Slavişa Radoviç (; ) — Serbiya Superliqasında çıxış edən "Radniçki 1923" klubunda sol cinah müdafiəçisi kimi oynayan bosniyalı peşəkar futbolçudur.
Klub karyerası Bosniya və Herseqovinanın Zvornik şəhərində anadan olan Radoviç karyerasına Serbiyanın "Yedinstvo Mali Zvornik" və "Lokomotiva Belqrad" klublarında oynamış, daha sonra doğma şəhərinin klubu olan "Drina Zvornik"ə keçərək Bosniya Premyer Liqasında çıxış etmiş və əsas müdafiəçilərdən birinə çevrilmişdir.
2014–15 mövsümünün qış fasiləsində Radoviç yenidən Serbiyaya qayıtmış və bu dəfə yüksək liqa təmsilçisi "Voyvodina"ya qoşulmuşdur. O, 2014–15 Serbiya Superliqasında debütünü 29 aprel 2015-ci ildə "Vojdovats"a qarşı oyunda etmişdir. 12 yanvar 2016-cı ildə "Voyvodina" və Radoviç müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etmişlər.RAZIŠLI SE VOŠA I RADOVIĆ at FK Vojvodina official website, 12-1-2016
20 yanvar 2016-cı ildə o, "Olimpik" ilə bir il yarım müddətinə müqavilə imzalamışdır.Slaviša Radović potpisao ugovor sa FK Olimpic at FK Olimpic official website, 20-1-2016 "Olimpik"dən sonra o, yenidən Serbiyaya qayıdaraq "Vojdovats" və "Zemun" formalarını geyinmiş, 29 may 2017-ci ildə isə "Radnik Biyelyina" ilə müqavilə imzalamışdır. Radoviç 2020-ci ilin iyun ayında klubu ilə müqaviləsinin müddəti başa çatdıqdan sonra "Radnik"dən ayrılmışdır; o, klubda keçirdiyi vaxt ərzində üç dəfə Serb Respublikası Kubokunun qalibi olmuşdur.
5 avqust 2020-ci ildə o, "Velej Mostar" ilə iki illik müqavilə imzalamışdır. Radoviç "Velej" üçün rəsmi debütünü 15 avqust 2020-ci ildə "Krupa"ya qarşı liqa matçında qələbə qazandıqları oyunda etmişdir.
1 iyul 2022-ci ildə o, Latviyanın "Liepaya" klubu ilə müqavilə imzalamışdır. Yarım mövsümdən sonra o, klubu tərk etmişdir.
16 yanvar 2023-cü ildə o, Bosniyaya qayıdaraq "Sarayevo" ilə müqavilə imzalamışdır.
11 iyul 2024-cü ildə Azərbaycana yollanan futbolçu, Sumqayıt klubu ilə 1+1 illik müqavilə imzalamışdır. Ancaq futbolçunun Azərbaycan karyerası çox qısa müddətli olmuş və 2 ay sonra "Sumqayıt" ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilmişdir.
10 sentyabr 2024-cü ildə "Radniçki 1923" Radoviç ilə bir illik müqavilə imzaladıqlarını elan etmişdir.
Milli karyerası Radoviç 2013-cü ildən 2014-cü ilə qədər Serb Respublikasının rəsmi futbol komandasının tərkibində olmuşSelekcija liga FSRS at Football Association of Republika Srpska official website, retrieved 26-5-2015 və bundan sonra 2014-cü ildən 2015-ci ilə qədər Serb Respublikasının 23 yaşlılardan ibarət rəsmi komandasının üzvü olmuşdur.Vojvodina na proleće dovodi Radovića at fkvojvodina.com, 6-12-2014, retrieved 10-5-2015
Karyera statistikası
Klub + Klub, mövsüm və yarışlara görə oyun və qol sayıKlubMövsümLiqaÖlkə kubokuQitəCəmiDivizionOyunQolOyunQolOyunQolOyunQol"Drina Zvornik"2014–15Bosniya Premyer Liqası13000—130"Voyvodina"2014–15Serbiya Superliqası300000302015–16Serbiya Superliqası30001040Cəmi60001070"Olimpik"2015–16Bosniya Premyer Liqası90000090"Vojdovats"2016–17Serbiya Superliqası3020—50"Zemun"2016–17Serbiya Birinci Liqası0000—00"Radnik Biyelyina"2017–18Bosniya Premyer Liqası22010—2302018–19Bosniya Premyer Liqası27020—2902019–20Bosniya Premyer Liqası1901020220Cəmi6804020740"Velej Mostar"2020–21Bosniya Premyer Liqası21020—2302021–22Bosniya Premyer Liqası2717251394Cəmi4819251624"Liepaya"2022Latviya Yüksək Liqası901010110"Sarayevo"2022–23Bosniya Premyer Liqası11000—1102023–24Bosniya Premyer Liqası2323010272Cəmi3423010382"Sumqayıt"2024–25Azərbaycan Premyer Liqası40—2060"Radniçki 1923"2024–25Serbiya Superliqası9120—111Karyera cəmi20342121212367
Uğurları "Drina Zvornik" Serb Respublikası Birinci Liqası: 2013–14
"Radnik Biyelyina" Serb Respublikası Kuboku: 2016–17, 2017–18, 2018–19
"Velej Mostar" Bosniya və Herseqovina Kuboku: 2021–22
İstinadlar
Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Sumqayıt FK futbolçuları