.02.2015), "1941–1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi" yubiley medalı (Rusiya, 06.05.2020), "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)" yubiley medalı (Azərbaycan, 01.05.2020), Böyük Vətən müharibəsi veteranı kimi 26 sentyabr 2000-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamenti tərəfindən şəhərdaxili nəqliyyatda (taksidən başqa) pulsuz gediş vəsiqəsi (AA № 0000011009) verilmişdir. 2016-cı ildə dövlət tərəfindən 3 otaqlı mənzil və minik avtomobili ilə təmin edilmişdir.

İstinadlar

Xarici keçidlər BASARKEÇƏR RAYONU DAŞKƏND İCMASI KƏND SAKİNİ AĞABABA İSGƏNDƏROVUN 100 İLLİK YUBİLEYİNİ QEYD ETDİ Uğur hekayəsi | Böyük Vətən müharibəsi veteranı Ağababa İsgəndərov

Kateqoriya:Ermənistandan deportasiya olunmuş azərbaycanlılar Kateqoriya:Azərbaycan uzunömürlüləri Kateqoriya:Azərbaycan çobanları Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları Kateqoriya:100 il və daha artıq yaşayanlar