Lyudmila Staritskaya-Çernyaxovskaya (; ) — ukraynalı yazıçı, tərcüməçi, ədəbiyyat və teatr tənqidçisi, həmçinin siyasətçisi. Anti-sovet fəaliyyətdə ittiham olunan Lyudmila Staritskaya-Çernyaxovskaya, QULAQ düşərgəsinə sürgün edilərkən yolda vəfat edib. Həyatı Lyudmila Mixaylovna Staritskaya 17 avqust 1868-ci ildə Rusiya imperiyasının Kiyev şəhərində (hazırkı Ukrayna), ziyalı ailədə anadan olub. Staritskaya-Çernyaxovskayanın atası Mixail Staritski yazıçı, şair və dramaturq, anası Sofiya Staritskaya isə ictimai xadim, sahibkar və aktrisa olub. Staritskaya-Çernyaxovskaya aktrisa və rejissor Mariya Staritskayanın kiçik bacısı; yazıçı, tərcüməçi və pedaqoq Oksana Steşenkonun (1875–1941) isə böyük bacısı idi.
Staritskaya-Çernyaxovskayanın əmisi bəstəkar, pianoçu, dirijor və etnomusiqişünas Nikolay Lısenko idi. Staritskaya-Çernyaxovskaya incəsənətə və milli dəyərlərə yüksək qiymət verilən mühitdə böyüyüb.Mykhailo Starytsky and His Descendants, Anatoly Medzyk, Day Newspaper, 17 September 2002
Staritskaya-Çernyaxovskaya Kiyevdəki Birinci Özəl Qadın Gimnaziyasında təhsil alıb.
1888-ci ildə Staritskaya-Çernyaxovskaya "Pleyada" ədəbi qrupuna daxil olub. 1919-cu ildə o, Ukrayna Qadınları Milli Şurasının həmtəsisçisi və bu təşkilatın vitse-prezidenti olub.Liudmyla Starytska-Cherniakhivska Petro Odarchenko, Internet Encyclopaedia of Ukraine
1923-1924-cü illərdə Staritskaya-Çernyaxovskaya "Aspıs" ədəbi cəmiyyətinin üzvü olub.
Həbsləri 1929-cu ilin payızında Lyudmila Staritskaya-Çernyaxovskayanın qızı Veronika Çernyaxovskaya "Ukraynanın Azadlığı İttifaqı" məhkəmə işi çərçivəsində həbs edildi. 1930-cu ilin yanvarında sübut olmadığından o, azadlığa buraxıldı. Sonra isə Staritskaya-Çernyaxovskaya və Aleksandr Çernyaxovski eyni qondarma məhkəmə prosesi çərçivəsində həbs olunaraq məhkum edildilər. Staritskaya-Çernyaxovskaya cəzasını Stalinoda (hazırkı Donetsk) şərti olaraq çəkdi.
1989-cu ilin avqustunda Ukrayna SSR Ali Məhkəməsi tərəfindən Staritskaya-Çernyaxovskayaya ölümündən sonra bəraət verildi. NKVD tərəfindən həbsi və ölümü 20 iyul 1941-ci ildə Staritskaya-Çernyaxovskaya və bacısı Oksana Steşenko NKVD tərəfindən həbs edildilər. Xarkova aparılan bacılar orada Ukrayna SSR Cinayət Məcəlləsinin 54-cü maddəsi ilə anti-Sovet fəaliyyətində ittiham olundular. Hər iki bacı "Stalipin vaqonu" ilə Qazaxıstan SSR-yə sürgün edildi. Yolda dünyasını dəyişən Staritskaya-Çernyaxovskayanın cəsədi qatardan naməlum bir yerə atılıb. Şəxsi həyatı Lyudmila Staritskaya-Çernyaxovskaya, həkim Aleksandr Çernyaxovski (1869–1939) ilə evli olub.
Onların şairə və tərcüməçi olan Veronika Çernyaxovskaya adlı bir qızı olub. 1938-ci ildə "Böyük təmizləmə" kampaniyası çərçivəsində Veronika Çernyaxovskaya həbs edilərək, 22 sentyabr 1938-ci ildə Kiyevdə edam olunub. Əsərləri
Lyudmila Staritskaya-Çernyaxovskaya müxtəlif nəşrlər, o cümlədən Lvovun "Birinci çələng" almanaxı üçün poeziya, nəsr, dram, memuar və ədəbi tənqid janrlarında əsərlər yazıb. Dram əsərləri 1913 – Qanadlar ('Kryla')
1917 – Son dəstək ('Ostanniy snip')
1918 – Hetman Petro Doroçenko
1926 – Bandit Karmelyuk ('Rozbiynyk Karmeliuk')
1927 – İvan Mazepa Memuarları Lyudmila Staritskaya-Çernyaxovskayanın memuarlarına aşağıdakılar daxildir: Ukrayna Teatrının iyirmi beş ili. Düşüncələr (Dvadtsiat pyat rokiv ukrainskoho teatru. Spohady ta dumky) Lesya Ukrainkanın həyatının dəqiqələri (Khvylyny zhyttia Lesi Ukrainky) M.Lısenko haqqında xatirələr (Spohady pro M.Lysenka) V.Samiylenko. Bir dostun xatirəsinə (V. Samiylenko. Pamyati tovarysha) Digər ədəbi əsərləri 1893 – "Fırtınadan əvvəl" (Pered bureiu): Çernyaxovskayanın tarixi romanıdır. Bu əsər 1893–1894-cü illərdə Lvovda nəşr olunan "Pravda" jurnalında hissə-hissə dərc edilib. Lakin müəllif bu romanını tamamlaya bilməyib. 1899 – "Canlı məzar" (Zhyva Mohyla): Bu əsər Lyudmila Staritskaya-Çernyaxovskayanın ilk böyük işidir. Roman "Kiyev Antik dövrü" jurnalında çap olunub. Romanda iki gəncin sevgisi əks olunub. Hekayədə Ukrayna folklorunun elementləri və əfsanələri də yer alıb.Gothic Tales from Stalin’s ‘Enemies’ Translated into English , Sova Books "Canlı məzar" əsəri ilə, Şekspirin "Romeo və Cülyetta"sı, həmçinin Qotfrid Avqust Bürgerin "Lenora"sı arasında müəyyən paralellər də mövcuddur.Krys, Svitlana (2016) ‘Book Review: Liudmyla Starytska-Cherniakhivska, The Living Grave: A Ukrainian Legend and Klym Polishchuk, Treasure of the Ages: Ukrainian Legends ’, EWJUS: East/West: Journal of Ukrainian Studies, Vol 3, No 2, pp. 213-215. 1929 – "Almaz üzük" (Diamantovyi persten) əsəri müəllifin ilk həbsindən altı həftə əvvəl tamamladığı əsəridir. Əlyazma 64 il ərzində çap olunmayıb və yalnız 1993-cü ildə "Zona" jurnalında işıq üzü görüb.
İstinadlar
Kateqoriya:Ukraynanın qadın yazıçıları Kateqoriya:Ukrayna dramaturqları Kateqoriya:SSRİ-də ölümündən sonra bəraət alanlar