Hərbi doktrina — dövlətin müdafiə sahəsindəki siyasətinə dair bəyannamədir (Doktrina).
Hərbi doktrina — hərbi quruculuğun istiqamətini, dövlətin, cəmiyyətin və silahlı qüvvələrin müharibəyə hazırlanmasını, onun aparılma üsul və formalarını müəyyən edən rəsmi baxışlar və müddəalar sistemidir. Hərbi doktrinanın əsas müddəaları siyasətdən, ictimai quruluşdan, istehsal qüvvələrinin inkişaf səviyyəsindən, yeni elmi nailiyyətlərdən və gözlənilən müharibənin xarakterindən asılı olaraq formalaşır və dəyişir.
Tərif
"Müdafiə təhlükəsizliyi" anlayışı "Hərbi təhlükəsizlik" anlayışından daha genişdir. O, təkcə hərbi deyil, həm də iqtisadi, informasiya və digər amilləri nəzərə almaqla bütün dövlətin səyləri ilə təmin edilir.
Doktrinal məsələlər bu və ya digər şəkildə müxtəlif sənədlərdə öz əksini tapır: Konstitusiya; Milli təhlükəsizlik konsepsiyası; Xarici siyasət konsepsiyası; Sülh dövrü və Müharibə dövrünə aid müxtəlif qanunvericilik sənədləri ("Təhlükəsizlik haqqında", "Müdafiə haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında" və s. qanunlar); Döyüş və ümumi hərbi sənədlərdə.
Mühüm doktrinal məsələlər hərbi (müdafiə) doktrinasının əsaslarında cəmləşir, məsələn: Təhlükəsizliyə qarşı təhdidlər və onlardan irəli gələn müdafiə vəzifələri; Hərbi (müdafiə) doktrinasının siyasi və hüquqi əsasları; Hərbi (müdafiə) doktrinasının hərbi-strateji əsasları; Hərbi (müdafiə) doktrinasının hərbi-iqtisadi və hərbi-texniki əsasları.
Dövlətdə qəbul edilmiş rəsmi baxışlar sistemi kimi hərbi doktrinalar hər bir dövlətdə mövcuddur.
Biblioqrafiya
Austin Long. The Soul of Armies: Counterinsurgency Doctrine and Military Culture in the US and UK. Cornell University Press, 2016.
Christopher P. Twomey. The Military Lens: Doctrinal Difference and Deterrence Failure in Sino-American Relations. Cornell University Press, 2010. Tarix Robert M. Cassidy. Peacekeeping in the Abyss: British and American Peacekeeping Doctrine and Practice after the Cold War. Westport, CT–London: Praeger, 2004. Aaron P. Jackson. The Roots of Military Doctrine: Change and Continuity in Understanding the Practice of Warfare. Fort Leavenworth, KS: Combat Studies Institute Press, 2013. Elizabeth Kier. Imagining War: French and British Military Doctrine between the Wars. Princeton University Press, 1998 (reprint 2017). Matthias Strohn. The German Army and the Defence of the Reich: Military Doctrine and the Conduct of the Defensive Battle 1918-1939, 2nd revised edn. Cambridge University Press, 2017. Sovet Willard C. Frank and Philip S. Gillette, eds. Soviet Military Doctrine from Lenin to Gorbachev, 1915-1991. Greenwood Press, 1992. Raymond L. Garthoff. Deterrence and the Revolution in Soviet Military Doctrine. Brookings Institution Press, 1990.
Harriet Fast Scott and William F. Scott. The Armed Forces of the USSR. Westview Press, 1979. Harriet Fast Scott and William F. Scott. Soviet Military Doctrine: Continuity, Formulation, and Dissemination. Westview Press, 1989.
İstinadlar
Xarici keçidlər
The Military Doctrines dataset of 820 National Security Strategy (NSS) documents spanning 112 countries from 1962 to 2025. Military Power Rankings – Doctrines Library (comprehensive listing of doctrines by nation and type) Joint Electronic Library UK Development, Concepts and Doctrine Centre Navy Warfare Development Command (NWDC) Military Analysis Network Air War College (US) accessed September 27, 2006 – literally thousands of online texts and links to off-site sources Quadrennial Defense Review Report. September 30, 2001 US Military Doctrine since the Cold War accessed June 24, 2009 Fred Kaplan "The Doctrine Gap. Reality vs. the Pentagon's new strategy." "Pentagon Rethinking Old Doctrine on 2 Wars" – The New York Times, March 14, 2009.
Kateqoriya:Hərbi doktrinalar Kateqoriya:Hərb elmi Kateqoriya:Doktrinalar Kateqoriya:Hərbi hüquq