Müharibə qanunları və adətləri (, ) — Beynəlxalq hüququn müharibənin başlanması şərtlərini (Jus ad bellum) və müharibə aparan tərəflərin davranışlarını (jus in bello) tənzimləyən müasir tərkib hissəsidir. Müharibə qanunları suverenlik, dövlətçilik, ərazi, işğal kimi anlayışlara, habelə kombatantların, hərbi əsirlərin və mülki əhalinin hüquqlarına dair müddəaları müəyyən edir.
Müasir müharibə qanunları digər məsələlərlə yanaşı, müharibə elan edilməsi, kapitulyasiyanın qəbulu və hərbi əsirlərlə rəftar qaydalarını əhatə edir. Bura həmçinin seçicilik və mütənasiblik prinsipləri ilə bağlı olan hərbi zərurət anlayışı, habelə həddindən artıq iztirablara səbəb ola biləcək müəyyən silah növlərinin qadağan edilməsi daxildir. Müharibə qanunları digər hüquqi normalardan, məsələn, münaqişə tərəflərinin daxili qanunvericiliyindən fərqlənir.
Bu qanunların pozulmasına görə cinayət məsuliyyəti təkcə dövlət səviyyəsində deyil, həm də fərdi şəxslər səviyyəsində mövcuddur. Müharibə qanunları və adətlərinin pozulması müharibə cinayəti adlanır. Müharibə qanunlarının pozulması və müharibə cinayətlərinin törədilməsi hallarına qərargahı Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsində baxılır.
Əsas prinsiplər
Müasir müharibə hüququ üç əsas prinsipə əsaslanır: Fərqləndirmə: Hərbi hədəflər ilə mülki obyektlər və əhali arasında kəskin fərq qoyulmalıdır. Mütənasiblik: Hərbi üstünlük əldə etmək üçün vurulan zərər mülki itkilərlə müqayisədə həddindən artıq olmamalıdır. Hərbi zərurət: Yalnız legitim hərbi məqsədlərə çatmaq üçün zəruri olan gücdən istifadə edilməlidir.
Tarixçə
Müharibə aparan tərəflərin və ayrı-ayrı şəxslərin davranışlarını nəzarətdə saxlamaq, müharibənin ən ağır fəsadlarını yumşaltmaq cəhdləri qədim tarixə malikdir. Bu cür tənzimləmələrin ən erkən nümunələrinə "Mahabharata" və "Tövrat"da rast gəlinir.
"Mahabharata" dastanında döyüş meydanında məqbul sayılan davranışlar belə təsvir olunur:
"Tövrat"ın "Qanunun təkrarı" (Qanunun təkrarı 20: 19-20) bölməsində müharibə zamanı ətraf mühitə vurulan zərər məhdudlaşdırılır:
Həmçinin, "Qanunun təkrarı" (20: 10-12) israillilərdən bir şəhəri mühasirəyə almadan əvvəl qarşı tərəfə sülh təklif etməyi tələb edir:
Eyni şəkildə, "Qanunun təkrarı" (21: 10-14) müharibə qalibləri ilə evlənməyə məcbur edilən əsir qadınların qul kimi satılmasını qadağan edir.
VII əsrin əvvəllərində birinci xəlifə Əbu Bəkr döyüş meydanında davranışla bağlı on qayda müəyyən etmişdir:
Bundan əlavə, "Bəqərə surəsi"ndə (2: 190—193) qeyd olunur:
Erkən xristian kilsəsinin tarixində bir çox yazıçı hesab edirdi ki, "xristianlar əsgər ola və ya müharibə apara bilməzlər". 697-ci ildə İonadan olan Müqəddəs Adomnan İrlandiya və Şotlandiyadan gələn kralları və keşişləri bir araya gətirərək müharibədə qadın və uşaqların öldürülməsini, kilsələrin dağıdılmasını qadağan edən "Məsumlar Qanunu"nu () təqdim etdi.
1776-cı il ABŞ Müstəqillik Bəyannaməsində Böyük Britaniya kralı III Georqa qarşı irəli sürülən ittihamlardan biri o idi ki, o, "...sərhədyanı sakinlərimizə qarşı məlum müharibə qaydası hər yaşdan, cinsdən və vəziyyətdən olan insanları amansızcasına məhv etmək olan qəddar hindiləri qızışdırmağa çalışır".
Bu gün müharibə qanunları beynəlxalq bəyannamələr və konvensiyalarla tənzimlənir, beynəlxalq təşkilatlar tərəfindən nəzarət edilir.
Müasir dövr
Beynəlxalq hüququn müharibə qanunları məsələsindəki müasir mövqeyi 1864-cü ildə bəzi əsas Avropa dövlətləri tərəfindən Birinci Cenevrə Konvensiyasının imzalanması ilə başlayır. Müasir müharibə hüququ üç əsas mənbədən formalaşır:
Hüquq müəyyən edən müqavilələr (və ya konvensiyalar): Aşağıdakı "Müharibə qanunları haqqında beynəlxalq müqavilələr" bölməsinə baxın.
Adət prinsipləri: «Müharibə qanunlarının hamısı bu cür müqavilələrə əsaslanmır və ya onlara daxil edilməmişdir. Martens qeyd-şərti () daxilində ifadə edildiyi kimi, adət hüququ daimi əhəmiyyətə malikdir. Belə adət-ənənəyə əsaslanan beynəlxalq hüquq, millətlərin ümumi təcrübəsi və bu təcrübənin qanun tərəfindən tələb olunduğunun qəbul edilməsi () ilə müəyyən edilir.»
Ümumi prinsiplər: «Bəzi fundamental prinsiplər əsas istiqamətləri müəyyən edir. Məsələn, beynəlxalq adət hüququnun bir hissəsi olan fərqləndirmə, mütənasiblik və zərurət prinsipləri silahlı qüvvələrin tətbiqi zamanı həmişə tətbiq olunur.» «Pozitiv Beynəlxalq humanitar hüquq müharibə qanunlarına birbaşa təsir edən, razılığa gələn ölkələri öhdəliyə salan və geniş razılaşmaya nail olan müqavilələrdən (beynəlxalq sazişlərdən) ibarətdir.»
Pozitiv müharibə qanunlarının əksinə olaraq, bir çoxu Nürnberq prosesində tədqiq edilən və Nürnberq prinsiplərini təşkil edən adətə əsaslanan müharibə qanunları da mövcuddur: «Bu qanunlar həm dövlətlərin icazə verilən hüquqlarını (), həm də qeyri-qanuni qüvvələr və müqavilələri imzalamayan tərəflərlə rəftar zamanı onların davranışlarına qoyulan qadağaları müəyyən edir.»
Qanunların məqsədi
Tez-tez qeyd olunur ki, müharibə üçün qanunların yaradılması absurd görünür. Lakin əsrlər boyu müharibə aparan tərəflərin beynəlxalq adət hüququna sadiqliyinə əsaslanaraq, bəşəriyyət müharibə qanunlarının kodifikasiyasının faydalı olacağı qənaətinə gəlmişdir. Müharibə qanunlarının əsasını təşkil edən prinsiplər arasında aşağıdakıları qeyd etmək olar:
Məhdudiyyət: Müharibələr yalnız müharibəyə səbəb olan siyasi məqsədlərə (məsələn, ərazi nəzarəti) nail olmaqla məhdudlaşmalı və lüzumsuz dağıntıları () əhatə etməməlidir; Tez yekunlaşma: Müharibələr mümkün qədər tez dayandırılmalıdır; Mülki mühafizə: Hərbi səylərə töhfə verməyən insanlar və mülkiyyət lüzumsuz dağıntılardan və məhrumiyyətlərdən hifz edilməlidir.
Bu məqsədlə müharibə qanunları () müharibənin çətinliklərini aşağıdakı yollarla yumşaltmağa xidmət edir: Həm kombatantları (), həm də qeyri-kombatantları lüzumsuz iztirablardan hifz etmək; Düşmənin əlinə keçmiş şəxslərin, xüsusən hərbi əsirlərin (), yaralıların və xəstələrin, uşaqların və mülki şəxslərin müəyyən əsas insan hüquqlarını qorumaq; Sülhün bərpasına () kömək etmək.
İstinadlar
Biblioqrafiya
Əlavə ədəbiyyat siyahısı
Witt, John Fabian. Lincoln's Code: The Laws of War in American History (Free Press; 2012) 498 pages; on the evolution and legacy of a code commissioned by President Lincoln in the Civil War
Xarici keçidlər
War & law index —International Committee of the Red Cross website International Law of War Association The European Institute for International Law and International Relations The Rule of Law in Armed Conflicts Project Law of War Manual, U.S. Department of Defense (2015, updated December 2016)
Kateqoriya:Müharibə qanunları Kateqoriya:Beynəlxalq hüquq Kateqoriya:Beynəlxalq humanitar hüquq