Ötən günlər () — Özbəkistan yazıçısı Abdulla Qadirinin qələminə məxsus, Özbəkistan ədəbiyyatında ilk roman hesab olunan əsər.Elif Batuman The Possessed: Adventures with Russian Books and the …1847083137 2011 "literary-historical landmark I had been waiting for: the emergence of an indigenous novel form. Abdulla Qodiriy’s Past Days, considered to be the first Uzbek novel, was serialized in the magazine Inqilob in 1922-25. " 1969-cu ildə "Özbəkfilm" kinostudiyasında bu roman əsasında eyniadlı film çəkilmişdir. Ədib romanı yazarkən Livan yazıçısı Cürci Zeydanın əsərlərindən ilhamlanmışdır.Abdulla Qodiriy. „Oʻtkan kunlar“ ham oʻtkan kunlar" tanqidi ustida baʼzi izohlar. Sharq haqiqati, 1929-yil, 218-son Roman 1920-ci illərin əvvəllərində yazılmış, ilk dəfə 1922-ci ildə "İnqilab" (Inqilob) jurnalında dərc edilmiş, 1926-cı ildə isə ayrıca kitab şəklində nəşr olunmuşdur.Bayram Rahimguliyev The fate of the first Turkmen novel: From the Bloody Claw … – 2009 – Page 40 O 'tgan Kunlar (Days Gone By) by Abdulla Qodiriy, Quluq Qon (Holy Blood) by Muso Toshmuhammadogli Aybek and Tushda …
Süjeti Roman XIX əsr hadisələrini əhatə edir. Mürəkkəb tarixi hadisələr romanın baş qəhrəmanları Otabəy və Gümüşbibinin faciəvi sevgi hekayəsi ətrafında təsvir edilmişdir. Hadisələrin inkişafı yerli hökmdarların hakimiyyət uğrunda qanlı mübarizələri mühitində cərəyan edir. Digər iri epik əsərlərdə olduğu kimi, "Ötən günlər" romanında da təhkiyənin çoxplanlılığı, köməkçi süjet xətləri, ardıcıl inkişaf edən və faciəvi sonluqla bitən hadisələr mövcuddur. İlqar fikirləri irəli sürən Otabəy obrazı romanın ideya və kompozisiya mərkəzi hesab olunur. O, ticarətdəki köhnəlmiş iqtisadi münasibətlərə qarşı çıxaraq, ailə və məişət problemlərinə yeni baxış bucağından yanaşır. Ədəbiyyatşünaslar Abdulla Qadirinin öz qəhrəmanının dili ilə şəxsi fikir və mülahizələrini ifadə etdiyini qeyd edirlər. Yazıçı eyni zamanda özbək qadınının taleyini də izləyir. Bəzi adətlər, o cümlədən çoxarvadlılıq, Gümüş və Zeynəb arasında ölümə aparan düşmənçiliyə səbəb olur. Müəllif gözəl, Otabəyə olan sevgisi ilə müəyyən çətinliklərə qalib gələn Gümüş obrazını yaradır, lakin əsər faciə ilə yekunlaşır: Gümüşbibi rəqibi (qumaşı) tərəfindən zəhərlənərək öldürülür, Otabəy isə vətənini müdafiə edərkən həlak olur.
Qəbulu "Ötən günlər" Özbəkistan ədəbiyyatında yeni realist nəsrin əsasını qoymuşdur. Rusiya şərqşünası, akademik Yevgeni Bertels bu barədə belə yazmışdır:Yevgeniy Bertels. „Sovet Oʻzbekistoni“ gazetasi, 1967-yil 2-iyun soni
Türkmənistan yazıçısı Xıdır Dəryayev əsər haqqında bu fikirləri bildirmişdir:Хидир Деряев. Эдебият ве сунгат. 1962 йыл 12 ноябр
Tənqidçilərin mövqeyi "Ötən günlər" romanı xalq tərəfindən rəğbətlə qarşılanmışdır, lakin sovet hökuməti ideoloqları, Kommunist Partiyasına meyilli şəxslər və sovet ədəbi tənqidçiləri tərəfindən kəskin şəkildə qınanılmışdır. Tənqidlərin əsasını əsərin marksist–leninist ideyalara zidd olması, orada burjua sinfi mübarizəsinin və varlıların kasıbları istismar etməsi səhnələrinin əks olunmaması kimi iddialar təşkil edirdi. Həmçinin, müəllif özbək xalqının keçmişini ideallaşdırmaqda və sovetlərin tənqid etdiyi inqilabdan əvvəlki dövrü oxuculara həddindən artıq cazibədar şəkildə təqdim etməkdə günahlandırılırdı. 1928-ci ildə Rusiya tənqidçisi Mixail Şeverdin "Ötən günlər" əsəri haqqındakı tənqidi məqaləsinin sonunda belə yazmışdır:Михаил Шевердин. Первый узбекский роман (А. Кадыри. «Уткан кунляр» («Прошлые дни»). Журнал «За партию». 1928 год, 3 (7) номер.
"Ötən günlər" romanı haqqında ən geniş ədəbi-tənqidi materialı 1929–1930-cu illərdə Sotti Hüseyn qələmə almışdır. O, əsəri dövrün ictimai-siyasi və bədii yaradıcılığı mövcud sovet hakimiyyətinin maraqlarına xidmət etdirmək baxış bucağından təhlil etmişdir. Bu səbəbdən adibin sənətkarlığını, söz ustası olmasını və əsərin sevilərək oxunmasını inkar etməmişdir, lakin romanı marksist–leninist ideologiyanın təbliğatçısı olmadığı üçün kəskin tənqid etmişdir. Xüsusilə, tənqidi məqalələrindən birində o, aşağıdakıları qeyd etmişdir:Sotti Husayn. „Oʻtkan kunlar“ ham oʻtkan kunlar“ mavzusi bilan boshlangan adabiy-tanqidiy maqolalar toʻplami. Sharq haqiqati, 1929-yil, 120, 122, 123, 125, 130, 132, 137, 138, 145, 153, 154, 169, 199, 201, 206-sonlari; 1930-yil, 9, 14, 17-yanvar kungi sonlari
Senzura və nəşrlər "Ötən günlər" romanının birinci hissəsi ilk dəfə 1925-ci ildə (1926-cı ildə xətalar düzəldilərək yenidən nəşr edilmişdir), ikinci hissəsi həmin il, üçüncü hissəsi isə 1926-cı ildə ayrıca kitablar şəklində ərəb əlifbası ilə nəşr edilmişdir. Kitabların üz qabığı "Müştum" (Mushtum) jurnalının o dövrkü rəssamı İştvan Tullya tərəfindən tərtib olunmuşdur (tirajı 10.000 nüsxə).Habibulla Qodiriy. Otamdan xotira (Otam haqida). Abdulla Qodiriy asarlari toʻplami, „Adibni xotirlab“ qismi (5-kitob). Info Capital Group, Toshkent, 2017. 172–173-betlar 1933-cü ildə əsər senzuradan keçirilərək bir sıra dəyişikliklər və ixtisarlarla yenidən çap olunmuşdur. 1926-cı ilin orijinal nəşrinə əsaslanan özbək kiril əlifbasındakı ilk tam nəşri isə 1994-cü ildə Daşkənddə işıq üzü görmüşdür."Oʻtkan kunlar" roʻmoninig 1926 va 1933-yillar nashrlaridagi tafovutlar. Abdulla Qodiriy, Oʻtkan kunlar, Mehrobdan chayon. Gʻafur Gʻulom nomidagi Adabiyot va sanʼat nashriyoti. Toshkent, 1994-yil, 640-bet
Roman 1933-cü ildə Bakı şəhərində latın əlifbası ilə, 1958-ci ildə Daşkənddə kiril əlifbası ilə, 1958–1961-ci illərdə isə Karaçi şəhərində özbək dilində ərəb əlifbası ilə çap edilmişdir.Habibulla Qodiriy. Otamdan xotira (Otam haqida). Abdulla Qodiriy asarlari toʻplami, „Adibni xotirlab“ qismi (5-kitob). Info Capital Group, Toshkent, 2017. 181–182-betlar
Tərcümələri Əsər 1931-ci ildə Xalid Səid və Abdulla Qamçınbəy tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir.Sirojiddin Ahmad. Istibdod zamonining qiyofasi („Qodiriyshunoslik“ka bir nazar). Abdulla Qodiriy asarlari toʻplami, „Obid ketmon“ (4-kitob). Info Capital Group, Toshkent, 2017-yil, 278-bet
1958-ci ildə Lidiya Bat və Vera Smirnova tərəfindən "Ötən günlər" (Minuvshiye dni) adı ilə rus dilinə tərcümə olunmuşdur.Habibulla Qodiriy. Otamdan xotira (Otam haqida). Abdulla Qodiriy asarlari toʻplami, „Adibni xotirlab“ qismi (5-kitob). Info Capital Group, Toshkent, 2017. 179-bet
1959-cu ildə Kazan şəhərində, Tatarıstan Kitab Nəşriyyatında əsərin tatarca tərcüməsi ("Ytkän könnär") çap edilmişdir. Tərcümənin və müqəddimənin müəllifi M. Noğmandır.
2019-cu ildə İslam Kərimov Fondunun sifarişi ilə "Days Gone By" adı altında Kerol Yermakova tərəfindən ingilis dilinə tərcümə edilmiş və Fransanın "Nouveau Monde Editions" nəşriyyatında çap olunmuşdur; nəşrin redaktoru Juli Uikeden, illüstrasiyaların müəllifi isə Bobur İsmayılovdur.
2019-cu ildə amerikalı tədqiqatçı və tərcüməçi Mark Edvard Riz tərəfindən "Bygone Days" adı ilə ingilis dilinə tərcümə edilmişdir. Tərcüməçi bu işə 15 il vaxt sərf etmiş və amerikalı oxucular üçün 400-dən çox izah qeyd etmişdir. Bu nəşr ABŞ Konqres Kitabxanasına daxil edilmişdir.
Roman "Ötən günlər: Türkistandakı acı sevgi qissəsi" adı ilə 1000 nüsxə tirajla ərəb dilində nəşr edilmişdir. Cənubi Koreyanın Kemyonq Universiteti professoru Kim Çunq Sun tərəfindən təxminən 2,5 il ərzində Koreya dilinə tərcümə edilən əsər 2025-ci ildə çap olunmuşdur.
Ekranlaşdırılması 1969 – "Ötən günlər". Rejissor – Yoldaş Əzimov, baş rollarda – Almaz Əlixocayev, Gülçöhrə Cəmilova. 1997 – "Ötən günlər". Rejissor – Melis Abzalov, baş rolda – Behzad Məhəmmədkərimov, Şəhrizadə Dilmurad qızı.
İstinadlar
Kateqoriya:1925-ci ilin romanları Kateqoriya:Filmlərə adaptasiya olunmuş romanlar Kateqoriya:XIX əsr haqqında romanlar