thumb|Skuamöz hüceyrəli karsinomanın əsas histopatoloji xüsusiyyətləri Skuamöz hüceyrəli karsinoma (SHK), həm də epidermoid karsinoma kimi də tanınır, epitel toxumasında başlayan bir sıra müxtəlif xərçəng xəstəliyi növlərindən ibarətdir. Bu hüceyrələr dərinin səthində, orqanların üzərində, tənəffüs aparatı və həzm yollarının üzərində əmələ gəlir.
Müxtəlif bədən nahiyələrinin skuamöz hüceyrəli karsinomaları simptomları, proqnozu və müalicəsinə görə fərqlənirlər.
Bədəndə yerləşməsinə görə İnsan papilloma virusu orofarenks, ağciyər, barmaqlar, və anogenital bölgənin SHK-ları ilə əlaqələndirilmişdir.
Baş və boyun xərçəngi thumb|KT görüntüləməsində göründüyü kimi dilin baş və boyun nahiyəsində böyük ölçülü skuamöz hüceyrəli karsinoma Baş və boyun xərçəngi hallarının təxminən 90%-i (ağız, burun boşluğu, nazofarenks, boğaz və əlaqəli strukturların xərçəngi) SHK-dan qaynaqlanır.
Dəri Skuamöz hüceyrəli dəri xərçəngi, ABŞ-da hər il 1 milyondan çox halın qeydə alındığı ikinci ən çox yayılmış dəri xərçəngidir.
Tiroid Qalxanabənzər vəzin birincili skuamöz hüceyrəli karsinoması aqressiv bioloji fenotip göstərir və bu da xəstələr üçün pis proqnoza səbəb olur.
Özofagus Qida borusu xərçəngi və ya qida borusu skuamöz hüceyrəli karsinoma, ya da adenokarsinoma səbəbindən yarana bilər. Disfagiya (udma çətinliyi) və ağrılı udma ümumi ilkin simptomlardır. Xəstəlik lokaldırsa cərrahi yolla çıxarılması mümkündür. Xəstəlik yayılıbsa, adətən kimyaterapiya və radioterapiya istifadə olunur.
Ağciyər right|thumb|Skuamöz hüceyrəli karsinomanın fotoşəkli. Şiş solda yerləşir və bronxu (ağciyər) tutur; şişdən kənarda bronx iltihablıdır və selik ehtiva edir. Ağciyərlə əlaqəli olduqda, adətən mərkəzdə yerləşən böyük hüceyrəli xərçəng olur. Çox vaxt paraneoplastik sindrom olur və paratiroid hormonu ilə əlaqəli zülalın ektopik istehsalına səbəb olur və bu da hiperkalsemiyaya səbəb olur, lakin paraneoplastik sindrom daha çox kiçik hüceyrəli ağciyər xərçəngi ilə əlaqələndirilir. Əsasən siqaret çəkməklə qazanılan xəstəlik hesab olunur.
Penis İnsan papillomavirusu (HPV), əsasən HPV 16 və 18, penisin SHK-sının inkişafında güclü rol oynayır. Penisin SHK-ları ilə üç karsinoma əlaqələndirilir:
Boven xəstəliyi leykoplakiya kimi özünü göstərir. Boven xəstəliyinin bir variantı olan Keyrat eritroplaziyası penisin başında eritroplakiya kimi özünü göstərir. Histoloji olaraq Boven xəstəliyinə bənzəyən Bovenoid papulyozu qırmızımtıl papulalar şəklində özünü göstərir.
Prostat Prostat vəzi ilə əlaqəli olduqda, skuamöz hüceyrəli karsinoma çox aqressivdir. Prostata spesifik antigen səviyyəsində artım müşahidə olunmadığı üçün aşkar etmək çətindir, yəni xərçəng çox vaxt gecikmiş mərhələdə aşkar edilir.
Xayalıq Boru təmizləyən karsinoması, xayalığın dərisinin skuamöz hüceyrəli karsinomasıdır. Xəstəliyin bu cür adlandırılmasına səbəb 18 və 19-cu əsrlərdə bu xəstəlik müəyyən edilən pasientlərin böyük əksəriyyəti hislə təmasda olan boru təmizləyicilərində aşkar olunurdu və bu bir daha hisin kansoregen olmasının sübutudur.
Vagina Vaginanın skuamöz hüceyrəli karsinoması tədricən yayılır və adətən vaginanın yaxınlığında qalır, lakin ağciyərlərə və qaraciyərə də yayıla bilər. Bu, vaginal xərçəngin ən çox yayılmış növüdür.
Yumurtalıq Yumurtalıqların skuamöz hüceyrəli karsinoması və ya skuamöz yumurtalıq karsinoması yumurtalıq xərçənglərinin 1%-ni təşkil edən nadir bir xəstəlikdir.
Sidik kisəsi Sidik kisəsi xərçənginin əksəriyyəti keçid hüceyrəsindən qaynaqlanır, lakin şistosomoz və ya böyük sidik kisəsi daşı ilə əlaqəli sidik kisəsi xərçəngi çox vaxt SHK-dır.
Göz Konyunktival skuamöz hüceyrəli karsinoma və buynuz qişasının intraepitelial neoplaziyası göz səthinin skuamöz neoplaziyasını təşkil edir.
Diaqnoz right|thumb|Ağız boşluğunun yüksək dərəcədə differensiasiya olunmuş skuamöz hüceyrəli karsinomasının biopsiyası. Tipik yastı hüceyrəli karsinoma hüceyrələri bol eozinofilik sitoplazma və adətən böyük vezikulyar nüvələr. thumb|250x250px|Tipik xüsusiyyətləri olan keratinləşdirici variantlı skuamöz hüceyrəli karsinomanın sitopatologiyası.- Pap boyaması. thumb|261x261px|Tipik xüsusiyyətlərə malik, keratinləşdirməyən variantlı skuamöz hüceyrəli karsinomanın sitopatologiyası.- Pap boyaması. Lakin, bu tapıntılar ümumilikdə keratinləşdirən yastı hüceyrəli karsinomaya nisbətən daha az spesifikdir və əksəriyyəti adenokarsinoma kimi digər xərçəng növlərində də müşahidə edilə bilər. Tibbi tarixçə, fiziki müayinə və tibbi görüntüləmə skuamöz hüceyrəli karsinomanı göstərə bilər, lakin histopatologiya üçün biopsiya diaqnozu müəyyən edir. TP63 boyanması skuamöz hüceyrəli karsinoma üçün əsas histoloji markerdir. Bundan əlavə, TP63 skuamöz hüceyrələrin mənşəyini müəyyən etmək üçün vacib amildir.
Profilaktika Tədqiqatlar pəhriz və dəri xərçəngi, o cümlədən SHK arasında əlaqənin olduğunu sübut edir. Yüksək yağlı süd məhsullarının istehlakı əvvəllər dəri xərçəngi yaşamış olan insanlarda SHK şişi riskini artırır. Yaşıl yarpaqlı tərəvəzlər sonrakı SHK-nin inkişafının qarşısını almağa kömək edə bilər və çoxsaylı tədqiqatlar çiy tərəvəz və meyvələrin SHK riskinə qarşı əhəmiyyətli dərəcədə qoruyucu olduğunu aşkar etmişdir. Digər tərəfdən, tam süd, qatıq və pendir istehlakı həssas insanlarda SHK riskini artıra bilər. Bundan əlavə, ət və yağlı qida rejimi SHK tarixçəsi olmayan insanlarda SHK riskini artıra bilər, lakin bu əlaqə dəri xərçəngi tarixçəsi olan insanlarda daha çox özünü göstərir. Tütün çəkmək və müntəzəm pivə və digər spirtli içkilərin qəbulu ilə xarakterizə olunan həyat tərzi də SHK riskini əhəmiyyətli dərəcədə artırır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Karsinomalar Kateqoriya:Xərçəng xəstəliyinin növləri Kateqoriya:Xərçəng xəstəliyi Kateqoriya:Onkologiya