Bu siyahıda Azərbaycanda peşələrinə görə ilk qadınların siyahısı verilmişdir.

Siyahı İlk Şəxs Qeydlərİlk qadın romançı Səkinə Axundzadə 1918-ci ildə nəşr olunan "Şahzadə Əbülfəzl və Rəna xanım" Azərbaycan ədəbiyyatında qadın müəllifliyi ilə yazılmış ilk romandır.İlk qadın təyyarəçi Leyla Məmmədbəyova İlk uçuşunu 1931-ci ildə həyata keçirmişdir. Eləcə də Qafqazda, Cənubi Avropada və müsəlman Şərqində ilk təyyarəçi qadındır.İlk peşəkar qadın rəssam Qeysər Kaşıyeva 1907-1908-ci illərdə Qafqaz İncəsənətinin Təşviq Cəmiyyətinin nəzdindəki rəssamlıq sinfində oxumuşdur.İlk qadın nazir Ayna Sultanova 1936–1937-ci illərdə Azərbaycan SSR xalq ədliyyə komissarı vəzifəsini yerinə yetirmişdir.İlk qadın opera müğənnisi Şövkət Məmmədova İlk performansını 1912-ci ildə Tağıyev teatrı binasında gerçəkləşdirmişdir.İlk qadın rejissor Qəmər Salamzadə 1944-cü ildə çəkilmiş "Şəfa nəğməsi" filmi rejissor kimi ilk müstəqil işidir.İlk qadın balerina Qəmər Almaszadə 1940-cı ildə "Qız qalası" baletində ilk peşəkar çıxışını etmişdir. Eləcə də müsəlman Şərqində ilk qadın balerinadır.İlk qadın hüquqşünas Bilqeyis Həşimzadə 1945-ci ildə hüquq elmləri namizədi adını almışdır.İlk qadın rektor Bilqeyis Həşimzadə 1939-cu ilin may ayında Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki UNEC) direktor təyin edilmişdir.İlk qadın oftalmoloq Sona Vəlixan 1933-cü ildə bunu bacarmışdır.İlk ali təhsilli qadın həkim Sona Vəlixan 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirmişdir.İlk qadın hərbi pilot Züleyxa Seyidməmmədova Jukovski adına Hərbi Hava Akademiyasına qəbul olan ilk azərbaycanlı olmuş, İkinci Dünya müharibəsində iştirak etmişdir.İlk qadın jurnalist Şəfiqə Əfəndizadə İlk məqaləsini "Şərqi-rus" qəzetində dərc etdirmişdir.İlk qadın tənqidçi Şəfiqə Əfəndizadə Cəlil Məmmədquluzadənin "Ölülər" pyesi haqqında məqaləsi 1916-cı ildə "Açıq söz" qəzetində dərc olunmuşdur.İlk qadın snayper Ziba Qəniyeva İkinci Dünya müharibəsində döyüşmüşdür.İlk qadın xanəndə Mirzə Güllər 1890-cı illərdən Şamaxıda xanəndəlik etmişdir.İlk qadın aktrisa Gövhər Qazıyeva Səhnə fəaliyyətinə 1906-cı ildə başlamışdır.İlk qadın bəstəkar Ağabacı Rzayeva "Gənc vətənpərvərlər" adlı ilk əsərini 1940-cı ildə bəstələmişdir.İlk qadın heykəltaraş Zivər Məmmədova 1924-cü ildə Bakı Ali Rəssamlıq Məktəbini bitirmişdir. Şərqin ilk qadın heykəltaraşı hesab olunur.İlk qadın metallurq Zəminə Həsənova Əmək fəaliyyətinə Sumqayıt Elektrik Stansiyasında başlamışdır.İlk qadın gəmi kapitanı Şövkət Səlimova Əmək faliyyətinə "Serqo" gəmisində kapitanın üçüncü köməkçisi olaraq başlamışdır. İkinci Dünya Müharibəsi zamanı "Dnepr" gəmisinin kapitanı olmuşdur.İlk qadın pianoçu Xədicə Qayıbova Müqəddəs Nina Qızlar Məktəbində fortepiano təhsili almışdır.İlk qadın futbol şərhçisi Səmra Əliyeva 2015-ci ildə "CBC Sport"da ilk dəfə şərhçilik etmişdir.İlk qadın kinomexanik Nailə Bədəlova 1940-cı ildə "Bakkommuna" kinoteatrında kinomexanik kimi işləməyə başlamışdır.İlk qadın maşinist Günay Həbibli 1 aprel 2019-cu ildə Bakı metrosunda maşinist kimi işləməyə başlamışdır.İlk qadın kukla rəssamı Solmaz Musayeva 1965–1981-ci illərdə Azərbaycan Dövlət Kukla Teatrında 60 kukla tamaşasına rəssam kimi quruluş vermişdir.İlk qadın kimyaçı alimi İzzət Orucova 1932–1959-cu illərdə V.Kuybışev adına AzETİ-də işləmişdir.İlk qadın geoloq alimi Dünya Ağalarova 1932-ci ildə Azərbaycan Neft İnstitutunun geoloji şöbəsini bitirmişdir.İlk qadın paleontoloq alimi Dünya Ağalarova Azərbaycanın neftli-qazlı vilayətlərinin pliosen çöküntülərinin mikrofaunasını öyrənmişdir.İlk qadın redaktor Xədicə Əlibəyova 1911-ci ildə Azərbaycanda ilk qadın qəzeti "İşıq" qəzetinin redaktoru olmuşdur.İlk qadın riyaziyyatçı alimi Maya Hacıyeva 1935–1938-ci illərdə Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil almış, Azərbaycan Sənaye İnstitutunun Ali riyaziyyat kafedrasında çalışmışdır.İlk qadın pediatr alimi Ədilə Namazova 1965-ci ildə Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasının müdiri olmuşdur.

Qeydlər

İstinadlar

Kateqoriya:Qadın ilklərinin siyahıları Peşələr