Qadın Əsərləri Kitabxanası və Məlumat Mərkəzi Fondu () — 1990-cı ildə İstanbulda qurulan, Osmanlı dövründən etibarən Türkiyədə qadınlar tərəfindən yaradılmış və ya qadınlarla bağlı olan əsərləri və sənədləri qoruyub saxlayan müəssisə.

2024-cü ilə olan məlumata görə, Türkiyənin ilk və yeganə qadın mərkəzli arxiv və kitabxanasıdır. İstanbulun Fənər səmtindəki tarixi binada fəaliyyət göstərir. Məqsədi Fond, qadınların keçmişini yaxından tanımaq, bu məlumatları toplamaqla bugünkü tədqiqatçılara təqdim etmək və günümüzün yazılı sənədlərini gələcək nəsillər üçün qoruyub saxlamaq məqsədi daşıyır.

Bu məqsədlə, arxiv və kolleksiyalarında yer alan nadir və orijinal əsərlərin qorunması, sistemləşdirilməsi, istifadəyə verilməsi və gələcəyə ötürülməsi funksiyalarını yerinə yetirir; müxtəlif sahə və fənlər üzrə tədqiqatlar aparan yerli və xarici sosioloqlar, universitet tələbələri, akademik heyət, jurnalistlər, beynəlxalq qadın kitabxanaları, habelə milli və beynəlxalq qadın təşkilatlarına xidmət göstərir. Arxa plan XIX əsrin əvvəllərində xüsusilə Avropa, ABŞ və Osmanlı imparatorluğundakı bəzi qabaqcıl qadınlar, qruplar və təşkilatlar tərəfindən başladılan qadın haqları mübarizəsi ilə bağlı olaraq; nəşrlər, afişalar, gündəliklər, fotoşəkillər, məktublar, bəyannamələr və xatirələr kimi bir çox yazılı və vizual sənəd, həmin dövrdə bu qabaqcıl qadınlar, qruplar və təşkilatlar tərəfindən toplanıb.

Qadınların və qadın hərəkatlarının gələcək nəsillər üçün sübut olaraq ortaya qoyduqları sənəd və arxivlərin qorunması, bu sahədə kitabxana və arxivlərin qurulması işləri dünyada əsasən üç fərqli tarixi mərhələdə reallaşıb: birincisi, XX əsrin ilk rübündəki suffrajet hərəkatı (qadınların səsvermə hüququ uğrunda mübarizəsi); ikincisi, 1970-ci illərdəki İkinci Dalğa Feminist Hərəkat; üçüncüsü isə 1980-ci illərdə qadın hərəkatını təsisatlandırmağa yönəlmiş dövlət dəstəkli təşəbbüslərin olduğu dövrdür.

1990-cı ildə qurulan Qadın Əsərləri Kitabxanası və Məlumat Mərkəzi Fondu, bu prosesdə dünyada yaradılan səkkiz qadın kitabxanasından biridir.

Tarixçəsi Türkiyənin qadın mərkəzli ilk arxiv və kitabxanası olan fond, 14 aprel 1990-cı il tarixində Haliç-Fənər səmtində, İstanbul Böyükşəhər Bələdiyyəsinin ayırdığı tarixi binada fəaliyyətə başlayıb. Vəqfin 1990-cı ildən bəri davam edən işlərinin əsası, kitabxananın təsisçi üzvləri olan Əsli Davaz, Füsun Akatlı, Füsun ərtuğ, Jalə Baysal və Şirin Təkəli tərəfindən qoyulub.

Quruluş mərhələsində fondun hüquqi prosesi Ruhsar Ərtən, maliyyə prosesi isə İmrən Sipahi tərəfindən idarə olunub. 8 mart 1990-cı ildə hüquqi şəxs statusu qazanan fond, 14 aprel 1990-cı ildə İstanbulun Haliç-Fənər səmtində, İstanbul Böyükşəhər Bələdiyyəsinin təsis etdiyi tarixi binada istifadəyə verilib.

Kitabxananın ilk illərində nəşriyyatlardan kitablar tələb edilmiş; bir çox şəxs və qurum qadın mövzusunda əllərində olan kitabları fonda bağışlayıb. Sonra qırxa yaxın qədim osmanlı türkcəsində qadın jurnalının yer aldığı Osmanlı dövrü qadın jurnalları bölməsi açılıb. Davamını isə Cümhuriyyət dövrü jurnalları izləyib. thumb|2024-cü ildə fondun binasında təşkil edilən Viki marafon Beş il davam edən təsis prosesindən sonra, 1990-cı ildə 25 yeni üzvün seçilməsi ilə 30 nəfərlik Baş Assambleya yaradıldı.

Fondun fəaliyyəti nəticəsində qadınlar haqqında məlumat mənbələri formalaşdıran müxtəlif şəxsi arxivlər, ailə arxivləri, məktublar, gündəliklər; sənət əsərləri, qadınların avtobioqrafiyaları və bioqrafiyaları, qadın təşkilatlarının qeydləri, filmlər, videolar, afişalar, efemerlar (gündəlik istifadə materialları), şifahi tarix qeydləri və transkripsiyaları əldə edilərək 16 kolleksiya yaradılıb. Fond bu kolleksiyaları toplamaqla yanaşı, digər qurumlarda olan qadınlarla bağlı sənədlərin də yerini müəyyənləşdirərək biblioqrafiyalar və arxiv kataloqları hazırlayıb.

Fondun mərkəzində 1990-cı ildən etibarən qadın mərkəzli milli və beynəlxalq simpoziumlar, konfranslar, panellər, müsahibələr, tamaşalar, açıq oturumlar, təlim seminarları, sərgilər, konsertlər, mütaliə günləri, diafilm və film nümayişləri, şeir gecələri, imza günləri kimi tədbirlər təşkil edilib. 1990-2018-ci illərdə fond 500 tədbir həyata keçirib.

Kolleksiyaları Fondun, Osmanlı dövründən etibarən Türkiyədə qadınlarla bağlı olan və ya qadınlar tərəfindən yaradılan əsərləri və sənədləri ehtiva edən kolleksiyaları var.

Kolleksiyalarını zənginləşdirmək üçün yazılı, vizual, audio və üçölçülü materialları toplayır; qadınların gündəlik və şəxsi həyatına dair qaynaqları əldə etmək istiqamətində fəaliyyət göstərir. Sözügedən qaynaqlara qadınların şəxsi arxivləri, ailə arxivləri və sənədləri, gündəliklər, məktublar, qadın təşkilatlarına məxsus qeydlər, sənət əsərləri, qadın avtobioqrafiyaları və bioqrafiyaları, fotoşəkillər, videolar, filmlər, afişalar, efemeralar, şifahi tarix qeydləri və onların transkripsiyaları daxildir.

2024-cü il etibarilə fondun nəzdində 16 kolleksiya mövcuddur. Kolleksiyaları aşağıdakı kimidir:

Özəl arxivlər Qadın təşkilatları və təşkilatlanmaları Efemera Qəzet materialı Afişa Təsvir Nadir əsərlər Sözlü tarix Kitab Dövrü mətbuat Tezis Məqalə Sənət əsərləri Qadın yazıçılar Qadın sənətçilər Audio sənədlər

Qurucuları Əsli Davaz Füsun Akatlı Füsun Ərtuğ Jalə Baysal Şirin Təkəli Binası İstanbulun tarixi Fənər məhəlləsinin Haliçə (Qızıl buynuz) baxan sahillərində yerləşən XVIII əsrə aid olan tikili, İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə bərpa edilmiş və 1990-cı ildə Fonda verilmişdir.

1990-cı ildə memar Cingiz Bektaş tərəfindən layihələndirilərək yenidən qurulan bina, 1992-ci ildə Milli Memarlıq Mükafatlarının Tikinti sahəsi üzrə "Qoruma-Yaşatma" Müvəffəqiyyət mükafatına layiq görülüb. Mükafatları 25-ci "Uçan süpürgə" Beynəlxalq Qadın Filmləri Festivalı Mövzu mükafatı, 2023 PEN Türkiyə Yazıçılar Birliyinin Duyğu Asena mükafatı, 2016 İstinadlar

Xarici keçidlər Kadın Eserleri Kütüphanesi ve Bilgi Merkezi Vakfı

Kateqoriya:1989-cu ildə Türkiyədə yarananlar Kateqoriya:Türkiyə kitabxanaları Kateqoriya:Fatih (İstanbul)