Nezahət Onbaşı (; ) — hələ doqquz yaşında ikən atası ilə birlikdə Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmiş döyüş qəhrəmanı.

70-ci Alay komandiri olan atası ilə birlikdə Geyvə döyüşü, Konya üsyanı, I və II İnönü döyüşləri, həmçinin Sakarya və Gediz döyüşlərində iştirak etmiş, İnönü döyüşündəki xidmətlərinə görə Mustafa Kamal Atatürk tərəfindən təqdirə layiq görülmüşdür. 12 yaşında diviziya komandiri Əhməd Dərviş Paşa tərəfindən onbaşı rütbəsinə yüksəldilmiş, Türkiyə Böyük Millət Məclisinin 30 yanvar 1921-ci il tarixli iclasında qəbul edilən qərarla, "İstiqlal" medalı ilə təltif edilməsi qərara alınan ilk şəxs olmuşdur. Lakin icra prosesi gecikdiyindən, medal 2013-cü ildə Bayselin nəticəsi Gizem Ünaldıya təqdim edilmişdir.

Həyatı Nəzahət Onbaşı Hafiz Xalid bəylə, Hadiyə xanımın övladıdır. Anası I Dünya müharibəsi illərində vərəmdən dünyasını dəyişib. Nəticədə atası onu özü ilə cəbhəyə aparmaq məcburiyyətində qalıb. Beləliklə, Nezahət öncə Çanaqqala döyüşündə iştirak etmiş, sonra isə atasının komandanlığı altındakı 70-ci Alay ilə Milli Mübarizədə iştirak etmişdir. Uşaqlığı döyüş cəbhələrində keçmiş Nəzahət Onbaşı, at çapmağı və silahdan istifadə etməyi öyrənmişdir.

O, ilk hərbi formasını 1920-ci ildə geyinib, ilk silahı ona, cəbhədə Çərkəz Ethəm tərəfindən ona hədiyyə edilib. Yunan qüvvələrinin "Qızlı Alay" adlandırdıqları 600 nəfərlik 70-ci Alayın rəmzinə çevrilib. Mustafa Kamal Paşa və İsmət Paşanın da diqqətini çəkib. Alayı ziyarət zamanı Mustafa Kamal Paşa ilə tanış olan Nəzahət, Bursa Ahudağ ətəklərində, Bozüyükdə Atatürkün şəxsi vaqonunda və Ağşəhərdə daxil olmaqla üç dəfə cəbhədə Mustafa Kamal Paşa ilə qarşılaşıb.

Türk ordusunun yunanlara qarşı ilk dəfə məğlubiyyətə uğradığı cəbhələrdən biri olan Gediz cəbhəsindən qaçan əsgərlərin geri qaytarılmasında və birliyin toplanmasında onun böyük rolu olmuşdur; "Mən atamın yanına ölməyə gedirəm, siz hara gedirsiniz?" sözləri ilə əsgərlərin qarşısını kəsməsi, onun döyüş qəhrəmanı kimi tarixə düşməsində rol oynamışdır. Bu hadisədən sonra ona onbaşı rütbəsi verilib.

Nəzahət Onbaşının qəhrəmanlıq hekayəsi müharibə illərində TBMM-də də müzakirə edilmişdir. 30 yanvar 1921-ci ildə keçirilən 140-cı iclasın birinci sessiyasında Bursa millət vəkili Emin Bəy, ilk "İstiqlal" medalının Nəzahət Onbaşıya təqdim edilməsini təklif etmişdir. Medalın təqdim olunmasına dair qərar protokollaşdırılsa da, Nəzahət xanımın sağlığında bu qərar icra olunmadı.

Nəzahət Onbaşı müharibədən sonra atası ilə birlikdə İstanbulda yaşamağa başladı. Öncə, Bursa Amerika Qız Kollecində təhsil almış Nəzahət xanım, sonra İstanbul Kumkapıda açılan Fransız "Jana Dark" İnstitutunda təhsilini dVAM etdirib. Atasının ikinci dəfə evlənməsi səbəbi ilə məktəbdən çıxarılan Nəzahət Onbaşı orta məktəb təhsilindən sonra, təhsilini davam etdirmədi. 1931-ci ildə "İstiqlal" medalı sahibi olan gənc hərbçi, kapitan Mehmed Rıfat bəy ilə ailə həyatı qurur. Soyad Qanunu qəbul edildikdə, cütlük "Baysel" soyadını götürdü və onların iki qızı dünyaya gəldi. Nezahət xanımın həyatı zabit yoldaşının xidmət etdiyi Tokat, Amasya, Bursa, Ankara və İstanbulda keçirdi. O, yarımçıq qalmış təhsilini isə 1936-cı ildə Ankarada "İsmət İnönü Qız İnstitutu"na daxil olaraq tamamladı.

Həyat yoldaşı Mehmet Rıfat bəyin Atatürkün yavərləri sırasına daxil olması ilə özü də, Atatürkün yaxın çevrəsində olan, Dolmabağça sarayında təşkil edilən dövlət mərasimləri və ballara qatılan Nezahət Onbaşının, dövrün hərbçi və lider xanımları ilə yaxşı münasibəti var idi. O, həyat yoldaşını 1974-cü ildə itirdi.

İctimaiyyət, 1944-cü ildə Səməd Ağaoğlunun "Qüvvəyi Milliyə Ruhu" adlı kitabı vasitəsilə Nəzahət Onbaşının hekayəsindən xəbərdar olmuşdur. Onunla görüşən jurnalist Qədri Qayabal, Nəzahət xanımın Qurtuluş Savaşı illərinə aid sənədləri ondan alsa da, müəyyən vaxtdan sənədləri itirmişdi. Onbaşılıq şəhadətnaməsinin itməsi nəticəsində o, "İstiqlal" medalını ala bilməmişdi. Lakin məsələ bir qəzetin köşə yazarı tərəfindən yenidən gündəmə gətirildikdən sonra, 1986-cı ildə Dolmabağça sarayında keçirilən mərasimlə TBMM sədri Nəcməddin Qaraduman tərəfindən ona təşəkkür bəratı (təqdirnamə) təqdim edilmişdir.

Nəzahət Onbaşı 24 sentyabr 1994-cü ildə Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib. Dəfn mərasimi bir qrup əsgərin iştirakı ilə keçirilmiş, nəşi Qaracaəhməd qəbiristanlığında torpağa verilmişdi.

Ölümündən sonra Nezahət Onbaşının həyatı və "İstiqlal" medalını ala bilmədən vəfat etməsi, Ozan Bodurun "Məclisin unutduğu qəhrəman Nezahət" (2013) kitabında işıqlandırılmış və yenidən gündəmə gəlmişdir. 2013-cü ildə Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək bu gecikməyə görə üzr istəyərək, Bayselin nəvəsi Şəbnəm Üçokun qızı Gizəm Ünaldıya 95262-ci "İstiqlal" medalını təqdim etmişdir.

Bu qəhrəmanlıq dastanı sənətçi Şərəf Manun tərəfindən Yapon rəsm sənəti olan anime-manqa texnikası ilə çəkilərək, "çizgi roman" şəklində nəşr olunmuşdur.

İstinadlar

Xarici keçidlər Nezahat Onbaşı'nın konuk olduğu Atatürk'ten Anılar programı , 33. bölüm, TRT Arşivi, 1983

Kateqoriya:Türkiyə İstiqlaliyyət müharibəsində qadınlar Kateqoriya:Türkiyə hərbçiləri