Larisa Fyodorovna Şiryakova (; ) — Belaruslu jurnalist və keçmiş siyasi məhbus. Həyatı Larisa Şiryakova 2009-cu ildən Belarusda Avropa Komissiyasının vətəndaş cəmiyyəti layihələrini həyata keçirib. O, "Talaka" gənclər qrupu ilə birlikdə Qomel şəhərində icma yönümlü videolar hazırlayıb və yayıb.SUMMARY REPORT ON THE RE-GRANTING SCHEME Protection and Promotion of Public Interests on Local Level Alda-Europe Fəaliyyətinin apolitiк xarakter daşımasına baxmayaraq, dövlət orqanları mətbuat senzurası kampaniyası çərçivəsində onu hədəf alıb. 13 iyul 2011-ci ildə apardığı reportajlara görə polis onu digər 34 nəfərlə birlikdə saxlayıb.The journalist Larisa Schiryakova detained in Homel Naviny.by 2012-ci ilin avqustunda mədəniyyət festivalını videoya çəkməyə çalışarkən Şiryakova və daha üç nəfər polis tərəfindən saxlanılıb.The journalist Larisa Schiryakova delivered to the center of the village of protecting public order Lyaskovichi Gomel Today

22 oktyabr 2012-ci ildə regional prokurorluq dövlət akkreditasiyası olmadan xarici media orqanı üçün işləmək şübhəsi ilə onu çağırılıb. Bu çağırış Şiryakovanın "Vesna" İnsan Haqları Mərkəzinin heyəti ilə dövlətin rəftarına dair tənqidi şərhlərindən sonra baş verib. Dövlət Təhlükəsizlik Komitəsi (DTK) 2014-cü ilin dekabrında onu saxlayıb.October 22 Gomel independent journalist Larisa Schiryakova was summoned to the regional prosecutor's office Coalition for Fundamental Freedoms in Eurasia 2015-ci ilin yanvarında Şiryakova və Konstantin Jukovski mediada işıqlandırdıqları Svetlaqorskdakı piketdə iştirak etdiklərinə görə 900.000 rubl məbləğində cərimə olunublar. 8 mart 2015-ci ildə o, yeni vergilərin sahibkarlara təsirini öyrənmək üçün iş adamlarından qanunsuz müsahibə götürdüyünə görə yenidən polisə gətirilib. Martın 12-də isə 3,6 milyon rubl məbləğində cərimə edilib.Gomel Larisa Schiryakovu fined for "complicity in the illicit manufacture and distribution of media products" Spring 96 Qomel Şəhər Məhkəməsi 13 yanvar 2016-cı ildə onu Cinayət Məcəlləsinin 22.9-cu maddəsini ("Media məhsullarının qanunsuz yayılması") pozmaqda təqsirli bilərək 250 dollar cərimələyib.Glasnost Defence Foundation Digest No. 687 Glasnost Defence FoundationOn journalist from Gomel made a protocol for cooperation with "Belsat" Gomel TodayBelarusian Journalist Convicted of "Illegal" Reporting The Associated Press via ABC News

Larisa Şiryakova 6 dekabr 2022-ci ildə evində aparılan axtarışdan sonra saxlanılıb. Elə həmin gün oğlu sığınacağa yerləşdirilib, lakin dekabrın 23-də keçmiş həyat yoldaşı uşağı sığınacaqdan götürüb. Daha sonra Şiryakovaya qarşı Cinayət Məcəlləsinin 369-1-ci maddəsi ("Belarus Respublikasını nüfuzdan salma") ilə cinayət işi açıldığı məlum olub. 31 avqust 2023-cü ildə Larisa üç il altı ay müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsində həbs cəzasına məhkum edilib. Onun bəzi əmlakları müsadirə olunub və özü də cərimə edilib. "Vesna" onu siyasi məhbus elan edib. 11 sentyabr 2025-ci ildə əfv edildikdən sonra o, əlli digər belaruslu siyasi məhbusla birlikdə de-fakto Litvaya deportasiya olunub.

İstinadlar

Xarici keçidlər Official YouTube channel Gomel Today's YouTube channel Official Odnoklassniki

Kateqoriya:Belarusda "Vesna" İnsan Hüquqları Mərkəzi tərəfindən siyasi məhbus elan edilmiş şəxslər