thumb|right|1921-ci ildə keçirilmiş evgenika konfransından antropometriya nümayişi.

Antropometriya — insan bədəninin ölçüləri və mütənasibliyi ilə məşğul olan texniki üsullar sistemidir. Termin yunan dilindəki anthropos (insan) və metrikos (ölçmə) sözlərindən yaranmışdır.

Antropometriya elmi fərdlər və ya qruplar arasında anatomiya, coğrafi region və peşə qrupları kimi müxtəlif amillərə əsaslanan fərqlilikləri və oxşarlıqları müəyyən edərək, daha geniş insan kütləsinə müvafiq dizaynlar (məsələn, mebel, geyim, iş alətləri) hazırlamağa imkan verir. Bu dizaynlar üçün müəyyən edilən bədən ölçüləri iki qrupa bölünür: bədən hərəkətsiz və müəyyən standart pozisiyada olarkən alınan struktur bədən ölçüləri (statik) və bədən hərəkət halında olarkən alınan funksional bədən ölçüləri (dinamik).

Ölçülər

İstinad nöqtələri

Antropometrik ölçmələrin standartlaşdırılması məqsədilə bədən üzərində bəzi istinad nöqtələri müəyyən edilmişdir: Yeddinci boyun fəqərəsi (cervicale nöqtəsi) Ənsə kökü Boynun yan başlanğıcı Çiyin başı (acromion nöqtəsi) Çiyin ortası Arka qol başlanğıcı () Maksimum pazu kəsiyi Dirsək () Bilək kəsiyi Əl başlanğıcı Baş barmaq başlanğıcı Əzələlərin simmetriya mərkəzi Gicgahlar Alt çənə ucu () Ön boyun üstü və altı Bel xətti Çanaq xətti Diz qapağı üstü və altı Topuq kəsiyi () Ayaq dabanı Təpə nöqtəsi () Döş xətti

Struktur bədən ölçüləri

Bədənin ayaqüstə və ya oturaraq müəyyən standart duruşlarında əldə edilən göstəricilərdir. Bu ölçmələr statik antropometriya adlanır. Hündürlüklər: Ayaqüstə olarkən yerdən, oturarkən isə oturma səthindən müvafiq bədən nöqtəsinə qədər olan şaquli məsafələrdir. Enlər: Üfüqi və eninə olan diametrlərdir. Dərinliklər: Üfüqi və dikinə olan diametrlərdir. Yan müstəvidə ölçülürlər. Uzunluqlar: Hər hansı bir bədən hissəsinin uzun oxu boyunca ölçülən dəyərdir. Çevrə uzunluqları: Bədən hissəsinin öz müstəvisindəki ətraf ölçüsüdür. Əyri uzunluqlar Enişlər: Boyun, döş, bel və çanaq arasındakı məsafələrdir. Qalınlıqlar və çıxıntılar.

Funksional bədən ölçüləri

Bədənin sabit bir nöqtəyə nəzərən əyilmə, dönmə, uzanma kimi hərəkətlərlə çata biləcəyi maksimum məsafələri ölçmək və işin rahat yerinə yetirilməsi üçün lazımi uzaqlıqları təyin etmək məqsədilə aparılan ölçmələrdir. Bu bölmə dinamik antropometriya adlanır.

İstinadlar

Ədəbiyyat

Əlavə ədəbiyyat siyahısı

Anthropometric Survey of Army Personnel: Methods and Summary Statistics 1988 ISO 7250: Basic human body measurements for technological design, International Organization for Standardization, 1998. ISO 8559: Garment construction and anthropometric surveys — Body dimensions, International Organization for Standardization, 1989. ISO 15535: General requirements for establishing anthropometric databases, International Organization for Standardization, 2000. ISO 15537: Principles for selecting and using test persons for testing anthropometric aspects of industrial products and designs, International Organization for Standardization, 2003. ISO 20685: 3-D scanning methodologies for internationally compatible anthropometric databases, International Organization for Standardization, 2005. (A classic review of human body sizes.)

Xarici keçidlər

Anthropometry at the Centers for Disease Control and Prevention Anthropometry and Biomechanics at NASA Anthropometry data at faculty of Industrial Design Engineering at Delft University of Technology Manual for Obtaining Anthropometric Measurements Free Full Text

Civilian American and European Surface Anthropometry Resource Project—CAESAR at SAE International

Kateqoriya:Antropometriya Kateqoriya:İrqçilik Kateqoriya:Tibbi görüntüləmə Kateqoriya:Fizioqnomika Kateqoriya:Fiziologiya Kateqoriya:Sosial tarix